Xəyanət qoxusu - Bölüm 8

24 3 0
                                    


- Salam, olar? - qapını tıqqıldadıb, içəri keçdi.

- Gəl, Maya, gəl! - Rauf çox dalğın görünürdü.

Maya keçib onunla üz-üzə kresloda əyləşdi. Rauf diqqətli baxışlarını onun üzündə gəzdirdi:

- Necəsiniz?

- Yaxşıyam. - tapşırıqları yazdığı dəftəri stolun üstünə qoydu. - Hamısını yazmışam.

- Çox yaxşı, hansında çətinlik çəkdin?

Maya ani düşündü:

- Bir az üçüncü tapşırıqda.

- Hm, belə... - Rauf əlindəki qələmi ritmik bir çevikliklə fırlada-fırlada yazını gözdən keçirdi. Maya isə otaqdakı əşyalara maraqla baxmağa başladı.

Bu vaxt çöldən giriş qapısının səsi gəldi. Rauf sanki bunu gözləyirmiş kimi səksəndi, diqqət kəsildi. Uşaqlar bayaq çıxıb getmişdilər. Bəlkə hansısa nəyisə unudub? Amma...

Cəld yerindən qalxıb, qapıya tərəf getdi. Qapının üstündə təxminən elə öz boyu ilə bir hündürlüyə əlini bərk basıb azacıq sürüşdürdü. Bu vaxt zalda baş verənlər bütün aydınlığı iləgöründü.

Zal dördbucaqlı şəkildə idi, tamamilə eyni olan altı qapı var idi. Bunlardan ikisi hamam otağı, biri mətbəx, biri Raufun otağı, qalan ikisi isə geyinmə otağı və əşyaları yığmaq üçün digər boş otaq idi. Amma maraqlısı o idi ki, hamam otaqlarından və mətbəxdən başqa qalan bütün otaqları bir-biri ilə birləşdirənqapılar var idi. Bunu yalnız otağa girəndən sonra görmək olardı. Raufun otağında isə belə bir qapının qarşısında kitab şkafı qoyulmuşdu. Bundan əlavə, birbaşa çölə digər bir qapı da var idi. - bu qapı döşəmədə idi. Özündən başqa da yerini, açılış qaydasını heç kəs bilmirdi. Bu qapı ilə zirzəmiyə düşüb, oradan dolanbac yolla gedib, birbaşa çölə çıxmaq olurdu...

- Nəsə olub? - Maya narahat oldu.

Rauf susmaq işarəsi verdi.

Dörd nəfər naməlum adam bir-birinə işarə verib, qapılara tərəf yaxınlaşdılar. Rauf qapını içəridən bağlayıb, Mayanın qolundan tutdu:

- Gir paltar dolabına, səsini çıxarma! Eşidirsən, nə olur-olsun, nə eşidirsən, eşit, fərqi yoxdur.

Mayanı əsmə tutdu. Amma möhkəm qız idi:

- Nə olub axı?

- Az sual ver! - Rauf qaşqabaqlı və tutqun halda Mayanınəşyalarını göz önündən yığışdırdı.

Qızın nəsə demək istəməsinə macal verməyib, onu dolabaitələdi. Qapını örtüb, tez başqa tədbirləri də gördü...

Otağın qapısını açanda, təxminən özü ilə bir boyda naməlum bir adamla eyni vaxtda üz-üzə gəldi:

- Sizə nə lazımdır? - deyib, oğlana içəri girməyə imkan vermədən özünü zala saldı.

- Sən!

Rauf özünü təmkinli və soyuqqanlı aparır, onların gəlişlərindən xəbərsiz olduğunu nəzərə çarpdırmaq istəyirdi. İşgüzarcasına, əlini oğlanın çiyninə qoyub, zalda qoyulmuş stullara tərəf çəkdi:

- Əyləşin.

Gələnlər bir-birilə baxışıb, göstərilən stullarda əyləşdilər.

- Kömək edə bilməyəcəm, hazırda əlimdə başqa işim var. - cəhd etdi...

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin