Bölüm 5:Kod adı-8506

36 13 6
                                    

Hər şeyin yuxu olduğunu güman edirdim . Yuxu olmasını istəyirdim . Amma yuxu olsada olmasada ən sonunda oyandığımda ya da sadəcə fərqinə vardığımda qaranlıq bir yerdə deyil, işığını hiss etdiyim yerdə olmaq istəyirəm . Bəlkədə qaranlığı pozan o işığ ,mən olmaq istəyirəm. Hərkəsi deyil, sadəcə özümüzü xoşbəxt etməyə başladığımızda başlayır hekayəmiz.....

        Məktubu nöqtələrin yerini belə əzbərləyə biləcəyim qədər oxuduqdan sonra artıq işə başlamaq axlıma gəldi  . O gün bu gün idi . Hekayəmin başlayacağı, ya da başlamadan bitəcəyi gün bu gün idi . Qapını açıq buraxıb evdən çıxdım  . Ayaqlarım ilə qum dənəciklərini hiss etdiyimdə sahilə çatdığımı gördüm . Günəş təzə doğurdu . Üfüq çəhrayı rəngə boyanmışdı . Bəlkədə Günəş boyamışdı. Uzun-uzun dalğalara baxdım . Külək saçlarımı havada uçururdu . Ya öz hekayəmi özüm yazacaqdım ,ya da başqa bir hekayəyə qarışacaqdım . Amma bu mənim hekayəmdi . Ulduzların olduğu, qaranlıqların olmadığı hekayə . Ya da mən belə istəmişdim . İstəmsizcə yerimdən qalxdım . Şəffaf dalğalar ayağımı islatmışdı ... 

     Evə çatdığımda qapıda duran adamı gördüm . Bu..bu Edvard Davson idi  . O:

    -Məncə məktubu oxumusan .

   -Hə oxudum . Sizin burda niyə olduğunuzuda bilirəm . 

   -Amma onları oturub danışmağımız üçün bura uyğun deyil . 

    Üstümü dəyişib Edvard ilə yola çıxdıq . Sahildən sonra şəhərin çoxda aktif olmadığı yerdə, kiçik bir kafe var idi . İçəridə yerimizi seçib oturduqdan sonra başa düşdüm ki, kafe işləmir . İlər öncə yəqin ki tərk edilib . Edvard:

   -Bildiyin kimi sən təhlükədəsən . Məktubu oxuduğuna görədə hər şeyi danışmağıma ehtiyac yoxdu . Səni əlimizdən gələcək qədər gizlətməli və təhlükədən qorumalıyıq . 

  -Siz anamla tanış olmusuz . O məktubda sizin ona kömək etdiyinizi dedi . Buna görə güman edirəm ki onun yerini bilirsiz... O, yəni anam hardadı?

  - Sadəcə sənin üçün  burdayam başqa məlumat verə bilmərəm . Qısaca sənin adını yaşını yəni şəxsiyyətini dəyişməliyik . Və səndə bizə güvənməlisən . Öz kimliyin haqqda kimsəyə məlumat verməməlisən . Eyni zamanda keçmişdəki həyatın və keçmişdə yaşananlar haqqda da heç kimə heç bir şey deməməlisən . Bu məcburiyyət həyatının sonunadək belə ola bilər- deyərək mənə kiçik çanta uzatdı .

-Mən dediylərinizin hamısını yerinə yetirəcəm amma mənə anamın yerini deməlisiz . Onun harda olmağını bilməliyəm . 

-Yox, yox bu haqqda danışmamalıyıq . Məndə sizə heç bir şey deyə bilmərəm . Artıq sənin adın Arche deyil sənin adın Livianadır . Əlindəki kağızları tək-tək dərindən oxu və unutma . 

-Amma anamın yerini demədiz..

-Çünki bu məlumatı bilməyinə ehtiyyac olsa idi, anan bunu sənə deyərdi . Bu çox təhlükəlidir və sən bunun mahiyətini hələdə başa düşmürsən - deyə səsini qaldırdı .

Həmin anda çöldən yüksək səslər gəlirdi . Və bu xoşa gələn səslər deyildi . Edvar səsləri eşidib:

-Bizi axtarırlar sənə təhlükəli olduğunu demişdim -deyə ayağa qalxdı.

Səslər getdikcə yaxınlaşırdı və biz nə edəcəyimizi bilmirdik .İçəriyə üç üzü sarğılı adam girməyə çalışırdı .  Qapını qırmaq istərcəsinə itələyirdilər . Edvar sürrətlə mənə getməyimi dedi . Qapı getdikcə açlırdı . Pəncərəyə doğru qaçdığımda qapı açıldı . Edvard cəld onlardan qaçmaq istəyərkən onlarla üz-üzə gəlmişdi . Onu kobudca tutmağa çalışırdılar . Pəncərədən çölə çıxmağı bacarmışdım . Məni görən adamlardan biri pəncərəyə doğru yaxınlaşarkən Edvard yuksək səslə mənə :

-Kod adı-8506. Ananı tap və .....-deyə sözünü bitirə bilmədi . O artıq həyatda deyildi .

Qaçaraq oradan uzaqlaşdım . Bir az əvvəl gördüklərimə daha doğrusu yaşadıqlarıma inana bilmirdim . Və artıq nəfəs almağa belə qorxduğumu başa düşmüşdüm ....



   Əgər qəlb qırığları kitablarda deyildiyi kimi , qəlbimin şüşə parçaları ola bilsəydi ,elə çox batsın istəyərdim ki ,artıq ağrını hiss etməyim...





GÜMAN EDİRƏM Kİ BƏYƏNƏCƏKİZ . GƏLƏCƏK BÖLÜMLƏRDƏ GÖRÜŞƏNƏ QƏDƏR ÖZ GERÇƏKLİYİNİZDƏ ÖZÜNÜZƏ YAXŞI BAXIN .

İnstaqram:papatybook



                                                         AĞAZADƏ FATİMƏ

SİRİUSHikayelerin yaşadığı yer. Şimdi keşfedin