Gözlərimi yumdum, təkərli kreslonu yavaş-yavaş fırladaraq arxaya çevirdim və gözlərimi açmazdan əvvəl üzümə bir gülümsəmə yerləşdirərək "Ana?" dedim. Saçları həmişəki kimi xınayla boyanmışdı, göz kənarlarındakı qırışları onu son görəndən bəri genişlənmişdi. Axı yay tətilinin bitməsinə az qaldığını və anamın məni hər yay getdiyimiz o tətil kəndinə aparmaq üçün gələcəyini necə unutmuşdum? Beynimin içində bir səs "... depressiya halı, unutqanlıq. Çıxın." dedi. Deyəsən, indi də əsəbpozan, axmaq bir psixoloq iç səsim olmaq işini öz üstünə götürmüşdü. Anamın üzünə baxdıqda, az əvvəl ağlamış olduğunu asanlıqla anlaya bilirdim, amma niyəsə, bu səbəbdən heç günahkar hiss etmədim, hətta pis də olmadım. İçərisində bir az çaşqınlıq ya da təəccüb sezdiyim nəzərlərinə "Yəqin təzə çəkilərimlə tanış olur." deyə məna yükləməyə çalışdıqdan sonra, indi partlayacaq barıtın qoxusunu havada hiss etməyə başlamışdım.
- Səni son dərsdən götürüb, artıq yola çıxarmağa gəlmişdim.
Udqundum.
- Tap görüm, orada mənə nə dedilər?
- Nə dedilər?
Qətiyyən utanmamışdım, lakin başımı aşağı əyməyi yaddan çıxarmadım. Deyəsən, get-gedə daha da saxtakar və yalançı biri olurdum.
- Səni orada ən axırıncı dəfə sentyabr ayında gördüklərini!
Başımı bir az da önümə əyərkən, gülməmək üçün yanağımın içini dişləməyə başladım.
- Bunu niyə etdiyini izah elə. Bu dəqiqə!
Verilməsini gözlədiyim sual axır ki, verildi və yaxşı ki, mən belə vaxtlarda özünü məzlum göstərməyin ən yaxşısı olduğunu bilirdim.
- Ana...Mənim yaxşı bir təhsil almağım üçün nə qədər çox çalışdığınızı bilirəm. Üzr...
- Ona görə bütün əməyimizi yerə vurdun?!
Dediyi şeyə əhəmiyyət vermədən, davam etdim.
- Üzr istəyərdim, amma utanıram. Bu dərs ilinin əvvəlində özümü pis hiss edirdim... İndi də edirəm. Oraya gedəsi gücü özümdə tapmadıqda, etməli olduğum tək şeyi etdim. Kaş məni bağışlaya biləydiniz.
Sözümü bitirən kimi başımı daha da önümə əydim.
- Pis hiss edirsən? Niyə? İstədiyin hər şey qarşındadır, pis olacaq nəyin var ki?!
O an ağlıma daha da yaxşı bir fikir gəldi, psixoloqun kiçik keçi saqqalı olan başı qabağımda bişmiş kəllə kimi gülürdü. Cibimdən tullamadığım üçün şükr etdiyim dərman siyahısı və haqqımda çirkin qeydlər yazılmış kağızı çıxararaq ona tərəf uzatdım. Asta, pıçıltıya oxşar səsimlə "Bax. Psixiatrın yanından gəlirəm." dedim.Kağızları məndən götürdü. Gözlərini qıyıb, oxuyarkən, anamın alov saçan siması ilə gözləri kəskinliklə dəyişildi. Hətta... islandı. Qabağımda psixoloqun çoxalan başları tullanıb düşməyə başlamışdı, hamısı bir ağızdan "Bacardınız. Çıxın." deyirdi. Ağzıma qan tamı gəldi, gülməmək üçün özümü bir az da sıxsam, bütün yanağımın içini qoparmalı olacaqdım.
Anam təxminən bilinməyi çətin olmayan şəkildə "Birdənəm, axı bizə niyə demirdin?!" deyərək yanıma gəlib, məni qolları arasına aldıqda, qucaqlamasına qarşılıq verdim və fürsətdən istifadə edərək bayaqdan bəri gülməmək üçün sıxdığım üz əzələlərimi sərbəst buraxdım.

ESTÁS LEYENDO
Hörümçək
Historia Corta❛❛Gözlərimi məyusluqla bağladım. Birlikdə yol getdiyim bu iki insanın bütün həyat enerjimi içlərinə çəkdiyini yeni anlamağa başlayırdım. Onlarla olmaq məni cansız bir həyulaya çevirir, yatmaqdan başqa bir şey istəməyəcək hala salırdı. Bir az yolu iz...