Mələk ən yaxın rəfiqələrindən biri olan Mehriban ilə birlikdə bir neçə gün əvvəldən gəlinliyi, saç düzümünü, makiyajını və s. yoxlayır və planlayırdı.
Mələk : Mehi, bunlar elə bil görünüşümü tamam dəyişir. Aynaya baxanda özümü tanıya bilmirəm. Məncə kosmetikadan bu qədər istifadə mənasızdı.
Mehriban : Dəlisən sən? Makiyajsız gəlin olar heç?! Bu gün ömründə bir dəfə olacaq və əlindən gələni etməlisən, ən gözəl sən olmalısan! Özü də ki...Bu anda Mələyin telefonuna gələn zəng Mehtibanın sözünü kəsdi.
Mələk : Hara qoymuşan yenə bunu. Gəl bu qarışıqlıqda telefonu tap...
Mehriban : Burdadır, burdadır! Götür. Şairindi zəng edən... Siz nə qəribə cütıüksüz belə...
Mələk özünü toparlayıb telefonu açdı :- Salam Mələk xanım. Necəsiz?
- Salam, Salam şair. Yaxşıyam mən, bəs siz necəsiz?
- Mən də yaxşı olacam, inşallah. Bircə bu iş həll olsun. Hər şey qaydasındadır? Ümidvaram bir problem yaranmayıb. Sizə nə lazım olsa, nə vaxt lazım olsa lütfən xəbər edin.
- Narahat olmayın şair. Hər şey yaxşı gedir. Rəfiqəmlə gəlinliyi yoxlayırıq. Nə isə problem olsa, sizə zəng edəcəm.
- Çox şükür. Oldu. İşiniz avand olsun! Siz də heç nədən Nigaran qalmayın, hər şey razılaşdığınız kimi olacaq inşallah!- İnşallah şair! Sağ olun.
Mehriban : Nə deyirdi? Yenə nəsə oyun çıxarmadı başımıza?Mələk : Yox ay qız! Nə oyun? Sadəcə hal-əhval bir də problem olub-olmadığını soruşdu.
Mehriban : Eh Mələk! Başım çıxmır vallah sizin bu işinizdən. Gedib özün kimi qəribəsini tapıbsan. Tay tayını tapar da... Düz deyiblər.
Mələk : Mehi! Bax xahiş edirəm! Axı sənə danışmışam məsələni. Həqiqi bir toya, evliliyə hazırlaşırmış kimi davranma. Bu sadəcə həmin gün olacaq və bitəcək. Mənim də başımı qarışdırma belə danışıb nə olar. Onsuzda güclə saxlayıram ağlımı. Necə olacaq bilmirəm heç. Gözlə, gözlə sən mən tez gəlinliyi geyinim gör necə görünür.Mehriban : Get, get. Get geyin. Geyindiyin də bir gəlinlik ola... Qara mələyə çevirib bu şair səni, xəbərin yoxdur. Heç başım çıxmır nə olacaq, necə olacaq...
Bir neçə dəqiqə sonra :Bir şeyi bilirəm amma Mələk. Eşidirsən məni? Onu bilirəm ki böyük bir biabırçılıq olacaq...
Mələk əynində qap-qara, sadə hazırlanmış uzun don - gəlinlik ilə Mehribana gülümsəyərək yaxınlaşıb :Niyə deyinirsən yenə? Bu qara Mələk gözəlliyi ilə sənin canını alacaq çənəsi düşük qız!
Mehriban : Ay... Ay qız... Çox... Çox gözəl oldun! Ay Allah necə yaraşıb sənə bu zülmət! Qara Mələk! Gəl bura!
Mələk gülərək :- Dayan ay qız. Qucaqlaşmaq vaxtı deyil. Gəlinliyimi korlayırsan.
Mehriban : Əşi! Qap-qaradır onsuzda, kirlənsə də bilinməyəcək!
Hər nə qədər tay-tayını tapar məsəlinə uyğun olsalar da, Şair Mələyi həyat yoldaşı olaraq yox, sadəcə həmin günün yoldaşı olaraq seçmişdi. Mələyin də qara gəlinliyə razı olmağına səbəb sevgi, eşq yox, razılaşma idi. Bu dövrdə pulun həll edə bilmədiyi şey tapmaq çətindir. Hə bir də belə bir cümlə də var :
- Sevgi razılaşma deyil...
ŞİMDİ OKUDUĞUN
Toy (qısa hekayə)
Short StoryYer üzündə görülməmiş bir toy... Qeyd : Hekayədəki bütün xarakter və hadisələr tamamilə xəyalidir. Kitabın üzlüyündə və yazılmasında böyük dəstəyi üçün Nigar Sadiqə dərin təşəkkürlər !