1.Dəvətnamə

394 31 160
                                    

      Tak tak tak tak

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

      Tak tak tak tak.... 
 
- Orxan!Qapı döyülür. Açıram mən.
+ Həə. Bizim Əli olacaq. Gözlə gəldim özüm.
- Qonaq gələcəyini niyə demirdin. Bir hazırlıq görərdik. Heç stolun üstünü yığmamışam düz-əməlli... 
+ Əşşii... Bizim uşaqdı narahat olma,nə qonaq e... Bunları götür bir çay təşkil elə bizə.




Bunu deyən Orxan tələsik qapıya tərəf yönəldi. 
- Gəldim! 




Qapıda dayanıb gözləyən Əli həyəcanlı idi. Heç bilmirdi bir-birini çox başa düşməyən 2 dost arasında dəvətnamə gətirmək məsələsini necə həll edəcək. Bilirdi ki Orxan,bu toyun normal toy olmayacağını təxmin edəcək. 




Nəhayət qapı açıldı.




- Baay Əliş necəsən? Nə var nə yox? Bu nə saç-saqqaldı ə? Bərbər tapmırsan deyəsən... Orxan zarafatyana tənə vuraraq Əli ilə görüşdü. Əli gülümsünərək cavab verdi.
+ Zarafatlarından qalmırsan yenə Orxan. Yox bərbər var, şükür. Amma özüm kəsdirmək istəmirəm. 
- Ə bu nədi sən Allah! Ayıbdı... Gəl keç içəri görüm hələ çay içək dərdləşək. 




Əli utancaq-utancaq çəkinərək içəri girdi və Orxanı təqib etmək üçün keçməsini gözlədi. 




- Eyni Əlisən də! Dəyişmədi bu xasiyyətin. Nədən utanırsan , yaxın dostunun evidi, özüm dəvət eləmişəm keç də. Telefonda dediyin məsələ nə idi ? Nə şad xəbərdi ? 
  
Bu məqamda tələsik stol hazırlayıb,çay dəmləyib, saçına-başına əl gəzdirə bilməmiş Orxanın həyat yoldaşı - Qənirə onlara yaxınlaşdı :
 
 - Salam. Xoş gəlibsiz. 




Əlinin bu dəfə nə qədər utandığını üzündən aydın şəkildə sezilirdi. 
  
 - Salam bacı. Xoş gördük. 
 
 Orxan dilləndi :
 - Az bunun qabağına beqafıl çıxıb salam vermə. Utanmaq xəstəliyi var bunun,indicə utanıb öləcək. Çay qoydunmu ?
  + Hə, hazır olur,gəlin oturun stol hazırdı. 
 
Orxan Əlini ələ salmağı ilə fəxr edirmiş kimi keçib stola sanki sərildi və Əlinin asta-asta nəzakətlə stol arxasına keçdiyinə baxıb gülümsündü. 
 
 - Həə. De görək nə məsələdir? Cavab vermədin bayaq. 
 + Mən dəvətnamə gətirmişəm sənə. Şair göndərib. Bu yaxınlarda toyu olacaq, bunu da sənə çatdırmağımı istədi. 
 - Məzələnirsən ? Bay, denən köhnə dost toyu var ki qabaqda! Ver görüm dəvətnaməni harda eliyir bu toyunu nə yazıb-edib ora ? 
 + Buyur bu dəvətnamə. 
 - Ə bu nə yaxşı toy edir ? Uşaqlardan eşitmişdim nişanlanıb , amma nişan zad eləmiyib. Elə yüngül vari heç yüngül vari də yox, elçilik kimi bir şey olub. Eşidəndə yerinə utandım. Amma çox təəccüblənmədim düzü. Tanımırıqmı onu ? Həmişə beləydi də. İçinə qapanır, bədbəxt adam qorxur hərdən. Hər şey gözləmək olar ondan. Daha şair olan adamdan nə ağıllı hərəkət gözləyəsən ki...? 
 
Əli cavab verməyib sadəcə çox zaman cavabı olan gülümsəyişini yenə üzünə gətirdi. Qənirə bu anda otağa əlində çaylarla qayıtdı :
 
 - Gəldi çaylarınız da. 
 
 Çayı Əlinin qarşısına qoyduqda Əli böyük xəcalət və utancaqlıqla yardım etmək istəyirmiş kimi önə əyilib təşəkkür etdi. 
  
 Orxan :
 - Az gəl buna bax, sənə hər dəfə misal çəkdiyim o şair yoxdurmu ? Onun toyudu. Dəvətnamə yolluyub Əliylə. Allah evini tikmiş gedib ən ucuz şadlıq sarayını tapıb özü də. Heç tanımıram yerini düz-əməlli. Bir iki dəfə görmüşəm elə bil. 
 
Qənirə :
 + Aa nə gözəl. Nə vaxtdı ? Bıy, bəs o nişan etməmişdi, toy nə yaxşı eliyir ? 
 
 Əlinin üzündə artıq kədər hiss olundu, bu xəbərin yayıldığını və Şair düşündüyü kimi dildən-dilə keçib məsxərə olduğunu başa düşdü... 
 

 Orxan :  - Elə mənə də maraqlıdı

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


 Orxan : 
 - Elə mənə də maraqlıdı. Əlini də özünə oxşadıb görmürsənmi, lal-dinməz qalıb. Gələn ayın 13-üdü hələ 2-3 həftə var. Buna bax ey, 13. Mərcə duraram bunu da qəsdlə edib, nəs rəqəm deyirlər deyə prinsipə eliyib. Onda var belə şeylər. Tanıyıram də! 
 
Bu söz Əlinin təbəssümünü üzünə qaytardı. 
 
Qənirə : 
 - Nə qəribə adamdı e... Vaxtımız azdı amma gərək sabah çıxıb paltar axtaram qızlarla... 
 + 3 həftə var ey Qənirə ! Üç həftə...! Buna bax azdı deyir vaxt. 3 dənə toya hazırlaşıb gedərəm. 
 - Əşi sizin işiniz rahatdı də. Kişilərə nə var kostyum-şalvarı geyindi saçını düzəltdi getdi. Bizim makyaj ,saç,paltar... Üç həftə azdı ! 
 
 Əlini astaca dillənərək sözə başladı :
 - Üzr istəyirəm. Sözünüzü kəsmək istəməzdim amma mən artıq getməliyəm , başqa adamlar da var dəvətnamə verilməli. Çox sağ olun hər şey üçün. Bir də bir şey demək istəyirəm. Orxan, sən dediyin kimi Şairi tanıyırsansa, bu toyun başqa toylar kimi olmayacağını da bilirsən. Ona görə digər toylar qədər hazırlıq görməyin ,lütfən. 
 
 + Ə bilmirəmmi onu ! Heç nə yoxdu hansısa qızı bədbəxt eliyib , Allah bilir qara don zad deyindirəcək ona özü kimi qap-qara edəcək geyimini qızın da. Nəysə...  Di gəl ötürüm səni. İşindən qalma. Yorulmayasan. Get, mənim əvəzimdən də ona de ki, ayıbdı.Bəsdir özünü biabır elədiyi. Heç olmasa toyunu adam kimi eləsin qalan şeyləri ört-basdır edər bu. Millətin ağzı torba deyil ki tikəsən. Bu nişan məsələsi bu qədər yayılıb. 
  
 - Oldu. Sözlərini çatdıraram. Çox sağ ol Orxan! Hələlik. Toyda görüşənədək... 
 
 + Yaxşı yol! 
  
  Əli son sözü ilə onları gözləyən sürprizə işarə edərək qəlbində yaranmış kədəri qismən öldürdü. Yenə də Orxanın dediyi son sözlər ona mənfi təsirini itirmirdi. Əli şairin onla danışarkən dediyi bəzi fikirləri xatırlayırdı :
 
 "Mən insanlar qədər iyrənc varlıq tanımıram. Buna özüm də inanmaq istəmirəm amma bu ali varlıqlar çox iyrəncdi Əli! Kefini pozma deyirsən amma olmur. Nə kefini pozmamaq, nə şeiri yazmamaq olmur. Gərək ürəyini boşaldasan. Bilirsən, elə adamlar var özü alçaq ola-ola durub alçaqları və alçaqlıqları qınayır. Oğurluq edən, oğrulara pis baxdığını deyir. Dözmək olmur Əli.. Olmur..." 
  
 Əli Orxanı oğurluğa pis baxan oğru kimi görmüşdü...


Toy (qısa hekayə)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin