Xəyanət qoxusu - Bölüm 7

27 4 0
                                    


Çay süfrəsinə təzəcə əyləşmişdilər ki, anası otağa gedib, əlində nəsə qayıtdı:

- Sənubərin qızını nişanlayıblar, bu da şirnisidir. Maya üçün göndərib. - bəzəkli kağıza bükülmüş şokoladı Mayaya uzatdı.

Maya təəccübləndi:

- Doğrudan? Nə vaxt?

İradə xanım xalatının yaxasını düzəltdi:

- Dünən. Deyir heç kəs olmayıb, elə özləri. Beş-on nəfər qız evindən, elə o qədər də oğlan evindən. Toy tez olacaq da, ona görə təmtəraqlı keçirməyiblər.

Eldar bultu götürüb, televizorun səsini azaltdı:

- Allah xoşbəxt eləsin. Yaxşı, səmimi uşaqdır.

Maya razılaşdı:

- Çox yaxşı qızdır. Gərək zəng eləyib, təbrik edim. - əlindəki konfetə baxdı. - Elə qəşəng bağlayıblar ki, adam heç açmaq istəmir.

Əllərini stolun altında gizlədib, telefonla məşğul olan Nicat bacısının əlinə baxdı:

- Açma da.

Maya gözucu anasına baxıb, mənalı gülümsədi:

- Yox, açmalıyam!...

Vaxtsız çalınan qapı zəngi söhbəti yarımçıq qoydu. Axşam saat 9-a işləmişdi.

Eldar qapıya getdi:

- Allah xeyir eləsin!

Dəhlizdən gələn səslə Mayanın yerindən sıçraması bir oldu.

Tələsik balkona qaçıb, orada küncə qoyulmuş kiçik güzgüdə özünü sahmana salmağa çalışdı. Bayaq dərs oxuyanda vaxt itirməmək üçün yerindən qalxmayıb, elə qələmlə yığmışdı saçlarını. Ona görə də qəşəng, dalğalı saçları dağınıq formada yarıyığılı qalmışdı. Evdə don geyinən deyildi. Amma indi yüngül bir yaz donu geyinmişdi.

Güzgüyə baxdı. Yalnız sinədən yuxarı görünürdü. Əyilib özünəbaxanda donun xeyli qısaldığını hələ indi gördü. Utanıb, cəld əli ilə aşağı dartışdırdı. Amma bu dəfə onsuz da əynində yığılmış donun yaxası dartıldı. Dilxor halda paltarla əlləşəndə, atasının səsini eşitdi:

- Maya, gəl gör kim gəlib?!

Nədənsə əlləri əsirdi. Utandığından özünə yer tapmırdı. Bir yandan da bu sadə və əynində bir qədər yığılmış paltarda lap birtəhər olmuşdu. Keyfiyyətli paltar buraxılır ki?! Çoxu bir dəfə yuyulan kimi yığılıb, formasını itirir. Bəzisi də əksinə, ipləri boşalıb sallaqlaşır.

Rauf özünü nəzərə çapdırmamaq üçün dəridən-qabıqdan çıxan Mayanı görüb, ciddi halda əl tutuşdu:

- Belə diqqətsizliyə yol verməyin! İlk gündən dəftərinizi dərsdəunutmusunuz. - Rauf bunu elə dedi ki, heç kəs gün ərzində Mayanın onu axtardığını hiss etmədi.

Maya pərt halda gözlərini kənara dikdi:

- Axırıncı dəfə olar.

Eldar İradə xanıma tərəf döndü:

- Rauf müəllimdir, fizika hazırlığını keçən. - ardınca qonağını qarşıya ötürdü - Keçin, evciyimizə xoş gəlmisiniz. - gülümsündü.

- Yox, sağ olun! Maya, yaxın gəl. Elə burda bir-iki tapşırıq da əlavə edəcəm dəftərə.

Eldar incik səslə dəftər-qələmi ondan aldı:

Xəyanət qoxusu - Firuzə ÇiçəkHikayelerin yaşadığı yer. Şimdi keşfedin