3.Məktub

45 9 5
                                    

Yuxudan oyanan Darçın telefonun əlində olduğunu gördü. Bir an bunun səbəbini unutduğunu hiss etsə də, yavaş-yavaş hər şey ardıcıllıqla beynində yerləşməyə başladı. Tez telefonun ekranındakı mesaj simgəsinə toxundu. Ekranda Yosundan gələn mesajların olduğunu görüb sürətlə oxumağa başladı:
●Düşünürəm... Yox, səni öldürmək kimi bir fikrim hələki yoxdur. Amma bu heç vaxt olmayacaq demək deyil. Yaxşı, yaxşı. Zarafat edirəm, amiqo.

Darçın gülümsədi və sanki Yosun onu eşidirmiş kimi:
-Sənin amiqon indi zarafatın yeri olmadığını düşünür,-dedi.

●Hə, məktub məsələsi... Mənə inanmayacaqsan, amma onu oxumamışam. Bu, maraqlanmıram demək deyil, sadəcə Sərva müəllimə (deyəsən, Lissanna müəllim deməliyəm...) olan hörmətim, bu məktubda yazılanları oxumağa olan marağıma üstün gəldi - desəm, səhv etmiş olmaram.

Darçın yenə Yosun onu eşidirmiş kimi:
-Sən düz olanı edirsən, amiqo,-dedi və başını yastığa qoydu. Amma yastıq sanki Darçın başını yastığa yox, bir kağız parçasının üzərinə qoymuş kimi xırçıldadı.

Darçın başını qaldırdı və yastığa baxdı. O, doğurdan da, başını bir kağız parçasının, hətta bir məktubun üzərinə qoymuşdu!

-Aha, bu da mənim məktubumdur, deyəsən-
deyib güldü-Görək üstünə nə yazılıb...

Məktubun üstündəki "Əsilzadə sahib Darçına" yazısını görəndə:
-"Əsilzadə sahib!"- Çox kreativsən, ana.-dedi və özünü saxlaya bilməyib yenidən gülməyə başladı, çünki o bu məktubu uşaqlığında olduğunu kimi anasının yazdığını düşünürdü. Əsl reallığı isə məktubun ardını oxumağa başlayanda anladı...

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin