hər şeyin başlanğıcı

56 7 4
                                    

Və qəbul olmuşdum. Axır ki hüquq fakultesinə qəbul olmuşdum. Salam mən Nərgiz, özümü tanıdım tanıyalı hər zaman cinayət işlərinə həvəsim olub. Düzdü ailem bu işə yaxşı baxmırdı. 12 yaşımdan sonra cinayət məsələlərinə marağım çoxalmışdı araşdırmağı, öyrənməyi çox sevirdim. Yaşıdlarımın hamısı qannan qorxarkən mən cinayət videoları izləyib araşdırma aparırdım. 10 cu sinifə gəldikdə isə 3 cü qrupa tam uyğun olduğumu başa düşdüm. Cinayət üzrə prakrolluq istəyirdim. Ətrafımdakılar istədiyim peşəyə heç yaxşı baxmırdılar. Bu ölkədə cinayət üzrə prakrolluq edə bilməyəcəyimi, və iş tapa bilməyəcəyimi tez -tez dilə gətirirdilər. Ama mənə insanların dedikləri maraqlı deil idi çünki mən öz istədiyim peşəni etmek isteyirdim. Bütün hevesim bu peşəyə qarşı idi, heç kimi vecime almayaraq 3 cü qrupa hazırlaşmağa dəvam etdim.

İmtahan günü gəlmişdi, çoxda həyəcanlı deyil idim çünkü özümə güvənirdim. İllərcə bu imtahan üçün, xəyallarımda peşəyə nail olmaq üçün çox əziyyət çəkmişdim. Və inanırdımki əziyyətlərimin bəhrəsini görəcəm. İmtahanı verib çıxmışdım, dediyim kimi özümə güvənirdim və çox yaxşı yazmışdım. Aradan təqribi 1 ay keçmişdi və imtahan cavabları artıq çıxmışdı. Ailem ile birlikde sms atıb hansı universitetə qəbul olacağımı gözləməyə başlamışdıq. Və o sms gəlmişdi, istədiyim universitetə qəbul olmuşdum. 11 illik əziyyətimin qarşılığını almışdım. Çox xoşbəxt idim çünkü artıq istədiyim peşəyə nail olmaq üçün ilk addımımı atacağ idim.

Universitetde artıq 2 ci kurs idim. Bizi yavaş yavaş hər şeylə tanış etməyə başlamışdılar. Bizi praktikalara aparırdılar. Oranın abu havası tam fərqli idi. Yeni şeylərlə tanış olurdum və bu tanış olduğum şeylərin həyatıma çox böyük qatqısı var idi.

Onu başa düşmüşdümki yaşadığım ölkədə cinayət çox olurmuş. Mən hər zaman düşünərdim, bizim ölkədə niyə heç cinayət olmur? Bizim ölkə çox ədalətli imiş? deyə. Ama universitetə qəbul olduqdan sonra dərslərdəndə anladığım qədəri ilə cinayətlərin üstü ört bas edilirdi. Heç bir cinayət insanlara, xəbərlərə yansıdılmırdı. Əlbəttəki işini haqqnan ədalətnən edən insanlar var idi, ama demək olarki bu insanların üstündən bir böcək kimi tapdalanıb keçilirdi.

cinayətə bir addım qalaWhere stories live. Discover now