1."Gecə bayquşu"nun xəbəri

141 13 17
                                    

Evdə sakitlik hökm sürürdü. Üç nəfərdən ibarət ailənin iki yetkin üzvü də yatırdı: Abbas bəy və Həvva xanım. Ailənin yeganə övladı Darçın isə oyaq idi. Öz otağındakı çarpayıda uzanıb adyalı boğazına qədər çəkmiş, gözlərini əlindəki telefonun işıqlı ekranına dikmişdi. Çarpayının üstündə oturmuş Lavanda isə sahibinə baxırdı. O, Darçının pişiyi idi. Lavandanı ailənin dördüncü üzvü hesab etmək olardı.

Hal-hazırda şagirdlər bütün dünyaya sürətlə yayılan korona virusunun qarşısını almaq məqsədilə təhsil müəssisələri dezinfeksiya olunacağı üçün müəyyən müddətə məktəbə getmirdilər. Bu xəbəri anası Darçına deyəndə qız nəinki digər şagirdlər kimi məktəbə getməyəcəyi üçün sevinmiş, hətta kədərlənmişdi. Buna səbəb onun məktəbdən, müəllimlərindən və sinif yoldaşlarından ayrı qalması idimi? Nisbətən, hə. Amma onun kədərlənməsinin əsl səbəbi Romanı və Yosunu bir müddət görə bilməməsi idi.

Roman Darçının oxuduğu məktəbə bu il gəlmişdi. O da səkkizinci sinifdə, Darçınla paralel sinifdə oxuyurdu. Roman sakit təbiətli, dava-dalaşa çox baş qoşmayan uşaqdır. Darçın artıq onun haqqında çox şey bilirdi, çünki Romanla eyni sinifdə oxuyan Nilufər Roman barədə hər şeyi Darçına danışırdı. Onun məktəbdə özünə ən yaxın bildiyi insanlar Roman və Yosundur (Romanla çox yaxın olmasa da).

Yosun isə Darçının həm parta yoldaşı, həm də ən yaxın dostudur. Darçının Yosunla keçirdiyi 8 il ona Yosunla bağlı bir çox xoş xatirə hədiyyə edib.

Gecənin bu vaxtı Darçın yatmayıb yaşıl gözlərini telefona dikərək nə edirdi? Tam olaraq "bunu edir" demək olmaz, çünki özü də nə etdiyini bilmirdi. Gecə yuxusu gəlmədiyi üçün bir az telefonla başını qatmağa qərar vermişdi, sadəcə. Birdən telefonuna mesaj gəldiyini görən Darçın çox təəccübləndi. Axı gecənin bu vaxtı ona kim mesaj yazardı? Darçın mesaj gələn vaxt telefonunun səssiz vəziyyətdə olduğu üçün çox sevindi, çünki əgər telefon səssiz vəziyyətdə olmasaydı, mesaj gəldiyini bildirən səs bütün ailəni oyadardı. Tez mesajın kimdən gəldiyinə baxdı. Təbii ki gecənin bu vaxtı ona mesaj göndərən "Gecə bayquşu"- ən yaxın dostu Yosun idi:
Yatmısan?
◆Yox, Gecə bayquşu.
●Lap yaxşı, sənə çox xoş xəbərlərim var!

Dostları, həmçinin Darçın Yosunu "Gecə bayquşu" adlandırardı, çünki o, vacib bir işi olanda heç vaxt yatmaz, işini sabaha saxlamazdı. Görəsən, onun bu gecə yatmasına mane olan, onu gecənin bu vaxtı Darçına mesaj göndərməyə vadar edən səbəb nə idi?
Darçın vaxt itirmədən cavab yazdı:
◆Nədir gecənin bu vaxtı mənə mesaj yazacaq qədər vacib saydığın o xoş xəbər?
●Roman sizin məhəlləyə köçür!!!
◆Doğurdan? Sən hardan bildin?
●Roman ailəsi ilə birlikdə müvəqqəti olaraq nənəsigildə qalırdı da, bilirsən. Xalamın oğlu, yəni Atabəy onun nənəsigillə qonşudur, həm də Romanla arası yaxşıdı. Dost kimidirlər. Danışanda Roman Atabəyə deyib ki, karantin qutarandan sonra öz evimizə köçəcəyik. Öz evləri də sizin məhəllədədi. Sevindin?
◆Əlbəttə! Çox sevindim. Təşəkkürlər məlumat üçün. Bəs niyə günorta yazmadın? ●Telefonum bütün günü anamda idi. İşə gedə bilmir deyə bütün işlərini telefonla həll etməlidir. Özününkü də xarab olub, ona görə mənimkini işlədir.
◆Anladım. Bəs Romangilin evi bizim məhəllənin harasındadı, bilmirsən?
●Onu dəqiq bilmirəm, amma bir məhəllədə olacaqsız da, bəs deyil?
◆Buna da şükür. Amma inşallah bizim evin yanındakı evlərdən birinə köçərlər, qonşu olarıq.
●İnşallah. Gecən xeyrə qalsın. Mən yatım, yorulmuşam.
◆Xeyrə qarşı. Şirin yuxular sənə. Və çox xoş xəbər üçün bir daha təşəkkürlər.

Darçın ayağa qalxıb telefonu yazı masasının üstünə qoydu. Yatağa qayıdıb üstünü bayaqkı kimi adyalla örtdü. Lavanda artıq yatmışdı. Darçın isə bir neçə dəqiqə əvvəl aldığı həyatının ən xoş xəbərlərindən biri barədə düşünə-düşünə şirin yuxuya qərq oldu.

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin