6.Toy günü (şair)

122 20 115
                                    

Şair toy günü səhər tezdən oyanıb son hazırlıqlara başlamışdı. Hər şeydən əvvəl hələ də Mələyi bu işə qatmaqda haqlı ya haqsız olduğunu düşünürdü. Baş verə biləcək bütün pis hadisələri nəzərə alarkən Mələyi düşünməmişdi. İndi gec də olsa bunu edirdi. Lakin ən yaxınları olan Əli və Əhmədə onu tapşıracağına və toy salonundan qısa zamanda onu Əli və Əhməd vasitəsilə uzaqlaşdıracağına görə rahat idi. Yenə də dərindən tanımadığı bir qadını riskli vəziyyətə salmaq istəmirdi.Hər nə qədər onun üçün risk ehtimalı az olsa da,özündən çox Mələyin başına nə isə gəlməyindən narahat idi. Bir qədər düşüncələrdən sonra artıq gec olduğunu anladı və Mələyi ilk öncə Allaha əmanət edib, Əliyə zəng vurdu :
  
 - Salam qardaş.Sabahın xeyir olsun,necəsən? 
 - Salam Şair!  Allah hər vaxtını xeyir eləsin. Necə olmağımı gözləyirsən? Həyəcanlı... Neçə gündür bu günün həsrətindəyik. İnan ki nə olacağı çox maraqlıdır. Kaş ki bizə daha ətraflı danışsydın hər şeyi. 
 - Narahat olma əziz dost, artıq bir neçə saat qalıb. Tezliklə əyani şəkildə görəcəksiz hamısını. Ümid edirəm yuxuna haram qatmadım.
 - Nə danışırsan qardaş? Nə haram? Bilirsən ki Əhməd də mən də bu yuxunun halallığını çoxdan vermişik sənə. 
 - Var olun qardaş! Allaha çox şükür ki sizi tanımışam. Yavaş-yavaş hazırlaşıb gəlin zəhmət olmasa. Danışaq hər şeyi. Maşın da hazırdı. Gedib Mələyi götürərsiz sonra. 
 - Oldu qardaş. Əhmədlə danışım, gəlirik. 
 - Oldu,çox sağ ol bir daha hər şey üçün.
   
Şair telefonu söndürdükdən sonra digər otağa keçib toy üçün hazırladığı paltarları geyinməyə başladı. Sadə tünd qara köynək və üzərindən qara kostyum geyinib güzgü qarşısında dayandı :

 Sadə tünd qara köynək və üzərindən qara kostyum geyinib güzgü qarşısında dayandı :

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

  
 - Həə. Necədir şair bəy? Xoşuna gəlirmi? Eyni həyatın əsl üzü kimi,qap-qara...Zülmət... Şeirlərində çox danışırdın zülmətdən. Görək bu gün bu zülmətin içindən insanlara aydınlıq yaya biləcəksənmi? Artıq iş yazmaqdan keçib. İndi danışmaq vaxtıdır. Bu dəfə sən danışmalı olacaqsan. Uğurlar sənə! Allah utandırmasın!  

 Daha sonra yenidən telefonu götürüb şənlik evinin sahibi ilə əlaqə saxladı və hər şeyin qaydasında olduğunu öyrəndi.  Yüksək prestiji olmayan və yaşlı bir sahibi olan bir şənlik evi üçün anormal toy dizaynı böyük bir problem yaratmırdı. Üstəlik bunun qarşılığında məkandan az istifadəyə rəğmən normal pul verilirsə və bir də arada tanışlıq varsa, əlbəttə ki hər şey qaydasında idi... 

Təxminən bir saat sonra Əli və Əhməd qapıda idi : 
  Şair : Gəldim qardaş, gəldim! 

 - Bəy! Necəsən?  deyərək Əhməd Şairlə qucaqlaşıb görüşdü.
 - Var olasan Əhməd! Çox şükür, normal. Sən necəsən?
 - Biz də necə olaq qardaş,  ən yaxın dostun toy günüdür... Maşın üçün "dostum evlənir" yazısı almışam. 
 Dostlar üçü də bu zarafata gülməyə başladı. 
 Şair : Əsl Azərbaycanlı seçimidir. Xoş günümüzü də hər şey kimi göstərməliyik millətə. Axı biz göstərişi çox sevirik. Yaxşı nəyimiz varsa göz önünə qoyur, fikir verilməyəndə də gözə soxuruq. Pis olan hər şeyi də özümüz unudacaq qədər gizlədirik...
 Əlinin üzündə təbəssüm var idi...
 Əhməd : Kiçik bir zarafata da icazə verməzsən boşa getsin. Həmin dəqiqə dəyərləndirdin. Var ol! Amma toyda belə şeylər desən, çağırdığın o 5-10 qonaq da durub gedəcək qardaş, qalacağıq yenə üçümüz. 
 Şair : Xatırlatma qardaş toyu və danışmağı. Bilmirəm necə olacaq heç. Bu gün artıq mən danışmalıyam, hər kəs dinləməlidir. Dünyanın tərsinə çevrilməsi kimi bir şeydir. 
 Əli : Danışmaq yazmaqdan xeyli çətin olmalıdır. Özü də səni dinləyən varsa,lap çətin...
 Şair : Haqlısan qardaş!
 Əhməd : Əşi! Kefini pozma, elə qafiyələrin kimi axıb gedəcək orda da sözlərin,çətini başlamaqdır, ona da indidən qorxuyla yanaşsan məğlub olarsan, bunların hamısını orda düşünürsən, bir neçə dəqiqə düşünüb, Allahın adı ilə başlayarsan. İşin yarım qalmaz onda. 
 Əli : Eynilə. Ürəyini sıxma qardaş! Biz də orda olacağıq. Gördün çətinlik çəkirsən xəyalında hamını sil, bizə danışırsanmış kimi düşün. Hər şey istədiyin kimi olacaq. 
 Şair : Minnətdaram sizə əziz dostlar! Həqiqətən çox şükür Allaha sizlə rastlaşdırdığı üçün məni. Başım qarışdı lap, qapıda qaldıq. Gəlin keçin əyləşin. 

 Əhməd : Hə qardaş, de görək necə olacaq? Nə edək biz ?
 Şair : Demək olar ki hər şey hazırdı. Qalan bəzi şeyləri də özüm həll edəcəm, sizə verəcəyim əsas əziyyət budur ki, gedib Mələyi götürüb dediyim şadlıq sarayına gətirəcəksiz. Mən elə orda olacam inşallah! Həmin vaxt mənim gətirəcəyim xüsusi qonaqlar da orda olacaq. Bircə qalır dəvətnaməylə deyilən saatda gəlməli olanlar.Sizə düşən bir əziyyət də onları əsas salondan əvvəl bir az ləngitməkdir ki yığılıb birlikdə girsinlər. Ən azından bir qismi o cür olsun,davamı da gələr. Onlar da içəri daxil olan sonra sizdən xahişim qapının ağzında dayanıb mənim işarəmi gözləməyinizdir. Mən sizə işarə edəndə artıq Mələyi dərhal götürüb salondan çıxın. Sonra da başqa bir istəyi olmasa bütün haqq-hesabı tamamlayıb aeroporta düşürün. İki saat əvvəldən aeroportda olmalıdır deyəsən uçuş üçün. Mümkün qədər gecikməyin, mən də çalışıb münasib vaxtda verəcəm işarəni sizə. Bu qədər. Siz qayıdana qədər yəqin ki salon boşalar artıq, hamı tərk edib gedər. Belə olsa, özüm zəng edəcəm sizə. 
Əli : Oldu qardaş. 
Əhməd : Hər şey çox gözəl,başa düşdük qardaş. Amma bir şey var. Biz toyun əsas hissəsini qaçıracağıq axı. Sənin bizdən sonra nə edəcəyin,nələr danışacağın maraqlıdır. Kamera da yoxdur ki sonra baxaq. 
Şair :  Bundan narahat olmayın qardaş, mən ancaq danışacam. Danışdığım şeyləri də ki siz çoxdan eşidibsiz onsuzda. Yaralı yerlərimiz,dərdlərimizdi hamısı.  Toydan danışacam elə. 
Əhməd : Başa düşdüm qardaş. Allah səni müvəffəq eləsin. Bilmirəm heç camaat necə qəbul edəcək bunu,gəlin də gedən sonra heç ciddi qəbul eləməzlər məncə. Amma ağlını qarışdırmaq istəmirəm ,üzrlü say. Məqsədin nədirsə ona çatmağın ümidi ilə. Biz gedək onda yavaş-yavaş... 
Əli : Allaha əmanətsən Şair! Uğurlar! 
Şair : Var olun qardaşlar! Sizin də yolunuz açıq olsun! Gedin Mələyi də götürüb gələrsiz, sizi gözləyəcəm salonda. 
 
 Otaqdan çıxarkən Əhməd birdən geriyə dönüb şairə baxdı : 
 - Qardaş, bu qara geyim sənin bəy paltarındı?
 - Əlbəttə. Gülümsəyərək cavab verdi şair. 
 - Heç təəccüblənmədim.Gözümüz öyrəşib artıq. 
 - Əsas könlünüz qaraya öyrəşməsin qardaş! Ondan qurtulmaq olmur... 

Əli və Əhməd maşına minib uzaqlaşdıqdan sonra şair bir telefon zəngi etdi. Və sonra tələsik evdən çıxaraq uzaqlaşdı. 
  
 Təxminən yarım saat sonra bir dayanacaqda dayanan avtobusu gördükdə üzü güldü və dərhal ona mindi. Avtobus sifarişlə tutulmuşdu və içindəkilər şairin seçdiyi xüsusi qonaqlar idi...

Toy (qısa hekayə)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin