22.

21 5 0
                                    

Desəydilər kimdir o ?
O zaman deyərdim o ürəyində dəryaları daşıyan, o sərhədsiz sevgi dəryasında yelkən açıb gedərkən sevgisini utancaq şəxsiyyətinə gizlədən biri idi .
Və O ..
Məni səhərlərə qədər özünü düşünmək məcburiyyətində buraxan insafsızın biri . O danışsa ürəyindəki təbəssümlərdə itərdim , danışsa yanmadan yıxılmadan söndürərdi məni deyərdim . Görmədiyim qədər darıxdığım , darıxdığım qədər toxuna bilmədiyim , toxuna bilmədiyim qədər ürkək .
Və O deyərdim :)
Yaşayıb da itirdiyim deyil yaşamayıb da bilmək istədiyim , danışmasını gözlədiyim düşüncəsinə  həsrət olduğum, həsrəti ilə əridiyim , yanımda ikən belə darıxdığım , getdiyi yolu qısqandığım , işıqlıq günlərimi axtardığım .
Əgər soruşsaydılar səni belə izah edərdim mən .

#anonim

mavinin dəlisi )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin