Sifarişlə tutulmuş avtobusa minən şair içəridəki hər kəsi təbəssümlə süzərək salamladı :
- Təşəkkür edirəm hər birinizə dəvətimi qəbul etdiyiniz üçün.
Avtobusda əyləşənlərin bir qisminin baxışlarından aydın sezmək olurdu ki şairi dəli zənn edirlər.Bəzilərinin üzündə qorxu,təlaş var idi. Həyəcanlı idilər. Bəziləri isə sevincli və minnətdar şəkildə şairə baxırdı.
Şair sürücünün yanında əyləşib,gedəcəkləri yeri ona izah etdi.
Nəhayət,bir müddətdən sonra avtobus şənlik evinin qarşısında dayandı. Şair sürücü ilə haqq-hesabı tamamlayıb ayağa qalxdı və hər kəsdən enib şənlik evinə keçməyi xahiş etdi. İçəridəkilərin bir qismində narahatlıq hissi daha da artmışdı. Yaşadıqları şey onlara yuxu kimi gəlirdi. Şairi onların başına bir oyun açacaq təlxək, dəli kimi görürdülər. Şair onlarla ünsiyyətdə olub inam yaratmağa çalışaraq yavaş-yavaş hər kəsin şənlik evinə daxil olmağına nail oldu. Hər kəs təyin olunmuş yerlərdə əyləşdikdən sonra süfrəyə yeməklər düzülməyə başladı. Şair süfrənin başına keçib ayaq üstə dayanaraq sözə başladı :
- Əziz insanlar! Bir çoxunuzun üzündə narahatlıq görürəm. Sizi başa düşürəm, bu hal sizə çox anormal gəlir. Bəlkə mənim psixoloji pozuntularım olduğunu düşünür,dəli sanırsız. Bunu deyə bilmərəm amma sizi inandırmaq istəyirəm ki, burda qorxulu bir şey yoxdur və sizi bura toplamaqda heç bir pis məqsəd güdmürəm. İndi sizə nuş olsun əziz qardaşlar və bacılar! Rahat yeməklərinizi yeyin, 10-15 dəqiqə sonra bəzi qonaqlarımız olacaq, təxminən 1 saatdan sonra da buranı sağ-salamat şəkildə tərk edəcəksiz ,inşallah!
Şair sözünü bitirb salonu tərk etdi və şənlik evinin qarşısında gözləməyə başladı. Bir neçə dəqiqədən sonra şənlik evinin qarşısında qara rəngli köhnə bir maşın dayandı. Gələn Əli,Əhməd və Mələk idi. Əli və Əhməd maşından düşərkən Şair maşına yaxınlaşıb arxa qapını Mələyin enməsi üçün açdı. Mələk təşəkkür edərək ehtiyyatla maşından endi.
Şair : Buyurun Mələk xanım! Sizi bu işə həvəsləndirmək üçün demirəm , qara geyim həqiqətən çox yaraşıb sizə,çox gözəl görünürsüz!
Mələk utanaraq asta səslə təşəkkür edib, salona doğru irəliləmək istəyərkən Şair gözləməsini xahiş etdi. Əli və Əhmədə yaxınlaşdı və birlikdə kənara çəkildilər.
Şair : Həə qardaşlar! Budur. Hər şey hazır. Bircə mən hazır ola bilmirəm,qonaqlar gələnə qədər inşallah özümü toplayacam. Çox sağ olun Mələyi də sağ-salamat gətirib çıxardız. Gəlin keçin siz də balaca bir süfrə hazırlanıb kənarda orda yemək yeyin. Sonra da qonaqlar gələndə danışdığımız kimi onları bir yerə toplayıb,içəri eyni vaxtda buraxarsız zəhmət olmasaƏhməd : Boş şeydi qardaş, biz gətirmədik ki, tutduğun bu maşının işidi hamısı. Heç təsəvvür eləmirdim amma əməlli-başlı sürmək olurmuş bu antik əsəri. Sən də yenə özünü həyəcanlandırma. Dediyim kimi özünü həyəcana məğlub eləməsən hər şey əla olacaq. Tam istədiyin kimi. Gedək biz gec olmadan bir qismət bir şey yeyək.
Əli : Mənim aclığım yoxdur əslində.
Şair : Əziz Əli! Sənin heç vaxt aclığın olmur. Sənin acmağını gözləsək,Əhməd acından öləcək. Ona görə lütfən,bu dəfə mənim xətrimə utanma. Bunu sənə mənim kimi utanan biri deyirsə,utanma məncə.
Əhməd : (Gülərək) getdik!
Şair : Nuş olsun qardaşlar!
Əhməd bu anda geri qayıdıb şairə yaxınlaşdı :
- Qardaş! Sən təsadüfən bu tamaşada seçdiyin aktrisaya aşiq olmayıbsan? Gözəlsən deyirdin bayaq...
Şair utanaraq cavab verdi :
- Yox qardaş. Nə danışırsan. Amma o həqiqətən gözəl görünür qara geyimdə. Buna görə bildirdim. Bir də ki mən narahatam.
- Nədən narahatsan yenə?
- Qara geyim hər kəsə bu qədər yaraşmır. Mənə elə gəlir ki qara günlər görüb xeyli...
- Bilmirəm, bizə onun haqqında sən danışıbsan. Başqa heç nə bilmirik. Maşında da lal-dinməz idi. Əliylə yarışırdılar elə bil kim daha çox susacaq deyə.
- Allah köməyin olsun Əhməd! gülərək cavablayıb uzaqlaşdı şair.
ŞİMDİ OKUDUĞUN
Toy (qısa hekayə)
Short StoryYer üzündə görülməmiş bir toy... Qeyd : Hekayədəki bütün xarakter və hadisələr tamamilə xəyalidir. Kitabın üzlüyündə və yazılmasında böyük dəstəyi üçün Nigar Sadiqə dərin təşəkkürlər !