Mənə hekayəni göstər deyim necə adamdı.

238 45 28
                                    

Salamlar hər kəsə. Çoxdandır yeni hissə paylaşmırdım. Bunun bir çox səbəbi var.
Bu il universitetdə sonuncu ilimdir. Bilindiyi kimi sonuncu il universitet həyatında ən çətin il hesab olunur. İmatanların ağırlığı, çoxdan qalan bir-iki kəsr və s. Bunlardan əlavə sonda əsgərlik. Digər ikinci səbəb isə, köhnə iş yerimdən çıxmağım oldu. Dollara görə manatın qalxması, bütün şirkətlərdə olduğu kimi mənim işlədiyim şirkətdən də, yan keçmədi. Maaşın gecikməsi və iş rejiminin ağırlaşması bu ikinci səbəb amilinə daxildir. Bir ay işsiz qaldım, freelance olaraq front end developerliyə (çəkilən web dizaynın kodlayan şəxs) davam etdim. Lakin bu bəs etmir. Çünki hər gün müştəri sifariş etmir, nə də bu ay və ya gələn ay nə qədər sabit gəlirin olacağını bilmirsən. Freelancerlik mənim ikinci işimdir, lakin şirkətdə işləməkdə mənim sabit gəlirim deməkdir. Hal-hazırda bir neçə şirkətdən iş təklifi gəlir. Necə səni tapırlar ? deyə sual verə bilərsiniz. Yerli bazarda kifayət qədər IT şirkətlərinin olması böyük rəqabət deməkdir. Bu rəqabətdə də, hər şirkət öz çıxarını güdür. Hansısa bir şirkətdən 3-4 illik təcrübəsi olan bir işçi işdən çıxdığında həmin dəqiqə digər rəqib şirkətlər o işçi ilə əlaqə yaradır və işə götürür. Yerli bazar beləcə inkişaf edir. Nəysə, mövzumudan çox kənara çıxdıq.

Bugün ki, mövzumuz "dəxlisiz şablon mövzu, və ya pirat hekayə" haqqında olacaq.

Artıq bir neçə ildir buradayam (hər dəfə bunu təkrar etmək açığını desəm mənim xoşuma gəlmir). Hər ay və ya hər il və ya da hər həftə dəxlisiz bir mövzu gözümə batır. İstər mənim hekayələrimdə istərsədə çox oxunan başqa bir yazarın hekayəsinə oxuculardan belə "@tökən" şərhlər göndərilir.

"bu hekayənin mövzusu tanış gəlir"
"bu hekayənin mövzusu sizə məxsus deyil"
"bu hekayənin süjeti başqa əsərdən götürülüb"
"bu hekayədə sizin şəxsi fikirləriniz yoxdur"
"mənim hekayəm sənin hekayəni döyər"
"sənin hekayən öz-özünə yeriyə bilmir"
(sonuncu iki şərh qara yumordu)

Niyə belə şərh yazar ki, bir insan ? Yəni oxumaq istəmirsənsə oxuma. Tənqid et, amma belə tip tənqid edərək nə əldə edilir ?

Hər kəs nədənsə ilhamlanıb nəsə ideya ortaya çıxarır. Hər şeydən uzaq qalan bir insan, necə özündə ideya formalaşdıra bilər ki ?
Məsələn, sən bir il ərzində kitab oxuma, film izləmə, oyun oynama. Və bir gün hekayə yazmaq istə. Səncə bunu bacaracaqsanmı ?

Əgər həqiqətən bir yazıçı hansısa hekayənin süjetini eyniylə "oğurlayıb" hekayə yazarsa bu zaman onu tənqid etmək yerinə düşər. Lakin hansısa hadisədən ilhamlanıb ideya çıxaranı tənqid etmək, fikrimcə o insanlar "atmosferdədir" və hələdə uçmağa davam edirlər.

Uzun sözün qısası daha məsləhətlidir deyib yaponlar (özümdən uydurdum :) ).
Yazarları tənqid edərkən hansı aspektdən mövzuya toxunulacağını daha öncədən fikirləşməlisən. Çünki elə bir yazar olar bilər ki, hansısa oxucunun "bu hekayənin mövzusu pirtadır" deyib motivasiyadan salsın. Həqiqətən ətrafımda tanıdığım bəzi yazarlar bu cümləyə görə yazmağı dayandırıb. İstər-istəməz özündə kompleks oyadır. Düşünür bəlkə də, həqiqətən oxucu haqlıdır. Xeyr, əgər həqiqətən mövzu oğurlanmışsa o zaman haqlıdır, yox əgər ilhamlanıb özü üçün bir ideya formalaşdırırsa bu oxucunun, yazıçıya olan haqsızlığıdır. Mövzu sırf wattpada aid etmirəm. Ümumiləşdirsək əgər dünya üzrə bir-birini təkrar edən şirkətlər var. iPhone Samsungu təkrar edir, Samsungda həmçinin iPhone. Bir-birindən ideya oğurlayıb da, şirkət quranlar olub. Bu ikinci məsələ başıma həqiqətən gəlibdir. Mən bir neçə il ərzində özüm hazırlayıb, qurmağa çalışdığım şirkət ideyasını burun arası "dost" dediyim biri oğurlayıb şirkət qurdu. Və həmin ideya həqiqətən tutdu. Şirkətin aylıq dövriyyəsi deyilənə görə 20.000 Azn keçib.

Nəsə ideya oğurlayıb eyni ilə etmək ayrı, oğurlanan ideyanı öz düşüncələrinlə daha da, inkişaf etdirib yeni bir şey ortaya çıxarmaq ayrı.

Məsələn belə bəsid bir misal çəkim.
İki üz-üzə eyni şirniyat mağazası olsun. Ancaq birinci mağaza ondan bir il əvvəldən o ərazidə fəaliyyət göstərsin. Sonrada ikinci mağaza gəlsin və tam onun qabağında yeni eyni şirniyat mağazasından açsın. Birinci mağaza ilə ikinci mağaza eyni məhsulu istehsal etsə müştəri hansı daha yaxındırsa ora gedəcək və müştəri sayı günlük eyni hissəyə ayrılmaqla bərabər olacaq. Sonradan ikinci mağaza yeni tort bişirməyə başlasın və əvvəlki tortdan tək fərqi içində çiyələk diliminin olmasıdır. Bu zaman müştəri balansı pozulacaq birinci mağaza üçün. Çünki artıq müştərilər yeni fərqli dadı tapıblar, birinciyə ehtiyac qalmır.

İndisə analiz edək. Niyə birinci mağaza daha əvvəldən orada olmasına baxmayaraq bir müddət sonra satışı zəifləyir ? çünki eyni məhsulunu satmağa davam edir. İkinci mağaza isə onu təkrar edir lakin fərqli məhsulla.

Bax budur öz üzərində inkişaf etmək.

Eşşək Boyda AdamlarDonde viven las historias. Descúbrelo ahora