Epiloq

108 20 40
                                    


Gənc qadın ayaqlarının altına baxa-baxa otağına girəndə, yerdə vəhşi təbiətin qanunlarını bütün açıq-saçıqlığı ilə gözləri önünə sərən bir mənzərəyə şahid oldu. Döşəməni izləyərkən, özündən asılı olmadan diksindi və "Amma bura təbiət deyil, mənim otağımdır." dedi. Ardından da evi neçə həftədir süpürmədiyini hesablamağa çalışdı. Mətbəxə qaçıb, süpürgəni götürməyiylə geriyə qayıtmağı bir olmuşdu. Maraqlı nəzərlərlə bir az yerə əyilib, yerdəki hörümçək ölüsü və qarışqalara baxanda, əli refleks olaraq yanağını tapdı. "Yəqin keçən gün yanağımda gəzən şey də bu çirkin məxluq idi!" deyə fikirləşdi və süpürgənin sarı dəstəyindən daha bərk yapışaraq, döşəmənin həmin hissəsini süpürdü. Xəkəndaza yığılan qarışqa və bir hissəsi parçalanmış hörümçək ölüsünü açdığı pəncərədən çölə atmaq üçün xəkandazın dəstəyini pəncərə kənarına bir neçə dəfə bərkcə vurdu. Sonra da, bu məsələyə daha çox əhəmiyyət vermədən, götürmək üçün girdiyi fransız yazıçısının kitabını da masadan alaraq, otaqdan çıxdı.

Araknofobiyamı bizləyəcəyini bilərək başlayıb, məndə bir hörümçəyin başını sığallamaq istəyi doğurmasıyla bitirdiyim hekayəmi buraya kimi oxuyan hər kəsə səmimi qəlbdən təşəkkür edirəm. Dəyərli fikirlərinizi bölüşməkdən çəkinməyib, pis ya da yaxşı fərqi olmadan rəy bildirməyinizə çox sevinərdim. Çünki həmişə olduğu kimi bütün fikirlərimizə baxmayaraq, yenə ortaya "nə" çıxardığımıza qərar verən oxucudur.

HörümçəkUnde poveștirile trăiesc. Descoperă acum