▶4Bölüm

49 10 5
                                        

Məryəm★

"Bırax meni! Bırax..."

"Maşına min!"

"Minmeyecem dedim! Minmeyecem! Sə-sən günahkarsan! Günahkar!" diye qışqırdım üstünə. Çox yaxınımda olduğu üçün üzünün aldığı ifadəni açıq aşkar görürdüm. Özünü ələ almağa çalışdığı hər halından bəlli idi. Bununla belə, yenə əsəbinə hakim ola bilməyib, çənəmdən tutarak,
"Min yoxsa edəcəyimdən mən cavabdeh deyiləm, Məryəm!" dedi qap-qara gözlərini gözlərimə zilləyib.

Ancaq, unutduğu bir şey var idi. Ən az məndə onun qədər əsəbi idim. Çənəmi tutduğu elini itələyib,
"Nə edərsən, hə? Daha nə edə bilərsən, nə?!" dedim gücüm çatdığı qədər qışqıraraq. Nə qədər güclü görsənməyə çalışsamda, gözlərim hər an təslim olacaq kimi idi.
Yandan gülüb,

"Nə mi edərəm?" dedi lağ edərmiş kimi.

Biraz daha yaxınlaşıb, birdən saçımdan tutarak məni maşına çırptı. Bədənim maşına dəyər dəyməz bütün bədənimi bir ağrı ələ keçirdi. Dişlərini bir birinə bastırmışdım ki, ağlamayım.

Bundan ləzzət almış kimi gülümsəyib, üzünü qulağıma yaxınlaşdırdı.

"Aslanın ailəsini öldürərəm, gözəlim. Həm də bu dəqiqə." deyib uzaqlaşdı.

Üzümə lağ bir ifadə ilə baxıb "Sən bilirsən ki, bu mənim üçün uşaq oyunacağıdı. -Üzünü ciddiləşdirip- Mənə qarşı gəl və nəticələrinə döz." dedi buz kimi soyuq səslə.

Dədiyi sözlər beynimdə təkrarlandı. Bu alçaq dediyini edən biri idi. Ona qarşı çıxdığım hər an, Aslanın ailəsi təhlükəyə girəbilərdi. Artıq, içimdə döyüş verən gözyaşlarımı sərbəst buraxıb, "Yaxşı, təki, onlara toxunma." dedim güçlü çıxartmağa çalışdığım səsimlə.

"Tez min!" dedi boş gözlərini üzümə zilləyib əmir vererek.

Yavaşca heç vaxt minmərəm dediyim maşının qapısını açıb mindim. Oda maşının ətrafında dövrə vurub yanıma oturdu. Maşını işə saldı və sürdü. Yağış içimdəki fırtınanı bilir kimi maşının şüşəsinə çırpılıb, süzülürdü. Mənsə içimdəki o güclü Məryəmi vecimə almadan ağlayırdım. Göz yaşlarım kipriklərimi isladır, sonra yanağımdan süzülərək, bir birinə dırnaqlarını keçirmiş əllərimin içinə düşürdü. Mən niyə bunları yaşamalı idim ki? Mən nə günah işləmişdim ki?

"NIYƏ BELƏ EDIRSƏN!" diye birdən əlini bərk bir şəkildə rola vurub qışqırdı İbrahim.
Qorxudan özümə hakim ola bilməyib daha şiddətli ağladım. Onun elədikləri sadəcə qorxuducu idi. Amma, bu dəli, bunu başa düşmürdü.

☆Ibrahim★

Bütün günü hər yerdə axtardım onu. Qorxdum, çox qorxdum ona nese olub deyə. Atasından yerini öyrənən kimi bura gəldim. Onu elə görmək məni çox incitdi. Sevdiyim qız, dəli kimi ancaq, nəsə təkrar edirdi. O dəqiqə onun yanına gedib, qucaqladım. Mən onu sevərkən, o bir başqası üçün ağlayırdı. Məni itələdiyində, mənə qışqıranda, mənə vuranda heç mi ağramır ürəyi? Onun bir başqası üçün dəli olması, məni çox əsəbləşdirir halbuki. Ağlıma onu maşına çırpmağım gəlir. Lənət şeytana! Mən bunu Məryəmə necə etdim? Bilmirəm mənə nə olub?! Maşına mindikdən sonra isə ancaq, ağladı. Mən onun gözündən axan hər yaşa görə ölə bilərdim, amma, o axıtdığı yaşar şərəfsiz Aslan üçün olmasaydı! Axı niyə məni əsəbləşdirən hərəklər edir?! Niyə?! Onu tətilə aparacam.Heç nə vecimə deyil. Ancaq o və mən olacağıq. Hələ də ağlayırdı. Dişlərimi sıxmaqdan bezim əsəblə rola vurub "NIYƏ BELƏ EDIRSƏN!" diye qışqırdım.

