Əslində çoxda çətin deyil sevmək..Sadəcə qorxursuz..İncinməktən qorxursuz..Tək qalmaqdan qorxursuz..Soruşsaq hamı deyər ki,mən sevdiyimi atmaram..Bəs bu qədər incidən kimlərdi bizi?Heç incinmək yerinə incitməkdən qorxmusan mı?Sən öz sevgindən əmin olmadan qarşındakının sevgisini sorğulaya bilərsənmi?Sevmək o deyil ki,hər gözəl gördüyünə aşiq olasan..Sevmək ən ehtiyacın olduğu anda sarılıb yanındayam deyə bilməkdi..Sevmək qüsurları görməzdən gəlmək deyil..Sevmək qüsurları qəbul edə bilmək deməkdi..Hər şeyi ilə qəbul edə bilməkdi..Sevməyi dedik..Bəs sevilmək?Bir insan sevildiyindən bilirsiz nə vaxt əmin olar?Şərdə,pislikdə yox..Deyirlər dost dar gündə tanınar..Amma məncə yox..Qəlbi təmiz olan hər insan dar gündə kömək olar sənə..Əsas xoş gündə dəstək olandı..Səhvi görəndə atmaz ya da dava etməz,izah edib yenə də yanında qalandı sevən..Ehtiyacın olanda sənin deməyini gözləməz..Özü dəstək olar sənə..Sevildiyindən qram şübhə edirsənsə get:)Çünki sevən sevgisindən şübhə etdirməz..Çox deyil,gözəl və təmiz sevilin 💙
#anonim