Ordakı.

85 13 71
                                    

Suyun üstündəki batmayan addımları sayəsində piyada qət etmişdi iki şəhər arasındakı məsafəni, qanadlarını açmağa ehtiyacı qalmamışdı. Sahilə ayaq basanda gün arxasında qalan Sürrix şəhərinin ardında batmaq üzərəydi. Yol boyu yağan yağış dənizdə dalğalar yaratmış, onu batırmağa çalışmışdı.

"Tanrı, məni dayandıra bilmədin. Yenə."

Sahili keçib şəhərə çatdıqda ən sevdiyi mənzərə vardı qarşısında, insanlar qorxurdular, ağrı çəkirdilər, yardım dilənirdilər. Uzun keçi buynuzlarına sahib insan üzlü məxluq həmin aciz varlıqların arasından keçərək gedirdi çatmaq istədiyi yerə doğru amma heç kim onu görmürdü. Çünki bütün şəhər kor olmuşdu. Görə bilən bir insan belə yaşamırdı bu şəhərdə an etibarilə. Şəhərin binalarının arasında avtomobil adlandırdıqları yüzlərcə dəmir yığını bir-birinə girmişdi, qəzaların yaratdığı uzun sıra hər yolda keçilməz divarlar yaratmışdı. O dəmir yığınlarının bəzilərinin pəncərəsindən bir qol, bəzilərinkindən bir baş çıxmış, kömək üçün ağrı dolu qışqırıqla bir yerdə yalvarırdılar. Hündür binalarından birinin gövdəsinə saplanmış uçan dəmir yığını vertolyotun pərləri fırlanmağa hələ də davam edirdi. Buynuzlu məxluq irəlilədikcə mənzərə daha da dəhşətli bir hal alırdı. Əllərini önə uzatmış balaca bir uşaq ayaqlarından yapışanda aşağı baxdı:

- Ana, sənsən? Hər yer niyə qaranlıqdı? - uşaq onun xalatını öz balaca əlləriylə sıxır, ayağını daha da möhkəm qucaqlayırdı.

O, ona heç məhəl qoymadan davam etdikdə uşaq ayağıyla birlikdə yuxarı qalxdı və aşağı endi. O anda qucaqladığı şəxsin anası olmadığını anlayaraq uşaq əllərini çəkdi və arxada qalaraq ağlamağa başladı. Yol boyu insanlar onunla toqquşurdular və kömək üçün yalvarırdılar. 3 metrə yaxın boyu olduğu üçün ona toqquşanları görmək üçün başını əyməsi lazım olurdu, çox vaxt isə sadəcə yoluna davam edirdi. Şəhərin müxtəlif yerlərindən qalxan tüstülər boğucu bir hava yaratmışdı. Belə havalara aşina idi, o, hər zaman bundan min qat betər havaların yaşandığı bir yerdən gəlirdi. 

Bu mənzərəni yaradan şey bir parlama olmuşdu. Dənizin üstündə yeriyərkən görmüşdü gözlədiyi parlamanı. Hətta onun alov rəngli gözlərini belə qamaşdırmağı bacarmışdı bu işıq. İndi həmin işığın gəldiyi yerə çatmaq üzərə idi. Artıq yüksək binaların göydən düşən böyük təyyarəylə biçildiyi yerlərdən keçib daha kiçik yaşayış yerlərinin olduğu hissələrə gəlmişdi. Hələ də insanların yaşamaq üçün bir yerə ehtiyacları olmalarını tam olaraq anlaya bilmirdi. İnsanların arasında uzun müddət onlar kimi davranaraq vaxt keçirmişdi. Onlardan biri olmaq istəmişdi, onları anlamaq, onları sevə bilmək üçün yaradılışının qanunlarına qarşı gəlmişdi. Nəticədə bacarmamışdı və öz alovlarının içinə qayıtmışdı.

İnsan üzünü taxmışdı bu gün də, bədəninin digər tərəfləri isə hələ də Tanrının onu yaratdığı andakı formasında idi. Ayaqları keçi ayaqları kimiydi, dizlərini insanlar kimi bükə bilmirdi. Əlləri vəhşi bir heyvan kimi caynaqlı idi, qara dərisinin hər yerində balaca, tikan qədər iti çıxıntılar var idi. Uzun, qırmızı saçları belinə qədər uzanırdı. Keçmişdəki kimi gülümsəsə yüzlərcə boğazı parçalamış, bir-birinə girmiş iti, parlaq dişlərini görmək olardı. Bütün bu vəhşi görünüşünə baxmayaraq yerlə sürünən qırmızı xalatıyla birlikdə yeriyişindən əsalət yağırdı. Başını dik tutmuşdu, insanlarla göz-gözə gəlmək onun üçün təhqir kimi idi, onu görməsələr belə.

Dağıntıların mərkəzinə çatırdı, parlamanın başladığı yerə. Yolun qırağında indi xarabaya dönmüş evə əvvəllər də gəlmişdi. Bu ev tamamilə yox olmuş, sadəcə bir neçə taxta və daş yığınına dönüşmüşdü. Xarabanın ortasında gözləri yumulu bir qız uzanmışdı. Qırmızı, qıvrıq saçlı başını yaşlı bir kişinin dizlərinin üstünə qoymuşdu.

Qəlbimdəki alovHikayelerin yaşadığı yer. Şimdi keşfedin