Bölüm 7:Yeni başlanğıclar...

32 10 6
                                    

Hekayə daha yeni başlamışdı . Sıfırdan , ən sondan başlamışdı . Yox olmaq üçün var olmaq lazım idi . Mənim ruhum isə bədənimdən köç etmişdi . Var olan sadəcə bədənim idi . Ruhum, hissim yox idi . Sadəcə yaşamaq üçün yaşayırdım , ölmək üçün deyil ....

     Külək sürrətlə keçirdi yanımdan . Sanki hər şeyə gülərək ...

Artıq yeni bir hekayəyə başlayırıq . Yox olan kainatda, yeni bir dünya yaradırıq . Bəlkədə olanlar, başımıza gələnlər bizə bir işarə idi . Bəzi həyatlara , xəyallara son olsada . Yeni bir hekayəyə giriş olacaqdı . Bəlkədə bir evim yox idi , bəlkədə yanımda heç kim yox idi . Amma xəyallarım vardı , məqsədlərim var idi . Və bəlkə də sırf onlar üçün hər şeyə dəyərdi . Çünki günün sonunda qalib olan biz olmalıydıq . Hədəfə gedən yolda qarşımıza maneələr çıxsa belə onlara qalib gələcəyik . Çünki bir gün geriyə dönüb yaşadıqlarımıza baxdıqda , izi qalsa belə sağalan yaralarımıza baxdıqda özümüz ilə qürur duyacağıq . Çünki biz güclüyük . O gücü bizə verən isə xəyallarımız və gələcəkdə gördüyümüz biz idik . 

     Evim yox idi artıq . Amma planlarım var idi . Geriyə döndüm . Addımlarım sanki bir yerə gecişirmiş hissi ilə sürrətlə gedirdi . Tərk edilmiş köhnə kafeyə çatdığımda son çarəmin elə bura olduğunu başa düşdüm . Yanımda sadəcə Sərçə var idi . Amma o quş deyildi . O artıq mənim tək dostum pişiyim idi . Ayaqlarımın arasında fırlanır , sanki bir şeylər soruşar kimi üzümə baxıb səs çıxarırdı . İnamsızca addımlarımı iləriyə atdım . Kafeyə girdiyimdə yerdə təzə qan var idi . Keçən gün olanları xatırladım və qanın kimin olduğunu təxmin etdim . Kafenin kiçik otaqlarını hər xırdalığına qədər gözdən keçirirdim . Sanki kafenin hər tərəfində yeni şeylər kəşf etmək istərcəsinə gəzirdim otağları . Arxada sadəcə kiçik otaq və kafenin kiçik salonu var idi . 

   2-GÜN SONRA......

    O boş ,kimsəsiz tərk edilmiş kafe artıq mənim evim idi . Ya da mən onu ev eləmişdim . Arxa otaq  artıq mənim yataq otağım idi . Salonda isə kiçik bir mətbəx hissəsi , masa və ətrafı əhatəli göstərən yüksək pəncərələr vardı . Və yatağın üzərində sanki hər şeydən bezmiş kimi yatan Sərçə var idi . Evin əksikləri çox idi amma o qədər də problem deyildi . Masaya oturdum çantanı açdım və içərisində ki kağızları çıxardım . Üzərində "liviana" yazılmışdı . Bu mənim yeni kimliyim idi . Liviana-Liviana-Liviana-deyə öz özümə tanıdırdım sanki yeni adımı . Yeni özüm ilə tanış olurdum. Amma mən Liviana deyildim mən mən Arche idim . Bu labirint kimi fikirlərin sonunu axtarmağa çalışarkən axlıma o ad gəlmişdi ,o kod . Kod.adı-8506 . Bu ünvan idi deyəsən . Anamın ünvanı idi . Məqsədin ünvanı idi . Mənim ünvanım idi.Amma yerini bilmirdim . Bu kodun açılışını bilmirdim . Amma bunu bilə biləcək birini tanıyırdım . Çantanı əlimə götürüb , qapını bağladım . Çöldə sanki külək musiqi çalır ağacın yarpaqları isə bu musiqiyə qoşulub rəqs edirdilər . Sərçə ilə birlikdə yola düşdük . Böyük vadiyə çatdıqdan sonra oyuncaq tükanınıda geridə buraxdıq . Və gəlib çatdıq . Bura Gredi adlı yaşlı bir adamın evi idi . O bir az kobud və söz dinləməz idi . Gredi hər ünvanı bilər,hər yerdən məlumatı olardı . Yavaşca qapıya yaxınlaşıb qapını döydüm . Yenə vurdum yenə, yenə və yenə . Amma sanki heç kim yox idi . Gredi!Gredi!Gredi!-deyə yüksək səslə onu səslədim ammma heç bir dəyişiklik yox idi . Ümidsizcə geri dönüb evin yoluna üz tutmaq istəyərkən , biri arxadan"Nə istəyirsən?"-deyə yorğun səslə mənə dedi . Üzümü ona tərəf çevirdikdə isə onun Gredi olduğunu gördüm .

-Köməyə ehtiyacım var Gredi . Kömək etməlisən .

-İçəri gəl-deyə qapını açıq saxlayaraq içəriyə girib yellənən oturacağında oturdu.

SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin