26

20 5 4
                                    

Hər şeyin gözəl daha da gözəl olacağına inanmaq istəyirəm . İstəyirəm inanım ki, bir gün hər kəsi xilas edəcək bir nəfər tapılacaq . Bir gün birisi gələcək və çəkdiyin bütün ağrılara, iztirablara sığal çəkəcəyinə inanım. Ətrafımdakı hər kəsin tanıdığım kimi qalmalarına, yaxşı olduqlarına inanmaq istəyirəm . İnanmaq istəyirəmki valideynlər həmişə sağ qalacaq , əllərinə saçımız həsrət qalmayacaq. Bu əl-ələ gəzən, küncdə öpüşüb, qoxlaşan sevgililərə inanmaq istəyirəm . Bütün "hər şey yaxşı olacaq" kimi sözlərə inanmaq istəyirəm . Sevildiyimə, dəyər verildiyimə inanmaq istəyirəm . Musiqilərin intihara qarşı dərman olduğuna inanmaq istəyirəm . Yazanların yazdıqları kimi qüsursuz və mükəmməl olduğuna inanmaq istəyirəm . Gələnlərin getməyəcəyinə inanmaq istəyirəm . İstəyirəm inanım ki, orada hələdə məni gözləyən bir nəfər var , onu tanımasam da oda mənim kimi məni gözləyir . İnsanların bir-birini pilləkən kimi görmədiyinə inanmaq istəyirəm. Dostluqların həqiqətən olduğuna inanmaq istəyirəm .

#anonim

mavinin dəlisi )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin