Bölüm 2:Boşluq......

104 25 23
                                    

BİR MƏKTUBU ƏN ÇOX O ADAMA HEÇ BİR ZAMAN ÇATMASINI İSTƏMƏDİYİNDƏ YAZMIŞ OLARSAN.

Sanki hər şey mənə yuxu kimi gəlirdi. Kaş ...Kaş hər şey yuxu olardı. Yaşanmazdı. Məktubu saatlarca   bəlkə də yüz dəfə oxumuşdum. Amma heç bir şey dəyişmirdi hər şey eyni idi. Və bu heç normal deyildi. Sanki birdən anam qapını açacaq və yavaşca yanımda oturacaqdı. Bitməyən çarəsizlik və peşmançılıq sanki beynimə yuva qurmuşdu. Sanki hər şey üzərimə düşür və mənim heç nəyə gücüm çatmırdı. Zaman sürrətlə keçirdi....Amma zamanın dayanmasını istəyirdimsə?.....

           Göz yaşlarımı sildim. Heç bir şey fikirləşmədən aşağı mərtəbəyə endim. Xalam masadaki çoban yastığını sulayırdı . Ona yaxınlaşdıqca gözlərinin dolu olduğunu gördüm.   O mənə baxtı və ağlayaraq məni bərk-bərk qucaqladı. Sanki hər şeydən xəbəri var idi. Ona əlimdəki məktubu göstərdim. O ağlamaqdan məktubu tam olaraq oxuya bilmədi belə . 

-Anam haradadir?

 Xalam yavaşca göz yaşlarını silərək:

-Mən....mən bilmirəm

-Mənə artıq nə olduğunu danış. Bunu bilməyə haqqım var... o.. o mənim anamdı axı

-Mən anana söz vermişəm deyə bilmərəm. Bunu nə qədər istəsəm belə edə bilmərəm....Freya hər şeyi sənin üçün edir. Sənin gələcəyin üçün. Məndə sənin yaxşılığını düşünürəm. Səni düşünürəm.

-Artıq məni düşünməyin. Əgər yaxşılığımı istəyirsizsə hər şeyi ... hamısını mənə danışın..

     Xalam sadəcə susurdu. Üzümə belə baxmırdı. Ağlayaraq anamın otağına çıxdım. Yatağında uzandım və yastığına həbs olmuş narın qoxusunu içimə çəkdim. Göz yaşlarım yastığı isladırdı. Bəlkədə bir gün heç bir vaxt qoxusunu ala bilməyəcəyim qoxu idi. Sanki dibi olmayan quyuya düşürdüm. Əlimi hara atarsam boşluq idi. Anamın boşluğunda özümü xəyal edərkən öz sonsuzluğumda itdim. Səmanın nə qədər böyuk olduğunu düşünərkən qəlbimin nə qədər kiçik olduğunu unutdum. Bəlkədə anamın qəlbinin ikimizədə çatacağını fikirləşmişdim......Nə edəcəyimi bilmirdim . Bəlkədə heç düşünmürdüm. Tək qorxduğum şey özum ilə qarşılaşmağım idi......





       Bu bölum bir az qısa və yığcam oldu. Gələcək bölümlərdə hekayənin əsas mövzusuna keçmiş olacağıq. Güman edirəm ki bu bölümüdə sevəcək və maraqla oxuyacaqsınız. Gələcək bölümlərdə görüşənədək özünüzə yaxşı baxın. Təşəkkürlər....

    Bu bölümüdə oxuyub yorum yazmağı və oy verməyi unutmayın.....

         AĞAZADƏ FATİMƏ.....


SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin