5.Məktubdakı işarə

33 7 15
                                    

- Etibarlı dost... - Darçın öz-özünə danışır, bir yandan da beynini Lavandanı kimin qaçırdığını tapmağa məcbur edirdi - Axı kimdir bu məktubu yazan və ya yazanlar? Çöldə minlərlə pişik var ikən niyə məhz Lavanda?

Ac suallar onun beynini yeyir, heç doymaq bilmirdi. Sonda Darçın başının ağrıdığını hiss edib beynini yeyən suallarına cavab tapmağı bir müddətlik təxirə salıb başını yastığa qoydu. Bunu yatmaq üçün yox, başının ağrısını azaltmaq üçün etmişdi, amma
çifayda. Sualdan sual doğur, başını dincəlməyə qoymurdu.

Darçın əlini yatağın sağ tərəfinə apardı qəflətən. Sanki əli sevimli pişiyinin yumşaq tüklərinə toxunacaq, beynindəki bu sualları qovub, ona rahatlıq verəcəkmiş kimi. Əlinin sadəcə adyala toxunduğunu hiss edəndə Lavandanın burda olmadığını xatırladı. Yaşıl gözlərindən süzülən yaş əvvəlcə Allahın yaratmaqdan sanki son anda vaz keçdiyini çillərinin olacağı burnunun ətrafından keçib dodaqlarına düşdü. Ağzına gələn şor dad onu xatirələr burulğanına atdı...

Məktəbin üzgüçülük zalını ən çox ziyarət edən şagird Darçın idi. Tənəffüslərdə (xüsusilə də, böyük tənəffüsdə) Yosunla zala daxil olar, heç tənbəllik etmədən məktəb paltarlarını çıxarıb üzgüçülük paltarlarını geyinər, böyük həvəslə özünü hovuza atardı. Yosun 5 dəqiqə sayar, Darçın isə bu vaxt ərzində xəyali rəqiblərini keçib hovuzun digər ucuna ən tez vaxtda çatmağa çalışardı. Bəzən Yosun yalançı ciddiliklə Darçının onu özünə rəqib gördüyü andan bəri "Baş bəlası" adını verdiyi qızı işarə edib:
- Baş bəlası səndən 2 saniyə tez çatdı, - deyər, qızların deyimi ilə, zəng bütün məktəbə çığırtıyla: "Cəhənnəm olun siniflərinizə, qışqırmaqdan boğazım partladı!" deyənə qədər sinifə çatmağa çalışardılar.

Ancaq bu heç də həmişə uğurlu alınmaz, özlərini müəllimə danlatdırmaqda zirvəni az qala onlardan bir-iki saniyə gec sinifə çatan oğlanlarla bölüşərdilər. Yosun daim Darçına müəllimin yenə onları danlayacağını və bunun qarşısını almaq üçün sinifə tez çatmalarının vacib olduğu barədə xəbərdarlıqlar etsə də, üzgüçülük sahəsində o, heç kimi dinləmək istəmirdi. Suya girəndə elə bil, ölümə çarə tapmışcasına sevinir, rahatlaşırdı.

Bir cümə günü isə dərsdən çıxıb hovuza girmək istəyən Darçın və Yosunu məktəbə yeni gələn idman müəllimi zalın qapısının ağzında qarşılamış, acıqlı səs tonuyla:
- Təzə gəlmişəm deyə heç nəyi bilmədiyimi düşünmə, balaca qız. Həftənin hər günü, bütün tənəffüslərdə idman zalının qabağında bitirsən. Bir də səni burda görməyim! - demişdi.
O gün nə Yosun, nə də evdəkilər Darçının göz yaşlarını dayandıra bilmişdi, ta ki balaca pişik gəlib sahibinin göz yaşlarını yalamağa başlayana qədər... Lavandanın bu hərəkətini görən Darçını gülmək tutmuş, ağlamağı unudub onunla oynamağa başlamışdı...

İndi isə onun yanında nə göz yaşlarını silən  (daha doğrusu, yalayan), nə də bütün günü yorulmadan sahibi ilə oynayıb ona bütün qəmini unutduran Lavandası var idi.

Darçın məktubda yazılanları xatırlayıb Yosuna mesaj göndərdi:
◆Nə edirsən?
Və iki saniyə keçməmiş cavab gəldi:
●Səncə?
◆Yenə kiminsə həyatı barədə məlumat toplayırsan, təbii ki.
●Yox, bu dəfə məlumat toplamaqdan çatdırmadığım ev tapşırıqlarını yazıram.
◆Gör sənə nə deyəcəm, Lavandanı qaçırıblar!!!
●Nə?! Zarafat edirsənsə, qarşılığı pis olacaq ha!
◆Yox, Yosun, nə zarafat?! Səhər durdum ki, sənin mesajını oxuyum. Başımı yastığa qoyanda gördüm ki, kimsə məktub qoyub. Elə bildim, anam yazıb, amma yox, onun işi deyil, məncə.
◆Necə məktubdur? Şəkilini at, baxım.

Darçın məktubun zərfini, arxasını, önünü, yazılanları aydın şəkildə çəkib Yosuna göndərdi.

●Çox qəribədir...
◆Bəli, işin çox qəribə olduğunu hələ indi anlayırsansa, Yosun, deyəcək sözüm yoxdur. Lavanda qaçırılıb! Təbii ki, çox qəribədir!
●Yox, o qəribədir, düzdü. Amma mən məktubun arxa üzündəki işarəni nəzərdə tuturdum.

Darçın məktubun arxasını çevirib diqqətlə baxdı, doğrudur, işarə var idi, amma nə olduğunu anlaya bilmədi.

◆Sən anladın bu işarənin nə demək olduğunu?
●Yox, amma bu işarəni Sərva müəllimin məktubunun üstündə də görmüşdüm.
◆Bəlkə, səhv edirsən. Axı bu həqiqətən həddindən çox qəribədir!
●Səhv etmədiyimə əminəm. Amma qoy yenə baxım məktuba.

Darçın baş verənləri dərk etməyə çalışır, gözünü ekrandan ayırmadan Yosundan cavab gözləyirdi.

●Baxdım, Darçın, səhv etmirəm - bu həqiqətən o işarədir.

Hadisələr, Yosunun yazdıqları, məktubda yazılanlar Darçının beynində dövr edir, ancaq nəticə yoluna çatmadan qarmaqarışıqlıq yaranır, yeni suallar doğur, bir-birlərinə yol vermirdilər. Nəhayət, sualların yaratdığı kaus nəticə yoluna çatdı: Darçının baş ağrısı bir-iki dəqiqə dayansa da, indi yenidən şiddətlənməyə başladı.

Məktubu oxudun, Yosun?
●Oxudum. Təbii ki, gələcəyəm səninlə və inan biz Lavandanı xilas edəcək, onu hər kim, nə məqsədlə səndən ayırıbsa, cəzasını ən ağır şəkildə çəkməsinə kömək etmək üçün əlimizdən gələni  əsirgəməyəcəyik!

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin