2. Şairin hazırlığı

170 24 64
                                    

Şair :
- Həə Əhməd. Götür bu son dəvətnamələri də çatdır zəhmət olmasa, qalanını da Əli aparıb. Daha üzrlü sayın verdiyim bu əziyyətə görə,nə edim, xeyir işimdir. Gərək əziyyətimi çəkəsiz.
Əhməd dostunun bu sözünün əsl mənasını anladığı üçün üzündə təbəssüm yarandı.
- Həmişə üzün gülsün əziz dost! Mən də gərək gedim adi saç kəsimini "bəy saçı" adı altında 4-5 dəfə bahalı kəsdirim... Hələ geyimi-keçimi demirəm...
Şair bunları deyib kinayə ilə gülümsünərək Əhməd üçün evin qapısını açdı.

Əhdməd getdikdən sonra bəzi kiçik hazırlıqlar edib özü də tələsik evdən çıxdı. Bayaq Əhmədə "dəvətnamələri paylayın, əziyyətimi çəkin" deməsinə baxmayaraq əslində toyun əsas iştirakçılarını özü dəvət etməyə getmişdi. Hər birinin yanına tək-tək gedib dəvət edəcəkdi.

Bir neçə saatdan sonra. Şair yolda olarkən :

Əli Şairinin evinin qarşısında gözləyirkən Əhməd də son dəvətnamələri ünvanına çatdırıb gəldi.

Əli : Xoş gəldin Əhməd.
Əhməd : Xoş gördük qardaş. Yaman yoruldum vallah. Burda niyə durubsan,keç də içəri.
Əli : Şair evdə yoxdur. Dedim bir az gözləyim zəng edərəm.
Əhməd : Mənə saçını kəsdirmək,geyim-keçim hazırlamaq barədə demişdi amma yenə ironiyalı təbəssüm var idi üzündə inanmamışdım. Doğurdanmı onlar üçün gedib görəsən.
Əli : Bilmirəm qardaş.Gözləyək,indi zəng edərəm amma əvvəlcə sənlə danışmalıyam bir şeyi. Bu işdən ağlın nə kəsir? Səncə şair düz edir ? Bilirsən bayaq Orxana dəvətnamə aparmışdım. Çay təklif etdi israrla. Süfrədə şairin toyu haqda danışarkən yoldaşı da yanında idi. Tezliklə hazırlaşmalı olduqlarını, vaxtın az olduğunu deyirdi. Yəni,insanların hər biri bildiyin kimi standart toy hazırlıqları edəcək. Hər nə qədər şairi tanısalar da, hətta dilimizlə bunun stanartdan kənar toy olacağını desək də şüurları bunu qəbul etmir sanki. Elə öz bildiklərini edirlər və edəcəklər,əminəm buna. Bunun axırı da heç yaxşı nəticələnməz məncə həmin gün...
Əhməd : Bilmirəm qardaş vallah..Mən də bilmirəm...
Əli : Nə deyirsən bəs şairlə bunu danış..
Əhməd Əlinin sözünü kəsərək anidən cavab verdi :
- Bildiyim bir şey var qardaş. O da budur ki, şairin həyatında onsuzda güvəndiyi,inandığı çox az insan var.O bu iş üçün bizi seçibsə,deməli etibar edib. İndi onun etimadını doğrultmasaq, biz şübhə ilə davransaq o daha betər hala düşər və bu iş alınmaz. Mən də şairə güvənirəm. Əminəm ki bu iş boş olmayacaq. Məncə ona heç nə bildirmə,o bunları əvvəldən təxmin edib onsuzda, bunları bilərək bizi göndərib o evlərə. Bizə inanıb. İndi biz ona belə desək, biz ona inanmamış olacağıq...
Əli : Haqlısan qardaş...Belə düşündüyüm üçün xəcalət çəkdim lap.
Əhməd : Eybi yox, xəcalət vicdandan xəbər verir, sən bizim vicdanlı dostumuzsan!

  Əhməd : Eybi yox, xəcalət vicdandan xəbər verir, sən bizim vicdanlı dostumuzsan!

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


Bir müddətdən sonra Şair gəldi.

Şair : Dostlar, gəlibmişsiz. Bəs niyə zəng etməyibsiz mənə, bir az tələsdirərdiz, arxayın dolaşmazdım.

Əhməd gülümsəyərək cavab verdi :
- Eybi yox əziz dost! Bir şeir yazarsan hərəmizə, könlümüzü alarsan

Dostlar üçü də bu sözə gülərək içəri keçdilər.

Şair : Mən Mələyə zəng vurub gəlirəm, görüm onun hazırlığı necə gedir, bir problem yoxdur ki. Az qalıb artıq...

Toy (qısa hekayə)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin