Bölüm 6:Fısıltı...

24 9 5
                                    

Getdikcə yavaşlayan qatar kimi idim . Sanki dənizin altında iləriyə getməyə çalışırdım . Yəni o qədər əlaqəsiz mənasız və istəmsiz idi . Bəs yolçular? Dayanacağa çatmaq üçün saniyələri sayan yolçular?Amma yox idi . Dayanacaq da qatarı saxlamayacaqdım . Çünki dayanacağa sevinclə düşərək ətrafında görədükləri hər şeyə heyrətlə baxan yolçular artıq yox idi . Bəlkədə sükanında oturduğum  qatarın yolçusuda elə mən idim ....

           Addımlarımı istəysizcə iləriyə atırdım . Yanağımı isladan göz yaşımı silib heç bir şey olmamış kimi düşünməyə çalışarkən burnuma gələn tüstü qoxusu mənə tüstünün gəldiyi yeri axtarmağa məcbur edirdi . Havanı qara-boz tüstülər əsir almışdı sanki . Evə yaxınlaşdıqca tüstüdə, tüstünün qoxusuda artırdı . Amma amma düşündüyüm şey ola bilməzdi . Addımlarımı sürrətləndirdim . Amma sadəcə evə çatmaq üçün ,gercəkləri görmək üçün deyil . Gördüm. Kaşki görməsəydim amma kaşkiləri geri qaytarmaq olmurdu . Ev yanğına bürünmüşdü . Hər şey yanğına bürünmüş, sanki ilərdir bunu istəyir kimi sürrətlə yanırdı . İçindəki xatirələrlə, izlərlə, şəkillərlə yanırdı . Əlimdən heç bir şey gəlmirdi . Gözlərimin qabağında hər şey yanıb silinib gedərkən mən heç bir şey eləyə bilmirdim . Ağlayırdım amma bu göz yaşları ev üçün idi ,yoxsa içindəki xatirələri uçun idi ,bilmirəm . Bəlkədə hər şeyə məna qatan bu idi . Yox olub gedərkən dəyərini bilmək . Və yalnızca xatirələrin dəyərini . Orada bütün yaşadıqlarım, anam ilə söhbətlərimiz, uşaqlığım, yaxşıda olsa, pis də olsa, bütün yaşadıqlarım bir film kadırı kimi keçirdi gözümün önündən . Sanki onları bir daha heç bir vaxt xatırlamayacam ,fikirləşə bilməyəcəm kimi gəlirdi . Amma yanaraq yox olan sadəcə ev idi, o vaxtlar xatirələr deyildi . Amma ya onlarda bir gun yox olarsa ,ya onları xatırlaya bilməsəm ....

        Günəş batmağa başlamışdı . Üfüq yenə o nadir rənglərə bürünmüşdü . Evdən bizə qalan tək parça pəncərələr və hər an aşa biləcək taxtalar qalmışdı . O pəncərələrdən Günəşin batışını izləyərdik . Orada çıxan əsrarəngiz rəngləri ayırardıq bir-birindən . Sonra Ay çıxardı . Gecəmizi bəzəyərdi . Amma yox idi . Oradan təbiətin möcüzələrini izləyə bilməyəcəkdik bir daha . Bəlkə də izləyə bilərdik bir daha, amma xəyallarda o anlara qayıdaraq izləyə bilərdik sadəcə .  O xəyalları mən qura bilərdim sadəcə . Amma tək olacaqdım . İndiki kimi tək və çarəsiz olacaqdım . Lakin tək izlənməzdi o mənzərə ,tək hiss edilə bilməzdi o hisslər , sığdırıla bilməzdi nə ürəyə nə də o zamana . Bəlkə də belə məna qazanılardı-imkansız olaraq . Sadəcə ürəyinlə hiss edərsən və sadəcə həqiqətən ehtiyacın olarsa o sevgiyə o zaman yaşaya bilərdin o anları . Mənimdə ehtiyacım var idi . Həm də bəlkədə hamıdan çox ehtiyacım vardı . Amma hiss edə bilmirdim . Nə qədər istəsəmdə o zamanki kimi hisslərim yox idi artıq . Bəlkədə sevgim yox idi . Yalnızlıq və çarəsizlik bunu öyrətmişdi mənə . Məqsədə çatmaq üçün bəzən soyuq qanlı olmağı, hətta heç bir şeyə hiss ilə ürəy ilə qərar verməməyi  öyrətmişdi mənə. Məqsədimi bilirdim . Amma ona gedən yolu bilmirdim , o yolda nə ilə qarşılaşacağımı bilmirdim . Çünki xəritəm yox idi . Harda olduğum niyə olduğumu bilmiridim . Deyəsən mənim ürəyim yox idi . Çünki ürək insanın xəritəsidir . Yarım-yarım eşitdiyim fısıltılar nə demişdisə onları eləyirdim . Amma o fısıltı artıq yüksək bir səs olmuşdu . O səsi susdurmaq üçün isə xəritəm ilə birlikdə burdan o səsdən uzaqlaşmalı idim . Bəlkədə o səslərdən uzaqlaşaraq hisslərimə ürəyimə-yəni özümə daha da yaxınlaşacaqdım . Bunun sonunda istəyimə çatmaq olarsa əgər o yolda şüşə qırıqları olsa belə yolu qaçaraq keçərdim . Fəqət yolun sonunda , bu oyunun sonunda nə olacağı , hansı sonla da bitəcəyi məlum deyildi . Bu yolun belə düzgün yol olduğuna əmin deyildim . Yenədə qaçaraq iləriləyirdim. Amma yenədə səslər artırdı . Sanki getdikcə ona yaxınlaşırdım və səs getdikcə yüksəlirdi . O səsə çatdığımda isə tək qorxduğum, özüm ilə qarşılaşmağım idi.......



        Bəlkədə qələmimin kağıza tökdüyü mürəkkəb izi , qırıq qəlbimin ağrılarının izi idi.....







Bu bölümündə sonuna gəldik . Güman edirəm ki ,bəyənəcəksiz . Fikirlərinizi mənimlə bölüşməyi və oy verməyi unutmayı. Gələcək bölümlərdə görüşənə qədər , öz gerçəkliyinizdə, özünüzə yaxşı baxın . Təşəkkurlər . <3

İnstaqram:@papatybook

                                                                              AĞAZADƏ FATİMƏ

SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin