Bölüm 3:Son kirbit dənəsi

63 13 8
                                    

Anamın yazdığı məktub artıq heç bir zaman unuda bilməyəcəyim yazı idi . Artıq o hadisələrdən beş il keçmişdi . Amma sanki o zamanlar hər zaman yanımdaydı mənimləydi . Heç bir şey əvvəl ki kimi deyildi . Ya onlar dəyişmişdi ya mən. Ya da mən onları dəyişmişəm onlarda məni dəyişib . 

    Hava yazın ilk günləri kimi Günəşli idi . Külək saçlarımı havada uçururdu sanki .  Hər zaman ki kimi işdən qayıdırdım . Əlimdə bulud kimi ağ çoban yastığı buketi var idi. Uşaqlıqdan bəri anam həmişə işdən qayıdarkən bir buket çoban yastığı alardı . Pəncərənin yanındaki güldana qoyar tez- tez çiçəklərin qoxusunu içinə çəkərdi. Uzaqdan evin bacasını görməyə başlayırdmı . Evin qapısını açar açmaz evin soyuq və sakit havası üzümə dəymişdi . Çiçəkləri güldana yerləşdirdim . Sobanı yandırdım . Və evdə yenədə tək idim . Evim çoxda böyük deyildi . Aşağı mərtəbədə mətbəx və salon vardı yuxarda isə kiçik yataq otağı və ayaq yolu vardı. Kiçik amma böyük mənalı bir evdi . Sabahları işə yəni kiçik bir kafeyə gedər sakit və yorğun axşamları isə evdə tək yalnız keçirirəm . Dərin sakitçiliyi qapının kobudca döyüntü səsi pozdu . Təlaşla qapıya doğru getdim və dedim : 

-Kimdir?

- Edvard..Davson

-Nə istəyirsiz?

-Sizə bir qutu gəlib.

 Qapını yavaşca özümə doğru açdım . Qapıda yaşıl papaqlı bir adam var idi. Mənə yavaşca əlindəki qutunu uzatdı .  Qutunu almaq uçun əlimi uzatdım və dedim :

-Bu qutunu kim göndərib?

-Mən... mən bilmirəm . Mənə sadəcə bu qutunu bura çatdıracağım deyilib-deyərək qaçaraq uzaqlaşdı . 

 Onu bütün gücümlə çağırsam da məni eşitmirdi ya da eşitmək istəmirdi . Qutuya baxaraq içəri girdim . Qutu ağır deyildi . Qutunun yan tərəfində Archeyə- deyə qırmızı həriflərlə adım yazılmışdı . Qutunun üzərində  ikiyə qatlanmış kiçik kağız parçası vardı . Onu yəni kağızı açdığımda isə kağızda böyuk həriflərlə" FREYA" yazılmışdı . Bu anamın adı idi . Göz yaşlarım kağızdakı hərifləri isladırdı . Bu qutunu anam yollamışdı . Beş il sonra mənə göndərmişdi .  İndi isə onlar mənim əlimdə idi . Anamın toxunduğu anamın əli ilə düzəltdiyi üstünə qoxusunun həbs olduğu o qutu artıq mənim yanımda idi .  Qutunu açmaq istədiyimdə isə birdən işıqlar sönmüşdü . Amma bu mənə maneyə ola bilməzdi .  Qaçaraq mətbəxdən kibrit qutusunu gətirdim amma şam yuxarıda idi yataq otağında idi . Və qaranlıqdan heç bir şey görmək olmurdu. Qutunu əlimə aldım və yavaşca yuxarı çıxmağa çalışırdım . Pilləkənləri diqqətlicə bir-bir geridə buraxırdım . Tam hər şey yaxşı gedərkən ayağım pilləkənin iti hissəsinə vurmuşdum . Amma ayağım çox bərk ağrayırdı . Və mən bu ağrıya dözə bilmirdim . Yavaşca ayağa durmağa çalışdım . Yavaş addımlarla otağıma doğru addımlayırdım . Qutunu yatağımın üzərinə qoydum . Şamı alıb yandırmaq üçün masanın üzərinə qoydum . Kirbit qutusunu açdım və kirbiti yandırdım. Pəncərədən gələn soyuq külək kirbiti söndürmüşdü . Pəncərələri bağlayıb yenidən kirbit qutusunu əlimə aldım amma kirbit bitmişdi .  Son kirbit dənəsini çoxdan istifadə etmişdim.  Amma qaranlıqda qutunu aça bilməzdim. Başımı yastığa qoyub sabahın açılmasını gözləyəcəkdim .  Bundan başqa məntiqli heç bir yol və ya fikir yox idi . İslaq gözlərimi qutudan ayıra bilmirdim . Ayın parlaq işığı gözümə dəyirdi ... Amma mən gözlərimi açmaq istəmirdim.........








               Bu bölümdə bu qədər idi. Gələcək bölümlərdə görüşənədək özünüzə yaxşı baxın . Fikirlərinizi və hisslərinizi bölüşməyi unutmayın . Hər şeyə görə təşəkkürlər.....


                                                                                              AĞAZADƏ FATİMƏ

SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin