36 .

21 4 3
                                    

Əslində bugün biraz tək qalım dedim . Sonra anladım mənim təkliyimdə də varsan sən . Məndən bir parça olmusan, ayrılmırsan . Gözlərimi yumuram, açıram . Gecə olur düşünərkən, xəyal qurarkən yuxuya gedirəm . Səhər olur, yuxuda səni gördüyümdən gülümsəyərək oyanıram . Üzümdəki gülüş , gözümdəki yaş .
Hər şeyin səbəbi olmağı gözəl bacardın . Məsələn əllərimin tərləməsinin . Saçlarımın azadlıq elan etməsinin  . Çox qəribə şəkildə rahat oluram, sənin oluram, mən oluram . Mən sənin yanında uşaq oluram . Ən gözəl hissdi sevdiyinin yanında uşaq ola bilmək . Hər kəs böyüyür, hər kəa kirlənir, hər kəs üzsüzləşir . Sənin o utancaq qəlbinə aşiq oldum sanki  . Və mən o utancaqlığı itirməyək istəyirəm. Biz həmişə uşaq qalaq . Biz bir- birimizin qalaq .✨

#jayline

mavinin dəlisi )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin