Xəyanət qoxusu - Bölüm 6

27 4 0
                                    


Maşını böyük, büsbütün şüşəli bir binanın qarşısında saxladı. Qapıda dayanmış iki "nəhəngin" arasından keçmək istəmədi, onsuz da imkan verməyəcəkdilər. Amma elə bu vaxt bayaqdan Raufu gözləyən İlqar onun gəldiyini pəncərədən görən kimi, qapıçılara onu buraxmaq əmri verdi.

İçəri kifayət qədər bahalı materiallarla təmir olunmuş və elə bahalı da mebel və avadanlıqlarla təmin edilmişdir. Liftlə yuxarı mərtəbəyə qalxdı. Qəbul otağında katibə ilə ötəri salamlaşdı. Katibə qız Raufu başdan-ayağa süzdü:

- Rauf Şıxov?

- Bəli!

- Keçə bilərsiniz.

Kabinetdə İlqardan başqa da beş nəfər var idi. Rauf hamısını başı ilə salamlayıb, İlqarla əl tutuşdu:

- Qəşəng ofisdir.

İlqar gülümsədi:

- Çox sağ olun. Dəqiq adamsınız, düz vaxtında gəldiniz. - Sonra üzünü əyləşib maraqla bu cavan oğlanı süzənlərə tutdu. - Bu dediyim Rauf Şıxovdur. Gənc zabitdir. Rəhmətlik Elçinin işini o araşdıracaq.

Rauf gülümsədi:

- İnşallah! İlqar, sizinlə razılaşıram.

Qonağını maraqla süzdü:

- Nədə?

- Bu ölüm təsadüfü qətl deyil.

İlqar dirçəldi:

- Necə məgər?

- Artıq qatil mənimlə gizlənqaç oynamağa başlayıb.

İlqar təəccübləndi:

- Necə? Əyləş, xahiş edirəm. Ətraflı danış.

Rauf dəri üzlüklü yumşaq divanda əyləşdi:

- Zəng edib məni hədələdilər.

İlqar əsəbləşdi:

- Ay səni, azadlıqda kef edir. Hələ hədələyir də bir.

- Hmm...

İlqar fikirli halda başını qaldırıb, oturanları göstərdi:

- Heç təqdim etmədim bizimkiləri. Bu, böyük yeznəm Kamran Əliyevdir - sıx saçları çallaşmış, 55-56 yaşlı kişini göstərdi.

Rauf başını tərpədərək salamlaşdı.

- Bu, kiçik yeznəm Mirəhməddir. Mirəhməd Babayev. - İlqarondan sağ tərəfdə əyləşmiş kişini göstərdi.

- Bu isə həmin o yaralanan cangüdəndir.

Canlı-cəsədli bir oğlan olan Əfqan başı ilə salamlaşdı.

- Bunlar da, - kənarda yanaşı əyləşmiş orta yaşlı kişini və 30-33 yaşlı başqa kişini göstərdi. - sürücüləri idi...

Rauf tutqun halda dilləndi:

- Doğrusu, tək-tək danışacağımızı güman edirdim.

İlqar etiraz etdi:

- Buna ehtiyac görmürəm. Özümüzkülərdir.

Rauf qaşqabağını tökdü:

- Hələ indi başlamışıq, artıq ikinci şərti pozursunuz.

İlqar ani duruxub, güldü:

- Yaxşı, Rauf, yaxşı. Necə istəyirsən. Bizdə boş otaq tapılar.

- Bu yaxşı xəbərdir. - deyib, ayağa qalxdı.

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin