Ölü xatirələr.

117 20 72
                                    

4 işçi mağazanın qapısının önündə dayanmışdılar gecə vaxtı. Ən solda Ayaz var idi, Nur isə necə olduğunu anlamadan yenə Ayazın yanında, sağ tərəfində dayanmışdı. Əsmər və Finn də onların yanında sırayla dayanmışdılar. Hər biri başını qaldırıb səmaya baxırdı. Bir gurultu səsindən sonra işıq parlaması ətrafı aydınladırdı. Yağış damlaları özlərini yerdə yaranan kiçikhəcmli sellərə ataraq parçalanırdı. Hər tərəfi nəm qoxusu bürümüşdü. Nur iş yoldaşlarından bir addım geridə durdu damlaların sıçrayıb ona toxunma təhlükəsindən qorxduğu üçün. Müdir öz uzun, yük daşımaq üçün ideal baqaja sahib boz maşınına minib qızının gəlməsini gözləyirdi. Ayazın sağ əlində qara bir çətir var idi əlbəttə. Bu susub yağışı seyr edən 4 nəfərdən sadəcə onun çətiri var idi. Ayaz çətiri yuxarı qaldırıb düyməsinə basdı və çətir xışıltı ilə açıldı. Çətiri başının üstünə tutanda heç kimə xitab eləmədən danışdı:

- Revmatizma ağrılarım heç vaxt yanılmır.

Nur ona və çətirinə baxanda bədəni boyunca hərəkət edən bir istilik sezirdi. Ayaz boylanıb Nurdan digər tərəfdə dayanan Əsmərə baxdı:

- Əgər istəsən səni atanın maşınına qədər yağışdan qoruya bilərəm.

Nur Əsmərin bu təkliflə razılaşmayacağını bilirdi. Elə də oldu, Əsmər başını qaldırıb Finnə baxdı. Finn qara kapuşonunu başına keçirmişdi və qulaqcıqlarının dolaşığını açmaqla məşğul idi. Əsmərin ona baxdığının fərqinə varanda bu baxışların mənasını başa düşmədən dodaqlarını aşağı sallayıb gözlərini böyütdü. Əsmərdən cavab ala bilməyən Ayaz öz çətiriylə yağışa girərkən dedi:

- Özün bilərsən. Yaxşılıq da yaramır.

Finn də axır ki, dolaşığı açaraq qulaqcıqları qulağına yerləşdirdi və cızırtılı bir musiqi səsi eşidildi. Çətir filan lazım deyildi Finnə, islanmaqdan qorxmayaraq cəsarətlə girəndə yağışın altına əlini yuxarı qaldırdı:

- Farvel, jenter

Və iri addımlarla yerdəki suyu ətrafa saça-saça irəliləyib qaranlığın içində qeyb oldu. Əsmər onun arxasınca baxırdı:

- Kaş, Finnin də revmatizması olaydı.

Nur başını yellədi:

- Bu qarğışdı?

Əsmər dediyini sonradan anlamış kimi əlini ağzına apardı:

- Y-yox, sadəcə elədə çətir gətirərdi və...

Müdir maşından əlini sallayaraq qışqırdı:

- Gəlmək fikriniz yoxdu? - səsi yağış səsinə qarışdığı üçün zəif eşidilirdi amma əsəbləşdiyini anlamaq olurdu bu səsin tonundan yenə də.

Əsmər Nurun əlindən tutdu və onlar yağışın altına girib müdirin maşınına doğru qaçdılar. Müdirin maşınına çatan kimi Əsmər yağışdan qaçmaq üçün qapını açıb arxada oturdu. Nur isə teninə toxunan hər yağış damlasıyla bir yerdə bir parça əzab çəkirdi. Müdir pəncərənin açıq qalmış aralığından islanmış Nura nəzər saldı:

- Əyləş maşına. 

Səsi eşidilsin deyə Nur yüksəkdən cavab verdi:

- Yox, çox sağolun, mən piyada gedəcəm.

- Sənə dedim əyləş maşına da.

- Yox, yox, həqiqətən sağolun odu, ee, müdir bəy

Müdirin gözlərindən bir qəzəb parıltısı keçdi:

Qəlbimdəki alovHikayelerin yaşadığı yer. Şimdi keşfedin