Mümkün idimi zamanı geri qaytarmaq? Mümkün idimi yaşananları yaşanmamış qılmaq? Mümkün idimi ürəyinin tanıdığı birini heç olmamış varsaymaq ? Ağrının minlərlə növü var bu dünyada..Qaraciyər ağrısı tamam başqa olur,böyrək ağrısı müqayisə edilməz,diş ağrısı çəkməsən kəsməz,yaxşı bəs ürək ağrısı? Hansı ki,fiziki olaraq ağrı tapılmır,hansı ki,dərmanı yoxdur və əlin çatmır..hansı ki,nəfəs alanda ciyərlərinin çətinlik çəkdiyini hiss edirsən və bilirsən ki,buna səbəb ürəyinin dəmir barmaqlıqları arxasında həbs etdiyin o insandır..Məhkumdur o, hansı ki,bütün hisslərinin gözü qarşısında dəfələrlə edam etsən də ölmür..Hansı ki,qapıdaki zəncirləri açsanda çıxıb qaçmaq bilmir..Avtobusun buğlanmış pəncərəsindən sonsuzluğa baxan bir cüt göz görsəniz nə vaxtsa,tanıyın onları,bilin ki,o gözlər ürəkdəki həbsxananın kiçik pəncərəsidir..Hansı ki,içəridə yatan o məhkum yalnız həmin kiçik pəncərədən görür dünyanı..
#anonim