Daha da şiddətli ağladı. Lənətə gəlmiş əsəblərimi heç vaxt nəzarət altında saxlaya bilmirəm! Onu incitmək istəməsəm də, həmişə tam olaraq bunu edirəm! Özümü təmkinli saxlamağa çalışaraq, maşını yolun kənarında saxlayıb və ona döndüm.

"Məryəm, bunu niyə edirsən?" dedim yumşaq tonda.

Üzünü mənə çevirdi.O aşıq olduğum gözlər qıpqırmızı qızarmışdı. Gözlərinin altıda çökmüşdü bu məni biraz daha məhv edərkən,
"Birdə soruşursan? Sən mənim xəyallarımla oynadın! Birdə soruşursan?! Hə?!" acıqlı bir səslə danışdı.

Əlimi saçımın arasından keçirib
"Bəsti! Bəsti! Sənə nə yaşaddım axı mən? Nə? Sən burda başqası ilə xoşbəxt bir həyat sürəndə, mən... Mən qərib ölkədə sənin həsrətinlə sürünürdüm. Tək başıma!"

Birdən nə dediyimi bilmədim. Sözlər ağzımdan tökülmüşdü. Meryəmə baxdım onun gözlərində də təəccüblü bir baxış var idi. Zümrüd gözlərini iri iri açıb, dediklərimi beynində analiz edir kimi idi.

"Nə!" dedi kaşlarını birləşdirib, anlamadığını acıq bir şəkildə göstərərək.
Gözlərimi ondan ayırıb tez maşını işə saldım.

"Heç nə. Sən başa düşmərsən. Axı sən öz dərdindəsən."

"Səni heç başa düşmürəm. Düşməyəcəmdə!"

Üzünü şüşəyə çevirib və baxmağa doymadığım o zümrüd gözlərini yumdu.

"Şirin yuxular, sevdiyim." dedim pıçıltı ilə.

~1 Saat~

☆YAZARDAN★

Gənc qız dərin yuxulara batmışdı. Nədə olsa, bir tək yuxular onu bu zalım dünyadan uzaqlaşdırırdı.

Gənc oğlan isə uşaq ikən anasının onu apardığı yerə aparırdı gənc qızı. Gənc oğlan düşündü. Xatırlayarmı görəsən məni? Yoxsa çoxtan silib mənimlə olan xatirələrini?

Gənc qızın uşaq ikən nə gözəl xəyalları var idi. Ancaq, artıq o xəyallar yaşamırdı. Hər biri qara torpağa qarışmışdı.

Nə də olsa hər xatirənin arxasında bir xəyalın ölümü gizlənir.

Bu xatirələridə xəyallarıyla birliktə ölmüşdü gənc qızın. Yox, ölməmişdi. Özü məvh etmişdi bunları.

Yaşamaq belə mənasızkən, qapısını döyən 'Uşaqlıq' xatirələrinə bağlamışdı qapısını möhkəmcə.

Ancaq, unutduğu bir şey var idi. Pəncərələr hələ də acıqdır.

Salam.Necəsiz?Inşallah yaxşısız.Mən uzun sürə ara verdim.Bilirəm yalnız səbəbim var.UNI'yə hazırlaşırdım və bu müdət də kitab yaza bilmədim.Əziyətim bəhrəsi oldu.QƏBUL OLDUM.Sevincimi sizlə bölüşdürmək istədim.Inşallah bu il hazırlaşanlar tələbə adı qazanar.Birdə kitabıma kapak edən dosdum sağol canım @RehimliFatime .O da kitab yazar mən bəyəndim.Sizdə baxın məncə bəyənərsiz.Hələlik canlarım:D

Hələlik canlarım:D

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
SevdaWhere stories live. Discover now