- Götür qızını da rədd olun! Harda qazanırsan qazan. Qayıdanda içki,siqaret hazır olsun. Cəld olun!
- Bəsdir a kişi qurban olum! Bizə nə demək istəyirsən sən?! Mən Cəhənnəm , Mələyin cəmi 6 yaşı var. Onun yanında bu elədiklərin ayıb deyilmiş kimi hələ bir də bizdən nə gözləyirsən sən?!
- Cəhənnəm olun! Mənə fərqi yoxdur,gedin bir yolnan pul qazanın mənim içkimlə siqaretimi çatdırın. Ölürəm əlimdə.
- Allah sənə ağıl versin! Sənin qeyrətin yoxdur ?! Bu nə sözlərdir deyirsən bizə?! Mən yox e! Sən gedib qazanıb bizə baxmalısan! Bunu eləmirsən ,itin zülümünü verirsən bizə indi də belə bir şey deyirsən?! Vallah belə olmaz mən yaşaya bilmərəm sənlə nə də qızımı ya..
- Sus! Rədd ol! Sonra deyirsən məni niyə döyürsən. Bir kəlmə də işlət gör səni nə günə qoyuram burdaca. Götür o qancığı da rədd olun pul gətirin!... Yox ! Yox! Mən Fahişə deyiləm! Yox...! Bunları deyərək keçmişi ona xatırladan qorxulu yuxudan ayıldı Mələk.
Allah sənə lənət eləsin Ata! Ölüb getdin, indi də yuxuma haram qatırsan! Alçaq! Anamı da apardın o dünyaya...
Bunları deyərkən boğazı düyünlənən Mələk, bir az nəfəs almağa çalışarkən hönkür-hönkür ağlamağa başladı. Beləcə bir saatdan çox vaxt keçdi. Artıq saat səhər 8-i göstərirdi. Gözləri şişmiş,qızarmış və boğazı qurumuş halda yaşların və düşüncələrin içindən nəhayət ayılan Mələk yavaş-yavaş qalxıb üzünə su vurmağı düşündü. Güzgüdəki əksinə bir qədər baxan sonra üzünü yuyub bir daha baxmağa başladı özünə :
- Yox! Alçaq insan! Sən nə Anamı özün kimi alçaq edə bilmədin nə də məni edə bilməyəcəksən! Mən pul üçün nə bədənimi,nə ruhumu satmıram. Şair dediyi kimi o da xeyirli bir iş üçün edir bunu,mənim cəmi 1 saatlıq orda dayanmağım lazımdır. Ona bu çox lazım olduğu üçün qarşılığında mənə bu pulu təklif edir və mən də bu pul vasitəsilə bu oyrəncliklərdən qurtulacam. Bax görürsən, pul qazanmaq üçün alçaqlıq edib sonra da ona davam etmirəm! Mən xeyirli bir işə yardım edib o pulu alacam və bütün pis yollardan uzaq olmaq üçün bu iyrənc yerlərdən uzaqlaşacam! Anamı da qəlbimdə aparacam!
Özünə bəraət qazandırdıqdan sonra nə qədər haqlı olduğu xoşuna gələn Mələyin üzündə artıq ümid dolu, iradəli,mübariz bir təbəssüm göründü və üzündəki böyük hüzn onu tərk etdi.- Bu gün toy günüdür,toya hazırlaşmaq lazımdır!
Sevinc və həyəcanla tələsik telefonuna tərəf qaçıb, Mehribana zəng vurdu Mələk :
- Alo, ay qız hardasan? Sən toy günlərinin qəhrəmanı idin bəs? İndi niyə gəlini tək qoyubsan?
- Aa bağışla Mələk...Tamam yadımdan çıxıbsan. Yatıb qalmışam mən də.
- Doğurdan deyirsən? Bir də niyə qışqıra-qışqıra danışırsan? Yuxudan duran kimi nədir bu enerji? Gələ bilməzsən indi?
- Qışqırıram çünki telefondan danışmıram ay bədbəxt! Qapıdayam,qapıda! Gəl aç görək...
- Aa... Ay səni! Deyirəm axı bu heç Mehribanlıq hərəkət deyildi. Gəldim...Qapı açılan kimi əllərində paketlərlə Mələyin üstünə şığıyıb onu qucaqlayan Mehriban sonra ona məsxərə edirmiş kimi baxıb sözə başladı :
- Mənim yatıb qaldığıma inan bu şişgöz qadın indi oyanıb? Yoxsa heç yatmayıb? Bu nə haldır hə?
- Heç nə bacı, halıma baxma sən. Elə ona görə çağırdım ki mənə əl gəzdirəsən bir balaca,üzüm-gözüm özünə gəlsin.
- Bu gün sənin günündür Əzrail !
- Əzrail nədir ay qız dəlimi olubsan ?
- Əzrailsən də! Qara donlu Mələk!
Mehribanın enerjisi,zarafatları ilə Mələyin kefi artıq demək olar tam düzəlmişdi.
- Gəl görüm gör nələr alıb gəlmişəm, indi bəzi şeyləri özümüz burda həll edək,sonra da qaçaq salona təcili.
- Ay Mehriban,demişdim axı sənə,Şair istədiyi kimi olmalıdır hər şey,bu qədər makyaj olmaz,hələ salon,heç olmaz.
- Elə şey olar? Mümkün deyil!
- Mehriban!
- Yaxşı bacı, bilirdim belə edəcəksən, elə ona görə hazırlıqlı gəlmişəm. Salon olmaz,amma make-up ustası Mehi burdadır! Paketlərim kosmetikalarla doludur! Qurtula bilməzsən!
- Təslim oluram sənə, amma xahiş edirəm bax belə bir anda aramız pozulmasın, dediyim kimi et, sadəcə bu şişkinlik itsin, azca da sürmə çəkərsən gözümə, bu qədər.
- Baş üstə bacı.
Bir neçə saat sonra...
Qara gəlinliyini geyinib gələn Mələyi görən Mehriban :
- İlahi! Əzrail bu ədər gözəldirmi görəsən? Al canımı mənim! Təki sən al!
Utanaraq təbəssüm edən Mələk :
- Bəsdir Mehi. Başlama yenə! Özüdə zarafatlarına Əzraili qatma, bax axırı yaxşı olmaz...
- Sən məndən narahat olma bacı, özü də ki Əzrail gəlirsə demək ölüm gəlir və axırı onsuzda heç kəs üçün yaxşı olmur.
- Elə demə, ölümü bəyənənlər də var.
- O hansı axmaqlardı?
- Şair. Bir neçə şeirini oxumuşdum, demək olar hamısının içində ölüm sözü var.
- Sən canın! Danışma! Bütün ürəyimi partlatdı bu məsələ. Get bircə bu axmaq adamın əlindən sağ-salamat qurtul gəl, görək nə olur. Bax 1 saata qayıtmasan polisə zəng vuracam! Ya da özüm balta-bıçaq götürüb gələcəm ora.
- Narahat olma əzizim! Çox sağ ol hər şey üçün. Həqiqətən , bunları sənə səmimi deyirəm Mehriban, sən çox dəyərli bir insansan. Hətta həyatımda qarşılaşdığım ən yaxşı insansan Anamdan sonra. Bir o bir də sən varsan bu qədər gözəl, Mələk mən yox sizsiz əslində.
- Sözünü bitirdinsə bir də oturub ağlayaq,vidalaşaq sonra get. Bu nədir belə ? Ay qız toya gedirsən toya, ölümə yox. Yoxsa sən də qorxursan artıq bu şairin çıxaracağı oyundan? Onun qəribə toyundan? Mənə də şeir yazdırdı bu axmaq,adını çəkə-çəkə...
- Ay Mehriban... Sənin qədər üzümü güldürən olmayıb. Gəl bura qucaqlayacaq bu Əzrail səni bərk-bərk!
- Yoox! Hələ ölmək istəmirəm...
Qızlar gülüş içində ikən qapı döyülməyə başladı.
Mehriban :
- Gəldilər deyəsən.
Mələk :
- Hə,onlar olacaq. Əli ilə Əhməd idi deyəsən o birinin də adı. Getmək vaxtıdır.
- Di get , uzatmayaq. Hələlik deyirəm bax, hə-lə-lik!
- Haqqını halal edərsən mənə Mehriban! Sənin üçün böyük bir xoşbəxtlik istəyirəm Allahdan!
- Başladı da yenə bu. Qara don sənə qara düşüncələr gətirib deyəsən həqiqətən. Mənə bax! Mənim bilmədiyim nəsə var hə??
Mələk gedişini Mehribana açıqlamadığını beynindən keçirib dilləndi :
- Yox, əzizim! Heç nə yoxdur. Sadəcə mənə çox yardım etdin. Ona görə deyirəm. Getdim.
- Get,gələndə edərsən təşəkkürünü də,halallığını da alarsan, donundan ehtiyatlı ol maşının qapısında ilişər.
...
- Hələlik
- Hələlik... əlvida (asta səslə)
ŞİMDİ OKUDUĞUN
Toy (qısa hekayə)
Short StoryYer üzündə görülməmiş bir toy... Qeyd : Hekayədəki bütün xarakter və hadisələr tamamilə xəyalidir. Kitabın üzlüyündə və yazılmasında böyük dəstəyi üçün Nigar Sadiqə dərin təşəkkürlər !