Tapdalanan siqaret.

119 21 63
                                    

Ayaz masanın digər başında oturmuşdu. Nur onun qarşısında yemək yeyə bilməyəcəyini anlamışdı. İştahı qaçdığı üçün qarşısındakı yeməyə baxır amma əlini uzatmırdı. Ayaz isə başını aşağı salmışdı, bəzən kartof çubuqlarından birini götürüb ağzına atır, üstündən də bir az kola içirdi. Günorta yeməyi yemək üçün sadəcə 15 dəqiqə vaxt verilirdi amma Ayaz belə yavaş hərəkətlərlə öz yeməyini ancaq bir saata qurtara bilərdi. Mağazanın arxa tərəfindəki anbar otaqda idilər. Bu soyuq otaqda Nur yemək yeməyə öyrənmişdi. Amma əsasən qarşısında Əsmər olurdu, bu gün isə Əsmərin tərsliyi tutmuşdu.

- Mən Finnlə mağazaya baxacam, sən Ayazla yeməyini yeyəcəksən. Sonra da növbəni dəyişəcəyik.

Nur Əsməri fikrindən daşındıra bilməmişdi və qəlbini də qırmaq istəmədiyi üçün sonda razı olmuşdu. 

"Onsuz da heç nə yemirəm. Burda niyə oturmuşam?"

Ayaz başını qaldırıb bir anlığına Nura baxdı, sadəcə bir anlığına. Nur tez baxışlarını başqa yerə çevirdi. Ayaz heç nə demədən yeməyi önündən masanın ortasına çəkdi və ayağa qalxdı. Arxa qapıya, çıxışa doğru gedəndə Nur özündən asılı olmadan soruşdu:

- Hara gedirsən?

- Siqaret çəkəcəm. - Ayaz dayandı və üzünü çevirmədən cavab verdi.

Nur növbənin dəyişmə vaxtının gəldiyini deyəcəkdi ki, Ayaz qapını açıb çölə çıxdı. Nur da mağazaya qayıtmaq üçün ayağa qalxdı amma ayaqları çıxışa doğru getdi. Qapını açdı və gün işığı üzünə vurdu. Şəhərin səs-küyünü eşidirdi, insanı narahat edən bir mənzərəydi qarşısındakı. Ayaz bir ayağını və belini mağazanın divarlarına söykəyib yemək sonrası siqaretini ləzzətlə çəkirdi. Nurun gəlişini görməzdən gəldi. Hətta gözlərini yumub siqaretin çəkməyə davam etdi. Nur onun yanında dayandı:

- Mən hava almağa çıxmışam.

Ayaz sanki havanı çirkləndirmək istəyirmiş kimi sinəsindən tüstünü çölə buraxdı. 

- Çox siqaret çəkirsən. - Nur söhbət başlatmağa çalışırdı. - Özünə zərər verirsən.

Ayaz iki barmağının arasındakı yanıb kül olan şeyə baxdı:

- Bu sadəcə siqaretdi.

- Mən də başqa şey demədim ki. - Nur özündən acıdil biri olmadığını düşünürdü amma Ayazın bu davranışları onun acı dilindən daha betər idi.

Ayaz yarım siqaretini yerə atıb ayağıyla əzdi:

- Qoymazlar rahat siqaretimizi çəkək. - bu sözləri yanında başqa heç kim yox imiş kimi deyib  yenidən içəri qayıtdı.

Nur tapdalanaraq yerə yapışan yarısı kül olmuş bu siqaretə baxırdı qan rəngi göz bəbəkləri ilə.

"O məni tapdaladı."

İçəri qayıtdıqda Əsmər iki rəfin arasında dayanmışdı. Boylanıb digər tərəfdəki Finnə baxırdı. Finnin əhatəsində 3 qız var idi. Finn onlardan birinə nəsə başa salmağa çalışırdı:

- Nummer? Nummer. Ee sizin dildə...

Əlini yuxarı aparıb şapkanın üstündən başını qaşıdı. Əsmər dodaqlarını bükmüşdü:

- Görürsən də, Nur?

- Öz günahındı. - Nur cavab verdi.

Finn Nurun qayıtdığını görəndə əlini havada salladı və yad qızların arasından keçib onlar tərəfə gəlməyə başladı. Qızlar təəccüblə onun arxasından baxırdılar. Finn qarnını ovxalayırdı:

Qəlbimdəki alovHikayelerin yaşadığı yer. Şimdi keşfedin