Biri var idi, biri yox. Biri bir gün var, səhəri yox idi.
Bəli, bəli. Bu sətrdəki həzin nəğməni dinləyə bilirsən ? Gör necədə gözəl səslənir.
Nəysə, bəs edər bu qədər.Tıxtıx xanım and bəy misalı bəzi yazıçılarımız artıq sonuncu yolda irəlləyən qatar yox, qatar reyslərinə bənzəyirlər. Bu bənzətmə ilə nəyisə izah edə bilmədim hə ? yaxşı indi tam aydın şəkildə başa düşəcəksən.
Başıma təkrar-təkrar gələn bir "nağılı" danışacam. Günlərin bir günü mesaj qutuma mesaj gəldi (cinsiyətini demiyəcəm, cinsiyət ayrı seçkiliyi etməyi sevmirəm. Zarafat!).
Mesajı açıb oxudum. Başlığı belə idi."Bəyənərək izlədiyim yazçı, sizin üçün bir hədiyəm var" dedi.
Hədiyyə link formasında idi. Linkdə daxil olmazdan əvvəl nə olduğunu təxmin etmişdim. Çox ehtimal ya kitab coveri idi mənim üçün hazırlanan, ya da adımın baş hərfləri ilə logo düzəldib deyə düşündüm (dəfələrlə belə hədiyyələr hazırlayıb göndərən oxucularıma ürəkdən təşəkkür edirəm).
Düşündüyüm kimidə oldu. Logo idi göndərilən. Əvvəlcə təşəkkürümü bildirdim, ən azından sevib, seçdiyi yazıçı idim və buda məni həqiqətən çox sevindirirdi. Lakin bu hədiyyənin altında başqa məsələlər yatırdı (sonradan durdular ayağa). Deməli, ilk öncə şirin sözlər yazdı, sonra folloş atdı. Məndə ürəyi, qəlbi qırılmasın, sınmasın və daha betəri cırılmasın deyə folloşuna cavab folloşladım. Nəysə, üstündən bir, iki gün keçdi. Bu adamın folloşu geri aldığını gördüm və mənə mesaj göndərdiyi gündən əvvəl kitabxanasına əlavə etdiyi hekayələrimi kitabxanadan da çıxardıb. Heçnə yazmadım özünə, üstündən artıq həftələr keçdi mənim ən yaxşı oxucularım, mənim sayəmdə onu tanıdı və hekayələrini oxudu. Həmin vaxt sadəcə dodaq arası gülümsədim və dedim:"Nağarsan Məlikməmməd, kayfdasan haa"
Dərhal folloşdan kənarlaşdırdım. Həmin insan çox ehtimal bu hekayəni oxuyur. Onu atalar sözü ilə "sındırmaq" istəyirəm.
"Sən saydığını say, meşə çaqqalsız qalmaz. Qız evi qoz evi"
Söhbətə davam edək.
Həmin insanları burada bir dəfə yox dəfərlərlə görmüşəm və görməyədə davam edirəm. Bu insanlar sadəcə kiminsə vasitəsi ilə məşhurlaşmaq istəyindədirlər. Demirəm məşhur olmasın, nə də hekayəsi az oxunsun. Məşhur olsun, amma belə yollara əl ataraq yox. Hekayəni yaz, əgər həqiqətən hekayə deyirsənsə o yazdığına, mütləq biri (və ya sənin kimi biri) çıxıb o hekayəni oxuyacaq. Yəni çoxda şeyləmə, ürəyinidə sıxma.Dədə Qorgood sazı aldı gör nə dedi:
"Şto eta lobya aşı qazmağı cırt-cırt"
VOUS LISEZ
Eşşək Boyda Adamlar
Non-FictionAğ və Qaranın cütləşməsindəm ortaya çıxan, EŞŞƏK BOYDA tənqidlər silsiləsi.