Bölüm 4:İşarə....?..

38 11 5
                                    

Günəşin iti şüaları mənə gözlərimi açmağa məcbur edirdi . Və məncə haklı idi .......

          Oyandığımda ilk düşündüyüm şey dünənki hadisələr idi . Bəlkədə yuxu olduğunu düşünürdüm . Amma deyildi qutu masanın üzərində idi . Ayağa qalxıb qutunu götürmək istəyəndə isə ayağımın qanadığını gördüm . Bu təzə qan deyildi . Dünənki olanları xatırlayanda hər şeyi başa düşdüm . Ayağımı incə bir sarğı bezi ilə bağladım . Və indi mənə heç nə maneyə ola bilməzdi . Qutunu tələsərək və bir az da qorxaraq əlimə alıb yatağımın üzərində oturdum .  Və qutunu açdım . Kiçik qutunun içərisində kiçik şeylər var idi . Yenə bir məktub daha ....və bir daha anamdan :

SALAM QIZIM ARCHE. SƏNİNLƏ GEC ƏLAQƏ SAXLADIĞIM ÜÇÜN ÜZR İSTƏYİRƏM . ƏSLİNDƏ MƏN HƏMİŞƏ SƏNİNLƏ ƏLAQƏDƏ OLMAQ İSTƏMİŞƏM AMMA ..... AMMA BUNU ELƏYƏ BİLMƏMİŞƏM . AMMA İNDİ SƏNƏ MƏKTUB YAZIRAM ÇOX GÜMAN Kİ BU DƏFƏ İSTƏYİMƏ NAİL OLACAM .  ÇÜNKİ NƏ OLURSA OLSUN BU MƏKTUBU OXUMALISAN... MƏNƏ İNAN VƏ GÜVƏN... MƏN OLDUĞUM YERDƏ YAXŞIYAM .  YƏNİ BU VƏZİYYƏTƏ NƏ QƏDƏR YAXŞI DEYİLƏRSƏ.. ÜMİD EDİRƏM Kİ SƏNDƏ YAXŞISAN ... MÜƏYYƏN BİR VAXTA QƏDƏR SƏNƏ HARDA OLDUĞUMU DEYƏ BİLMƏRƏM . BU SƏNİN ÜÇÜN DƏ MƏNİM ÜÇÜN DƏ ÇOX TƏHLÜKƏLİ OLA BİLƏR VƏ MƏN BU RİSQİ ALMAQ İSTƏMİRƏM...SƏNƏ BİR AZ ATANDAN BƏHS ELƏMİŞDİM . O YAXŞI BİR ADAM DEYİL . BELƏ DEYƏNDƏ BİR AZ KOBUD OLUR .AMMA MƏNƏ İNAN SƏNDƏ ATANI TANISAYDIN BELƏ FİKİRLƏŞƏRDİN . ATAN SƏNİ AXTARIR HƏR YERDƏ . BU SƏNİN ÜÇÜN BÖYÜK TƏHLÜKƏDİ HƏMDƏ BİLƏ BİLMƏYƏCƏYİN QƏDƏR . SƏNƏ DEDİKLƏRİMİ ELƏMƏLİSƏN HƏM ÖZ GƏLƏCƏYİN ÜÇÜN HƏM DƏ BİZİM ÜÇÜN ELƏMƏLİSƏN . ATAN SƏNİN HAQQDA BƏZİ ŞEYLƏRİ BİLİR YƏNİ ADINI YAŞINI . VƏ O SƏNİ TAPA BİLƏR BU İSƏ HEÇ YAXŞI DEYİL . SƏN ŞƏXSİYYƏTİNİ DƏYİŞMƏLİSƏN . YƏNİ ADINI SOYADINI YAŞINI . BUNUN ÜÇÜN SƏNƏ BİRİ KÖMƏK EDƏCƏK . BU MƏKTUB SƏNİN ƏLİNƏ ÇATANDA KİÇİK BİR QUTUNUN İÇƏRİSİNDƏ OLMALIDIR . BU QUTUNU SƏNƏ ÇATDIRAN ADAMIN ADI "EDVARD DOVSON" DUR . O YƏNİ EDVARD YAXŞI ADAMDI . MƏNƏ KÖMƏK EDİR . O SABAH SƏNİN YANINA GƏLƏCƏK . BU DEDİYLƏRİMDƏN ODA XƏBƏRDARDIR . SƏNƏ KÖMƏK EDƏCƏK . ONA QULAQ AS VƏ DEDİKLƏRİNİ ET . ÖZÜNÜ QORU . VƏ BU DEDİKLƏRİM ARAMIZDA QALSIN . HƏR ŞEY SƏNİN YAXŞILIĞIN ÜÇÜNDÜR .SƏNƏ YENİDƏN MƏKTUB YAZMAĞA ÇALIŞACAM. SƏNİN ÜÇÜN ÇOX DARIXMIŞAM . SƏNİ ÇOX AMMA ÇOX SEVİRƏM . ÖZÜNƏ YAXŞI BAX....



                                   SƏNİ ÇOX SEVƏN ANAN..

                                                                              FREYA.

               Belə bir məktubu oxuduğuma hələdə inana bilmirəm . Və oxuduğlarımada inana bilmirəm . 

 Sanki ruhum hələ dağlarda açmış bir çiçək ikən indi dörd divar arasına qapadılmış kimidir . Yox saymağı sınayıram. Əgər o divarlar heç olmamış kimi davrana bilərsəm əgər o divarları tikən olduğum kimi yıxanda olacağıma inanarsam təkrar Günəşi görə bilərəm . Fəqət nəhayətində divarlar betondan Günəş çoxdan göyün arxasındaydı . Və sən burda yoxsan....









                Bu bölümündə sonuna çatdıq . Güman edirəm ki bəyənəcəksiz . Fikirlərinizi mənimlə bölüşməyi unutmayın . Digər bölümlərdə görüşənə qədər özünüzə yaxşı baxın . Təşəkkürlər....


                                                                          AĞAZADƏ FATİMƏ

SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin