31.

15 4 1
                                    

O səhər evdə isti çayımı yarım qoyub , soyuq xəstəxana divarlarını tutaraq gəzdiyim gecəni xatırlayıram ancaq . Mən ölmədim amma son ümidimi əməliyyat otağında öldürmüş kimiyəm . Həkimlərin də günahı yoxdur bu dəfə . Qaranlıq palata , bir qulağımda musiqi , bir qulağımda yan otaqdan qışqırıq səsləri . Kimsə itirmək üzrə mütəxəssis idi o gecə . Mən səssizliyimlə narahat edirdim bütün həkimləri , o isə öz səsiylə . Divarlar mənim yox , mən divarların üstünə gedirdim . Bir iki yumruğdan sonra anestezinin təsiri tam keçmişdi artıq . Burda yağışın səsini eşidə bilirdim ancaq . Görmürdüm, qoxlaya bilmirdim . Göyüzünə həsrət qalacağımı düşünməmişdim heç vaxt . Ruhumun dağıntıları altında məhv olub gedərkən, buludların necə dağıldığını görə bilmirdim günlərdir . Zaman , xəstəxanada gəzən adamlar kimi yavaş-yavaş gedirdi . Mən elə bilirdim oyanacam və hər şey bitəcək . Oyandım amma hələ hər şey təzə başlayırdı . Güzgüdəki əksim artıq mənim tam əksim olan bir qadını göstərird . Heçnə düzəlməyəcəkdi , bilirdim .

#anonim

mavinin dəlisi )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin