2.Qəribə canlı və maraq doğuran xəbər

72 10 11
                                    

Darçın yuxudan oyananda Lavanda yataqda yox idi. Ayağa qalxıb yazı masasının üstündəki telefonunu götürdü. Saat 12:00 idi. Lavandanı axtardı, amma pişik otaqda gözə dəymirdi. Otaqdan çıxıb əl-üzünü yumağa getdi. Bir neçə dəqiqə sonra otağa qayıtdı. Pijamalarını çıxarıb qırmızı rəngdə kapuşonlu köynək və qara şalvar geyindi. Saçını at quyruğu şəklində yığıb mətbəxə keçdi.
Anasının burada olduğunu görən Darçın:
-Sabahın xeyir, məni niyə oyatmamısan?-deyib masa arxasına keçdi.
-Oyatmaq istəmədim. Fikirləşdim ki, bir az çox yatmaqdan zərər gəlməz.-deyib Darçına göz vurdu.
-Amma məncə gələr, çünki bir az daha gec oyansaydım, ingilis dili dərsinə gecikəcəkdim.-deyib anasının masaya qoyduğu çaydan bir qurtum içdi.

Karantin vəziyyətində şagirdlər onlayn dərslər vasitəsilə təhsillərini davam etdirirdilər. Darçının cədvəlində isə saat 13:00-15:00 ingilis dili, 15:00-17:00 isə biologiya dərsinə ayrılmışdı.

Darçın səhər yeməyini yeyib süfrəni yığışdırmaqda anasına kömək etdi. Kitab-dəftərini hazırlamaq üçün otağına geri qayıtdı. Otaqda Lavandanı gördü. Pişik pəncərənin qarşısında oturmuş, diqqətlə nəyəsə baxırdı. Darçın pəncərəyə yaxınlaşdı. Bu an qəribə bir canlının sürətlə uçaraq uzaqlaşdığını gördü. Pişiyi qucağına alıb yerə qoydu. Bir neçə dəqiqə təəccüblü nəzərlərlə pəncərəyə baxdıqdan sonra yazı masasının arxasına keçdi. Noutbukunu işlək vəziyyətə gətirdi. Siçanın göstəricisini axtarış etmək üçün olan hissəyə aparıb "həşəratlar" yazdı, çünki bayaq gördüyü canlının həşərat olduğunu düşünürdü. Axtarışı verən kimi ekranda bir çox tanış böcək şəkilləri peyda oldu. Amma Darçının gördüyü həşərat bunlardan heç biri deyildi, onun şəffaf mavi qanadları var idi və ən əsası, gövdəsi insana bənzəyirdi!
Axtarışının bir nəticə vermədiyini görən Darçın, nəhayət xəyal gördüyü qənaətinə gəldi:
-Bu bir həşərat idi, təbiiki. Başqa nə ola bilərdi ki? Yəqin mən xəyal görmüşəm. Yəqin yox, dəqiq mən xəyal görmüşəm!
Sonra saata nəzər yetirdi: dərsə 10 dəqiqə qalırdı. Telefonu götürüb Yosuna mesaj yazdı:
Salam, necəsən?

Dostundan mesaj gəlmədiyini görüb onun dərs üçün başqa otağa keçdiyini və telefonunu da öz otağında qoyduğunu düşündü.
Bir neçə dəqiqə sonra dərs başladı və Darçın hər şeyi bir yana qoyub bütün fikrini dərsə cəmlədi.

Nəhayət, saat 17:00-da Darçın müəllimlə sağollaşdı. Noutbuku yükləyiciyə qoşub, sabahın dərs cədvəlinə baxdı. Sabah heç bir onlayn dərs yox idi. Kitab-dəftərini yığışdırmağa başladı. Döşəməyə düşən qələmini götürmək üçün yerə əyiləndə Lavandanın masanın altında yatdığını gördü. Yerə oturub onu tumarlamağa başladı. Bu an Həvva xanım otağa daxil oldu:
-Qızım, dərsin bitib?
-Hə, bayaq qurtardı.
-Acmısan?
-Çooox...-Darçın bunu deyib gülümsədi.
-Yaxşı, yemək hazırdır. Atan da bir azdan gələcək. Bir yerdə yeyərik yeməyimizi.-Həvva xanım bunu deyib masaya nəzər saldı-Sən də Kitab-dəftərini yığışdır, sonra mənim yanıma gəl. Atan gələnə qədər süfrəni hazırlayaq.

Darçının atası Abbas bəy "Fəsil" marketlər-şəbəkəsinin müdiri işləyirdi . O, işinə və ailəsinə bağlı, sadə və eyni zamanda, çox ciddi insan idi. Dəqiqliyi, ağlı və vətənpərvərliyi ilə seçilən bu insanın söhbətindən doymaq olmurdu. Yeni tanış olduğu insanların həmin dəqiqə rəğbətini qazanır, ona güvənən insanları heç vaxt yarı yolda qoymurdu.

Həvva xanımın sözünü bitirib otaqdan çıxdı. Bunu görən Darçın pişiyi tumarlamağa davam etdi. Pişiyə hər toxunanda əlinə dəyən bəmbəyaz, yumşaq tüklər onu bir qədər keçmişə - Lavandanı ilk gördüyü günə apardı...

Bazar günlərindən biri idi. Abbas bəy, Həvva xanım və Darçın divanda oturub maraqla televizora baxırdılar. Birdən televizordakı pişiyi görən Darçın:
-Nə şirindir! Kaş ona bir dəfə toxuna biləydim...-dedi. Qızının bu sözləri Abbas bəyin yadına nəyisə saldı.
-Darçın, bilirsən, iki - üç ay əvvəl işçilərimdən birinin pişiyinin 4 balası doğulub.
Darçın pişikləri görməyi çox istədiyini dedi. Ertəsi gün onlar sözügedən işçinin, yəni Elxan bəyin evinə qonaq getdilər. Darçın burada pişiklərlə çox vaxt keçirdi, xüsusilə də tükləri ağappaq, zümrüd kimi yaşılgözlü pişiklə.

Anası Darçına getmək vaxtı gəldiyini deyəndə, o, pişiklərdən ayrılmaq istəmirdi. Vəziyyətin belə olduğunu görən Elxan bəy bala pişiklərdən birini müdirinin qızına vermək istədiyini dedi. Darçın o an necə sevindiyini heç vaxt unutmur... Sonra pişiyi evə gətirdilər və yeni sahibi ona "Lavanda" adını verdi. O andan etibarən Lavanda ailənin dördüncü üzvü hesab olunurdu...

Darçın ayağa qalxıb masanın üzərindəkiləri yığışdırdı. Lavandanı da qucağına alıb anasına kömək etmək üçün otaqdan çıxdı.

Bir neçə saat sonra isə Darçın otağına qayıtdı. O, artıq həm anasına kömək etmiş, həm atası gəldikdən sonra onlarla yemək yemiş, həm də ailəsi ilə birlikdə filmə baxmışdı.
Darçın otağa girdiyi ilk anda telefonunu götürüb kompüter masasının qarşısındakı stulda oturdu. Telefonun ekranına baxdı və bəli, nəhayət Yosundan mesaj gəlmişdi:
●Salam, yaxşıyam amiqo. Sən necəsən?

Darçın "amiqo" sözünü görüb güldü. Bu söz ispan dilindən tərcümədə "dost" mənasını verən və eyni zamanda, Yosunun ən çox istifadə etdiyi xitab statusuna layiq görülmüş sözdür.
◆Yaxşıyam mən də. Niyə belə gec yazdın? Yenə haqqında araşdırma aparmaq şərəfinə layiq gördüyün insan kim idi?

Darçın ömründə insanlar haqqında araşdırma aparmağı bu qədər sevən və araşdırma aparmaq şərəfinə layiq gördüyü insan barədə bəlkə, heç özünün də bilmədiyi məlumatları üzə çıxarmaq uğurunu bu qədər gözəl əldə edə bilən ikinci insana rast gəlməmişdi.
●Bu dəfə o şərəf kürsüsünə əyləşməyə layiq gördüyüm insan haqqında öyrəndiklərimə inana bilməyəcəksən.

Darçının marağı artdı. O, insanlarla maraqlanmağı Yosun qədər sevməsə də, Yosunun əldə etdiyi qəribə məlumatlar bəzən onun da təəccüblənməsinə səbəb olurdu.
◆Səbirsizliklə gözləyirəm...
●Sinif rəhbərimiz olan Sərva müəllimin adı əslində, Lissanna imiş.
◆Yosun, yaxşı da. Zarafat etmə. Ürəyim partladı, de görüm nə öyrənmisən.
●Darçın, zarafat etmirəm. Sərva müəllim mənə kitab vermişdi, yadındadır? Bax, o kitabın arasından bir məktub çıxdı. Üstündə Lissannaya (G.Ö.A: "Sərva") yazılıb.
◆Məktubun içində nə yazılıb?

Yosunun yazdıqlarına baxan Darçın gözünün qabağındakı yazıların real olduğuna inana bilmirdi. Onun ana kimi sevdiyi qadının əsl adını indiyə kimi onlardan gizlətmiş olması fikri Darçına inandırıcı görünmürdü. Səbrinin maraq və həyəcanını qarşısında məğlub olduğunu göstərən o həddə çatanda Darçın yazdı:
Yosunnnn, bunları deyib məni maraqdan öldürmək istəyirsən?????

Qalxıb pijamalarını geyindi. Bu gün geyindiyi paltarını qatlayıb dolabına qoydu. Yenidən telefona baxdı, ancaq Yosundan mesaj gəlmirdi ki, gəlmirdi. Yatağına uzanıb gözləməyi qərara alan Darçın, gözləyə-gözləyə yuxuya getdi...

LavandaHikayelerin yaşadığı yer. Şimdi keşfedin