Xəyanət qoxusu - Bölüm 4

35 6 0
                                    


- Elə yox, sağ əli geri çəkib, solu qarşıya uzadırıq. Hə, bax belə. - meydandakı oğlanın dayanışını digər tələbələrinə göstərdi. - Bu vəziyyətdə sol əl zərbəyə hazır görünsə də, əsas gücü sağ ələ veririk. Bununla rəqibin diqqətini sol əlin zərbəsinə yönəldirik. O sol tərəfdən müdafiyəyə hazır olduğu halda, sağ tərəfin qəfil zərbəsindən hətta nakauta gedə bilər. Solaxaylar, sağ əli solla əvəz edə bilərlər. Burada məhz hansı əl ilə vurmaq vacib deyil, rəqibin diqqətini işlək olmayan tərəfə yönəltməkdir. Başa düşdünüz?

- Bəli.

- Başa düşdük.

Elşəni yerinə ötürüb, Fəridi çağırdı:

- Sən gəl bura. Mən rəqibinəm. Fəndini istifadə eləməlisən. Belə təsəvvür edək ki, mən sənin fəndindən xəbərsizəm. Amma yadında saxla, rəqibin bu fəndi bilməyə bilər, amma elə başqafənddən də istifadə edər ki, sənin bundan xəbərin olmaz... Odur ki, təkcə bildiyini tətbiq etmək lazım deyil. Diqqətli adam qarşı tərəfin də məqsədini tutmalıdır. Başla görək!

Oğlan müəllimindən öyrəndiyi fəndi tətbiq etmək üçün irəli atıldı. Baxmayaraq ki, evdə bunu məşq etmişdi, hətta bayaq zala gələndən bəri də neçə dəfə təkrarlamışdı, amma müəllim deyirsə, demək eləməlidir. Gözəl bilirdi ki, o, heç nəyi elə-belə, səbəbsiz deməz. İndi daha arxayınlıqla döyüş vəziyyətini aldı. Rauf gözlənilmədən onun ayaqlarına baxdı. Fəridin diqqətinin yayınmasına bu kifayət etdi ki, Raufun qəfil zərbəsindən kürəyi üstə qalın və sərt döşəyin üstünə çırpılsın.

- Bax bu, tamam yeni dərsimizdir. - yıxılan oğlana əlini uzadıb, qalxmağa kömək etdi. - Özünə əmin rəqibi təkcə əl-qol və digər hərəkətlərlə çaşdırmaq olmaz. Bunda hər bir əzamızın rolu ola bilər. Baxış fəndi əsas fəndlərdən biridir. Bunu hər bir rəqibin bilməsi ehtimalı var. Amma, hətta ən güclü və təsirli fəndlərdən xəbərdar olsaq da, ən əsası işlənmə yerini bilmək lazımdır. Rəqibin buna hazır olmadığı məqamı tutmaq lazımdır.

Sonra yanında dayanıb qaşqabağını tökmüş Fəridi süzdü:

- Təkcə çalışmaqla deyil ki. Diqqətli olmalısan, özün də nəsə kəşf etməlisən. Xoşum gəlir də belə şagirdlərdən... - kənarda sakitcə dayanmış 20 yaşlı oğlanı göstərdi:

- Elşən kimi.

Arxaya dönəndə hiss etdi ki, kimsə azacıq aralı qalmış qapıdan onlara göz qoyur. Bu Maya idi...

Rauf zalın künc hissəsinə yerləşdirilmiş yığcam stola yaxınlaşdı. Üstünə qoyulmuş sudan stəkana süzdü. Gözucu lap azacıq aralanmış qapıya nəzər saldı. Heç nə görünməsə də, bildi ki Maya hələ də onlara baxır.

Stəkanı stolun üstünə qoyub, geri döndü:

- Siz davam edin! - otağa tərəf getdi.

* * *

O çox sürətli oxuyurdu. Hələ də kimisə inandıra bilmirdi ki, orta qalınlıqda hər hansı kitabı bircə günə oxuyub başa vurur. Özü də başqa işləri, dərsləri təxirə salmadan. Hətta bir dəfə qardaşı ilə mərcləşmişdi də. Onun belə sürətli oxuduğuna inanmayan Nicat bacısının bir günə oxuduğu kitabı əlinə alıb, ordan-burdan suallar vermişdi. İndiki kimi yadındadır, ən sevimli yazıçıarından birinin əsəri idi. O qədər bəyənmişdi ki, o əsəri. Hətta həmin kitabdakı ən çox bəyəndiyi qaraqabaq, təmkinli, təmiz ürəkli və sadə xəfiyyə obrazının portretini yaratmışdı. Hansı ki, yaxın vaxtda təşkil olunacaq rəsm sərgisində həmin portret də nümayiş olunacaqdı...

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin