Bölüm 1:ÖLÜMÜN NƏFƏSİNDƏ...

123 28 14
                                    

Anamın qəmli baxışlarıyla göz-gözə gələndə gözlərimi qəzetin qara həriflərindən çəkdim. Və xalamında həmin baxışlarla anama baxdığını gördum. İki gün idi ki anam çox səbirsiz və sanki gələcəkdə olacaq pis bir şeyi bilərmiş kimi kədərli idi. Amma nə olduğunu hələdə başa düşmürdüm. Tək başa düşdüyüm bunu məndən gizlətmələri idi. Dərin səssizliyi qapının surrətlə döyülməsi pozdu. Anam cəld və səssiz şəkildə qapıya tərəf getməyə başladı. Sonra anam yanımıza gəlmədən yuxarı mərtəbəyə qalxdı. Xalamda heç bir şey olmamış kimi onun yanına getdi. Məndə nə olduğunu bilmək üçün yanlarına çıxdım. Amma məni içəriyə girməyə qoymadılar. Qapıdan heç bir şey eşidilmirdi. Eşitdiyim tək şey anamın boğucu səslə ağlaması idi. Anamın ağlama səsini eşitdikcə özümü pis hiss edirdim. Dayana bilməyib qapını sürətlə açdım. Anamın kağızdan nəyisə oxuyub ağladığını gördüm. Xalam məni görüb kağızı əli ilə gizlətsə də artıq gec idi çünki mən hər şeyin fərqində idim. Anam məni görüb donub qaldı. Sonra xalam yavaş bir şəkildə otaqdan çıxdı. 

-Ana məktub kimdən idi? Ana məktub kimdən idi?

-Məktub....Məktub yoxdur. Sən yəqin səhv gördün

-Yox xalamın əlində idi. Gördüm. Niyə gizlətmək istəyirsiz? Nəyi gizlətmək istəyirsiz? 

-Yox biz heç bir şey gizlətmirik - deyə anam saçımı sığalladı.

-Bəs niyə ağlayırsan?

-Mən ağlamıram- deyərək anam gözlərini silməyə başladı

Bir an yüksək şəkildə qışqıraraq:

-Ana mənə hər şeyi deyin. Men artıq balaca deyiləm. Və sizin bir şeylər gizlətdiyinizi bilirəm. 

Anam hələdə sakitcə dayanıb heç bir şey demirdi.

Anam:

-Mən sənə hər şeyi demək istəyərdim amma indi yox. Mənə inan, indi olmaz.İstəsəm belə deyə bilmərəm.

Ağlamağa başlamışdım. Qaçaraq evdən çıxdım. Düz yolla çiçək vadisinə doğru qaçırdım . Arxadan anamın yuksək səslə məni çağırdığını eşitdim. Dönüb ona baxdım . Göz yaşları hamar yanağından süzülərək yerə tökülürdü . Amma evə qayıtmaq istəmirdim. Yenə sürətlə vadiyə doğru qaçmağa başladım. Yağış yağsada çiçəklərin arasında yerdə uzandım. Etdiyim tək şey olanları düşünüb dodağlarıma axan duzlu göz yaşlarımı yalayaraq təmizləmək idi. 

          Hava qaralmağa başlayırdı. Ayın parlaq işığını görürdüm. Hava soyuyur külək bərk və soyuq əsirdi . Heç bir çarəm və yeni fikirim oladığı üçün evə qayıtmaqın yaxşı və məntiqli bir seçim olduğunu gördum . Ayağımla yerdəki kiçik daşları önə ata-ata evə qayıdırdım . Artıq Siriusdan havadaki parlaq ulduzlar görünürdü. Uzaqdan evin yanan işıqlarını görürdüm. Cibimdən evin açarını axtarsamda deyəsən evdən cəld çıxdığım üçün evdə qalmışdı. Qapını yavaşca döydüm. Anam qapını açar-açmaz məni qucaqladı . Mənsə heç bir şey demədən yuxarı otağıma çıxdım. Heç bir şey fikirləşmədən yatdım . 

         Səhər gözümə dəyən Günəş işığı mənə gözümü açmağa məcbur edirdi. Amma oyanmaq istəmirdim.... Sonsuza qədər......

Yemək yemək üçün aşağı düşdüm . Ev olduqca sakit idi. Sanki evdə heç kim yox kimi idi. Dünən olanlar üçün bir az peşman olub anamdan üzür istəmək üçün anamı axtarırdım . Amma evdə deyildi . Hər yerə baxmışdım amma anam yox idi. Qaçaraq xalamın yanına getdim . Xalam hələdə yatırdı. Onu oyatmaq istəmədim. Anamın otağına bir daha girdim. Pəncərənin kənarında bir məktub gördüm . Üzərində" Archeyə" deyə yazılmışdı. Bu anamın dəst xətti idi . Mənə məktub yazmışdı . Qorxu dolu atdımlarla məktubu gotürüb açdım və oxumağa başladım:

           "ARCHE...... QIZIM SƏNİ ÇOX SEVİRƏM. SƏNƏ HƏR ŞEYİ DANIŞMAQ DEMƏK İSTƏYƏRDİM AMMA İNAN BU MƏNİM ƏLİMDƏ DEYİL. BUNU İSTƏSƏMDƏ ELƏYƏ BİLMƏRƏM . MƏNƏ İNAN . SƏN HƏR ŞEYİ BİR GÜN ÖYRƏNƏCƏKSƏN . AMMA İNDİ OLMAZ. OLMAZ.......OLANLARI ÖYRƏNƏNDƏ MƏNİ BAŞA DÜŞƏCƏKSƏN. MƏNƏ HAQQ VERƏCƏKSƏN. BUNU UNUTMA Kİ ,ANAN SƏNİ ÇOX SEVİR VƏ SƏNƏ İNANIR. BU GÜN GETMƏLİYDİM. AMMA GÜMAN EDİRƏM Kİ, BİR GÜN YENƏDƏ GÖRÜŞƏCƏYİK. SƏNİ HƏMİŞƏ SEVƏCƏM VE HEÇ BİR ZAMAN UNUTMAYACAM....BU SÖZLƏRİ YAZMAQ MƏNİM ÜÇÜN ÇOX ÇƏTİNDİR..İNAN.......SƏNƏ TEZ-TEZ MƏKTUB YAZMAĞA ÇALIŞACAM. SADƏCƏ MƏNƏ İNAN VƏ GƏLƏCƏKDƏ İSTƏDİKLƏRİMİ DEDİKLƏRİMİ ET....BİR GÜN GÖRÜŞMƏK DİLƏYİ İLƏ......................

                                                                                            SƏNİ ÇOX SEVƏN ANAN ......

                                                                                                                                                  FREYA"

Göz yaşlarım kağızı islatmışdı ve nə edəcəyimi bilmirdim.................................








Ağazadə Fatimə

Güman edirəm ki, bəyənəcəsiniz

Oy verməyi yorum yazmağı unutmayın

Gələcək bölümlərdə görüşənə qədər, özünüzə yaxşı baxın..

SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin