8. Son

146 20 172
                                    

...Şairə tərəf qaçan cavan oğlan süfrə üzərində gözünə sataşan bıçaqlardan birini təcili götürdü. Buna gözü sataşan kütlə arasındakı qadınların səsi yüksəldi. Bu səslər sayəsində kütləni sakitləşdirməyə,saxlamağa çalışan Orxanın da diqqəti şairə tərəf yönəldi. Şair qəribə bir halda halda idi. Üzünə baxdıqda bir yox bir neçə ifadəni birlikdə görmək mümkün idi. Gözlərinin birində qorxu,digərində nifrət dolu bir cəsarət var idi. Dodağının bir tərəfində xəfif təbəssüm var idi digər tərəfi isə tamamilə ciddi üzü göstərirdi. Heç nə etmədən, sadəcə ona tərəf qaçan cavan oğlanın gözlərinə baxırdı.  Bunları görən Orxan kütlədən qopub şairin yanına qaçdı. Eyni anda yaranan qarışıqlıqdan istifadə edən bir neçə cavan oğlan da şairə tərəf hirslə qaçmağa başlamışdı. Salonda olan hayqırışlarla şairin gözlərindəki soyuqqanlılıq və ümid bir-birinə tamam zidd idi. Bu ikisini əsla bir yerdə təsəvvür etmək olmazdı. Amma bu  təsəvvür yox,gerçəyin özü idi. 
   Əlində bıçaqla şairə çatan oğlan dərhal bir bıçaq zərbəsi endirib,sonra şairi geri itələdi. Həmin anda şairin hər iki gözündə ümid dolu parıltı,üzündə əlaqəsiz bir təbəssüm var idi və bu anda onlara yaxınlaşan Orxana nəzər yetirib,ardından cavan oğlanın onu otələməsi ilə geriyə doğru gedərək divara dəyib müvazinətini itirdi. Bu anda cavan oğlan dərhal ona bir neçə yumruq zərbəsi endirib sonra yenidən bıçaqla zərbə endirməyə başladı...
  Orxan onlara çatdığı anda stol arxasında olan oturacaqlardan birini götürdü. Onlara çatdıqda şair təminən 3 bıçaq zərbəsi almışdı. Orxan stulu qaldıraraq şairə xəsarət yetirən oğlana şiddətli bir zərbə endirdi. Zərbənin təsirindən huşunu itirən oğlan yerə sərildi. Digər cavanlar da özünü yetirib yerə yaralı halda sərilmiş şairə bir neçə təpik zərbəsi endirdi. Bu anda Orxan onları geri itələyib, hələ də hücum edən bir neçə nəfəri də zərbələrlə geri oturtdu. Sonra dərhal şairi qaldırıb çiynində salonun çıxışına tərəf qaçmağa başladı. 
   Bütün qadınlar bir ağızdan qışqırmağa başlamış və təlaş içində idilər. Orxan onlara çatanda qışqırdı : 
  - Qəmər! Gəl maşına tez qapını aç! 
  
 Əli-ayağı tutulmuş Qəmər bir anda Orxanın səsi ilə ayılıb insanlardan sıyrılaraq Orxanın ardınca qaçmağa başladı. 
 
 Orxan :  Tez ol qəmər,açarı götür kəmərdən! 
 
Qəmər tələsik orxanın kəmərindəki maşın açarının düymələrinə basaraq maşının kilidini açdı. Sonra maşının arxa qapısını açdı. Orxan dərhal şairi ora yerləşdirib rol arxasına keçdi. Qəmər də yanında oturdu. Maşının təkərləri asfalt üzərində sürətlə fırlanıb sürüşərək anidən yerindən götürüldü. 
  
 Qəmər : Orxan qurban olum yavaş sür! Qaş düzəldəndə göz çıxarmayaq... 
 
Orxan heç bir cavab vermədən diqqətlə yola baxıb,sürəti azaltmadan davam edirdi...
  
Qəmər : Mən bilirdim...bilirdim ki bu oğlanın axırı yaxşı olmayacaq. Belə anormal adam olar?!  Axmaq-axmaq şeylər düşünüb camaata ağıl öyrədir guya! Özünə ağıl öyrədən lazımdır sənin ağlın olsa indi bu halda olmazdın... 
  
Orxan sərt şəkildə qışqıraraq :
 - Qəmər! Sus! Xahiş edirəm! İndi bunların yeri deyil, ölüm ayağında olan bir adam var maşında özü də o mənim yaxın dostumdur! 
  
Qəmər qorxaraq dolmuş gözlərini yola dikib,sakit dayandı... 
  
Orxan : Onu tez ən yaxın xəstəxanaya çatdıraq. 
Qəmər : Ən yaxına aparma Orxan. Beynəlxalqa apar, bahalıdır amma daha səviyyəlidir. Digərlərində baxmayacaqlar. Dirini də öldürür onlar. 
Orxan : Haqlısan Qəmər..haqlısan... 
  
Yol boyu rastlaşdığı hər on maşından doqquzuna söyərək çəkilməsini tələb edən Orxan nəhayət ki xəstəxanaya yetişdi. Kəskin tormozlama ilə maşını saxlayıb dərhal aşağı düşdü və qaçaraq arxa qapıya yaxınlaşdı. Ətrafda səsi eşidən hər kəsin diqqəti onlara yönəldi. Qəmərin də maşından endiyini görən Orxan tez açarı ona verdi :
  - Qəmər! Götür açarı maşını bağlayarsan. 
  
 Şairi çiyninə alıb xəstəxanın qapısına tərəf qaçdı. Təlaşla onlara yaxınlaşan həkim köməkçiləri Orxandan ödəniş,kart,icbari tibbi sığorta kimi şeylər tələb etdi. Bu anda qaçaraq onlara çatan Qəmər Orxanın bank kartını onlara doğru uzadaraq :
 - Götürün bu kartı xanım! Ödəniş olacaq narahat olmayın! Bizə təcili yardım edin!  
 
Pul məsələsində rahatlıq tapdıqdan sonra canla başla qulluq etməyə başladılar. Dərhal şair xəstəxanın "təcili" bölməsinə çatdırıldı və həkimlər tapıldı.  
  
 Bıçaq zərbələri şairin ürək,ciyər kimi həyat üçün vacib olan orqanlarına yaxın dəydiyi üçün onu renimasiya şöbəsinə yerləşdirdilər. Artıq ondan asılı olan heç nə qalmadığını başa düşən Orxan bir anda sərf etdiyi güclü enerji və stresin də təsiri ilə yorğun düşüb, renimasiya şöbəsi qarşısında yerə çöküb oturdu.  Qəmər də əyilərək onu qucaqladı :
 - Yaxşısan əzizim? Nə isə olmadı ki sənə?
 - Narahat olma Qəmər, mən yaxşıyam. İnşallah şair də yaxşı olar...
 - İnşallah! Canını sıxma! Sən əlindən gələni etdin. Hətta artığını da etdin. Yolda hər an öləcəyimizi düşünürdüm. Elə sürürdün ki... Şükür Allaha sağ-salamat çatdıq. Dostun da sağ çıxar inşallah. 
 - Qəmər! Əhmədlə Əli... Onlara xəbər vermək lazımdı. Onlara zəng vurmalıyam
   
  
Bu hadisələrdən bir neçə saat əvvəl :
  
Şairin işarəsi ilə Mələyi aparmaq üçün salonu tərk edən Əi və Əhməd maşının qapısını açaraq Mələyi gözlədi. Mələk gəlib maşına oturduqdan sonra Əli qapının örtüb,özü də maşında əyləşdi. Əhməd mühərriki işə salaraq maşını hərəkətə gətirdi. Bu anda Əli :
  
 - Bacı, yanınızdakı çatnada sizin pulunuzun tam hissəsi var. Əgər başqa getmək istədiyiniz yer varsa və ya başqa nəyəsə ehtiyacınız varsa bildirin, limana çatmamış həll edək. 
 - Xeyr,heç bir istəyim yoxdur,çox sağ olun! Bircə, əgər varsa bir kağız və qələm verin mənə,xahiş edirəm.  
 
Əhməd Əli maşının əlcək qutusunu (bardaçok) işarə etdi. Əli dəftər və qələm tapıb Mələyə tərəf uzatdı. 
 
Mələk : Çox təşəkkür edirəm! 
Əli : Dəyməz 
  
Mələk dəftəri götürüb yazmağa başladı :
 
 Əzizim Mehriban! Mehim mənim, yaz mehim! Mən səni çox,çox,çox sevirəm! Əvvəla səndən üzr və hallalıq istəyirəm bunları sənə indi və məktubla dediyim üçün. Belə alındı,bağışla... 

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Jul 17, 2020 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

Toy (qısa hekayə)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin