Mən uşaqlıqdan Qadın doğulmuşam . Sonra mənə qız uşağı , qadın , xanım adlarını siz qoydunuz. Sonra oranı ört, buranı bağla . Başı aşağı, yolun da kənarıyla . Gözəl olsam qəbahət , səsim çıxsa günahkar oldum . Sonra kimsə gəlib sizin örtməyə çalışdığınız yerləri zorla açıb mənə sahib olanda mənə kirlənmiş kimi baxdınız . "O qızı bir də heç kim almaz . O qızın həyatı məhv oldu . O qız bundan sonra nə edəcək ?"
O qız heç nə etmədiyi halda kirləndi ? Sizin yazıq baxışlarınızla o qız əzildi . Edəni qınamaq dura-dura , ediləni aciz gördünüz . Sonra başqa qadına zorla sahib olana ya o qızı qurban verdiniz , ya da bəh-bəhlə başqasını aldınız .
Siz heç təcavüzün nə olduğunu bilirsiniz ? Bu ortada heyvani şəhvət hissindən başqa heç bir duyğu olmayan , bir tərəfin digərini zorla incitmə , fiziki və mənəvi müddətli sahiblənmə prosesidir . Zorla olan bir prosesin qurbanına o qız gedə bilməz . Kirli sizsiniz ! Sizin zehninizdir ! Sizin o qızı o əxlaqsıza verən namus anlayışınızdır ! O qız heç vaxt kirlənmədi . Hətta sizin kirli baxışlarınız belə onu kirləndirə bilməz . Amma öldürər . "O qız"ları öldürməyin . Mümkünsə əl çəkin .#TəcavüzəSon !
#ŞiddətəSon !#anonim