Bölüm 8:Sonsuz yol...

36 10 7
                                    

Bir toxum böyüyərkən səssiz böyüyər , böyüyən toxum ağac olduqda isə onun aşması yəni sonu, yüksək səsli olar . Hər başlanqıc səssiz olsa da , hər son səsli olar....

   Üzümə ağacların yarpaqlarından düşən su damcılarının soyuqluğunu hiss etdikdə, oyanmaq vaxtının gəldiyini hiss etdim . Günəş sanki təpədən bütün işığını bizə verməyə çalışırdı . Oyandığım da Sərçə çoxdan oyaq idi . Əlini yalayıb həvəslə üzünü təmizləyirdi . Bu gün böyük gün idi . Çünki bu gün sonsuz bir səyahətə , yola çıxacaqdıq .Otların üzərindəki narın şehdən islanan yastığımıda götürüb içəriyə keçdim . Əlimi üzümü yuyub , mətbəxdəki bayatlanmış köhnə çörək qalığını Sərçəyə verdim . Sərçə o çörəyi sanki dünyadaki ən ləzzətli yemək olarmış kimi yeyirdi . Mənim nahar yeməyim isə sadəcə üç-beş zeytun və bir parça çörək idi . Nahar yeməyini bitirdikdən sonra çantamı götürüb , yatağımın üzərinə keçdim . Gredinin verdiyi köhnə kağız parçasını çıxardıqda , üzərində kiçik qara həriflərlə ünvanlarvə yer adlarının olduğunu gördüm . Və sadəcə bir neçə dayanacaq adları var idi . Səyahət başlayır...

   Bu gün yenə veda eləmək məcburiyyətindəyəm . Və mən vedaları sevməzdim . Getmədən əvvəl heç bir sözün veda olduğunu başa düşmək olmur . Çünki vedallar getməyi gərəkdirmir . 

     Böyük səyahət çantamı açdım . Tərk edilmiş bu kafedə sahiblərin unutduğu və ya burada qalan geyimlər vardı sadəcə . Üzərimə uyğun gələn bir neçə parça geyim , kiçik bir qabda su və geriyə qalan xatirələridə özüm ilə götürdüyümə görə hazır idim . Sadəcə bir şey qalmışdı - buralara son dəfə baxmaq və ağ tüklərinin qara tüklərinə qarışmış Sərçəm . Sərçəni yanımda apara bilməzdim . Amma onun güvəndə olacağı bir yer bilirdim . Çantalarımı götürdükdən sonra son dəfə evə , sahilə və böyük vadiyə əlvida dedim . Sərçəni də qucağıma aldıqdan sonra , yola çıxdım . Yenə böyük şam ağacının yanında idim . Yaxınlaşıb qapını yavaşca və ya çarəsizcə döyməyə başladım . Bu dəfə qapı təxmin etdiyimdən tez açılmışdı . Gredi qapıda idi . Qaşlarını havada tutaraq heyrətlə üzümə baxırdı . Mənsə onun üzünə sadəcə sakit və çarəsizcə baxırdım .

-Gredi mən gedirəm ...

-?

-Dediyin kimi, arxasını buraxmayacağım o xəyalın yoluna çıxıram . Sərçə , o mənimlə gedə bilməzdi . Ona orada baxa biləcəyiməəmin deyiləm . Ona sahib çıxacaq sadəcə sən varsan .

Dolan gözünü məndən qaçıraraq mənə:

- Mən ona baxaram . Həm , mənimdə dosta ehtiyacım var idi.

Sərçəyə son dəfə baxaraq , onun yumşaq tüklərini son dəfə oxşayaraq , ona vedə etmişdim istəmsizcə . Onun isə heç nədə xəbəri yox idi bəlkə də ....Onu Grediyə uzadaraq:

- Ona yaxşı bax . Qayıdacam . Bir gün qayıdacam . Yəqin ki...

Gredi və sərçə ilə son dəfə sağollaşaraq yola düşdüm . Arxama baxdıqda isə Gredinin qucağındaki Sərçəm ilə hələ də qapının ağzında gözlədiyini gördüm ...Üzümü yola çevirərək , gözlərimdəki yaşları gizlətməyə çalışdım . Ümüdüm gülüşüm də , gülüşüm isə yağış damlalarında qalmışdı ...Gözümdəki yaşlar ətrafı bulanıq göstərirdi . Göz yaşlarımı sanki bütün Sirius görəcəkmiş kimi gizlədirdim . Burnuma düşən kiçik damcılar bu dəfə göz yaşlarımı hiss etdirmirdi . Yağışı hiss etdirirdi . Üzümdəki göz yaşları ilə birlik də yağış damcılarıda yanağımdan axırdı . Dayanacağa çatdığımda yağış dayanmışdı . Amma məni bir yağış buludu kimi islatmışdı . Ayaqlarım məni iləri itələyirdi . Dolu qatar vaqonuna addımımı atdığımda, üstümdəki yağış suyu  kölgəmi islatmışdı . Gedəcəyim yeri oradakı, vaqondaki vəzifəliyə dediyim də isə mənə  təəccüb ilə baxmışdı .  Amma mən bu baxışların mənasını başa düşə bilmirdim . Mənə sadəcə yol boyu vaxt keçirəcəyim vaqondaki yerimi göstərərək , yenə qorxulu baxışlarla mən baxaraq işinə geri döndü . Pəncərinin yanında oturduğumda pəncərənin digər tərəfindən yağış damcıları sürrətlə şüşəyə dəyərək sanki , özlərini içəriyə atmaq istəyirdilər . Pəncərənin bu tərəfini isə yağış deyil , göz yaşlarım islatmışdı . Vaqon da həyat kimi yavaş hərəkət edirdi . Bəlkə də gedəcəyi yerdən razı deyildi . Mənim kimi.....








Bu bölümün də sonuna çatdıq . Güman edirəm ki bəyənəcəksiniz . Gələcək bölümlərdə görüşənədək , öz xəyallarınıza və özünüzə yaxşı baxın , yaxşı qalın . Oxuyub hisslərinizi bölüşməyi unutmayın . Təşəkkürlər!



                                                       FATİMƏ AĞAZADƏ

Yayımlanan bölümlerin sonuna geldiniz.

⏰ Son güncelleme: Sep 14, 2021 ⏰

Yeni bölümlerden haberdar olmak için bu hikayeyi Kütüphanenize ekleyin!

SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin