4.Toya bir neçə gün qalmış

119 24 66
                                    

Mələk mehribanı təzəcə yola salıb özü ilə baş-başa qalmışdı. Divana əyləşib son dəfə hər şeyi başdan sona düşünürdü. Dərin düşüncələr ona şairlə bu işi təşkil edərkən olan danışıqları xatırlatmışdı :
  
 - Mələk xanım! Məni səhv başa düşməyin lütfən. Mən də sizi qınamıram. Bu maddiyat dünyasında pul üçün çox alçaq işləri görənlər var. Hətta bəzilərində bu iş zövqə çevrilir. Biz artıq bir birimizi qismən tanıyırıq. İkimizin də ailə vəziyyətimiz ortadır. Yəni ailəmiz yoxdur. Hətta sizin bir rəfiqənizdən başqa heç kəsiniz yoxdur bildiyim qədərilə. Belə olan halda istədiyiniz həyatı qurmaq çox çətin bir işdir. Ölkəni tərk etmək istədiyinizi və özünüzə bir həyat qurmaq istədiyinizi bildirdiz. Əmin olun bu gözəl bir fürsətdir və siz pis heç nə etmirsiz. Biz sadəcə bir-birimizin işini aşıracağıq iki yad insan kimi. İnanın ki bunu etməklə də böyük bir fayda vermiş olacaqsız bu cəmiyyətə. Mən buna inanıram ən azından. Hər halda, danışdığımız kimi bizim aramızda nə bir nigah müqaviləsi olacaq nə bir şey, mən heç sizin əlinizdən belə tutmayacam. Sadəcə görünüş olaraq bu planda bir gəlin roluna ehtiyac var. Siz də buranı tərk edəcək kimsəsiz biri olaraq bunu rahatlıqla edə bilərsiz məncə. Danışdığımız məbləği də sizə ödəyəcəm.Cəmi bir saatlıq bəlkə də daha az yanımda dayanmalı olacaqsız. Qalan heç nədən narahat olmayın. 
  
 - Məni başa düşdüyünüz üçün təşəkkür edirəm Şair.İnanın başqa bir çıxış yolum yoxdur, burda qalıb sürünmək istəmirəm artıq. Dediyiniz kimi sadəcə iki yad insan kimi bir-birimizin işini aşıracaq və qarşılığını alacağıq. Mənim də planımı həyata keçirə bilmək üçün o pula ehtiyacım var. Burda da bir kimsəm yoxdur ki el-oba adıma söz çıxarsın. Onsuzda dərhal ölkəni tərk edəcəm və burda olan hər şey burda qalacaq. Sizə söz verirəm ki dediyiniz vaxta qədər dediklərinizi edəcəm amma siz də söz verin ki hər şey danışdığımız kimi olacaq. 
  
 - Razılaşa bildiyimiz üçün çox sevindim və sizə minnətdaram Mələk xanım! Mən də sizə söz verirəm ki,hər şey danışdığımız kimi olacaq. Əgər hər hansı bir problem yaransa belə bunun sizə təsiri olmayacaq,pulunuzu götürüb siz də öz planınızı həyata keçirəcəksiz inşallah! Yeni həyatınızda da indidən müvəffəqiyyət arzulayıram sizə! 
  
  Mələk şairin sözlərini xatırladıqcaürəyi fərəhlə dolur və sevinc dolu gözləri ilə öz gələcəyinə baxırdı xəyalən.Amma yenə də içində dərin bir həyəcan,sıxıntı var idi. Hər nə qədər özü özünə haqq qazandırsa da, şairin də ona haqq verdiyini düşünsə də nəyinsə yanlış olduğunu düşünürdü. Bəlkə də onu narahat edən qeyri-müəyyən plan,qeyri-müəyyən gələcək idi. Buna yeni həyatın ümidi də qatılanda artıq həyəcanın ağuşunda qalırdı. 
     
 Şair isə məkanı ənənəvi tanışlıq üsulu ilə həll etməyə çalışırdı. Dostu Orxan uzun müddət şadlıq saraylarında çəkilişci işlədiyi üçün yaxşı əlaqələri var idi. Seçilən məkan çox böyük olmadığı üçün də yaxşı pul təklifi və tanışlıq birlikdə olub bu işi asanca həll edirdi. 
  
 Şair Orxana zəng vurur :
 
 - Salam Orxan! Necəsən ? 
- Oo! Şair bəy! Bəy deyirəm ey sözün əsl mənasında bəy!  Dəvətnamən gəlib çatıb. 
- Hazırsanmı şairin toyuna ? Şair gülümsünərək soruşdu.
- Ə mən həmişə hazıram. Amma mənə çatmayan bir şey var. Sən bu toya nifrət eliyirdin. Evlənmərəm deyirdin. Nə oldu birdən birə ? Bu nə həvəs idi gəldi ? Könlünü kim oğurlayıb elə?
- Sən əsas hazır ol Orxan, bütün suallarının cavabını toyda alacaqsan inşallah! Amma sənə bir işim düşüb. Bilirsən ki işi düşməyən itirib-axtarmır...
- Sən niyə yad kimi davranırsan ki? Sən də mi işi düşəndə yığanlardan oldun ? De görüm hələ nə olub ? Şəkil işidirsə mənlikdi ha! Bilirsən onu.
- Şəkil olmayacaq təssüff ki toyda. Amma onla bağlı bir şeydir.
- Nətər yəni ə şəkil omayacaq ? Elə şey olar ? Bilirdim ki bir oyun çıxaracaqsan. Özün kimi anormal toy olacaq amma bu qədər də yox də! Özüm çəkəcəm dedim! Başqa variant yoxdur!
 - Əsas mənə bir işdə kömək et xahiş edirəm. Balaca bir şənlik evi lazımdır. Ucuzvari, amma normal ödəniş edəcəyik. Sadəcə danışmaq lazımdır ki istədiyim şeylərə razı olsun. 
- Nə etmək istəyirsən ki sən? Danışmağına danışarıq problem deyil amma başımıza oyun çıxarma də! Ayıbdı, arada mən varam sonra deyəcək dostun gəldi belə elədi.
- Narahat olma, pul ilə normal insanı da anormal şeylərə razı salmaq olur. Sən bir dənə zəhmət olmasa biri ilə danış və mənlə əlaqələndir. Özüm danışıb həll edəcəm qalanını. 
- Yaxşı. Mən axşama qədər həll eliyərəm bu məsələni. Biri ilə razılaşıb sənə nömrəsini verərəm. 
- Çox sağ ol Orxan! Bu yaxşığılın borc olaraq qalsın məndə.
- Ə yenə gic-gic danışma. Boş şeydi,əlimizdə deyilmi hamısı?  Borcunu da yaddan çıxartma amma. Gülərək qeyd etdi Orxan.
 Şair də gülərək sağollaşıb telefonu söndürdü. 
  
 Şairin monoloqu :
 Həə. Bax belə. Ömrümdə bəlkə də ilk dəfə bir məqsəd uğrunda bu qədər çalışıram və hələ ki işlər yaxşı gedir. Çox şükür. Amma əsas yaxşı başlamaq deyil,bitirməkdir. Ümidvaram, yaxşı bitəcək...

Toy (qısa hekayə)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin