1° 30' 0" N, 47° 30' 0" E

41 4 0
                                    

Nəhayət ki, nəhayət ki universiteti bitirmişdim. Artıq məzuniyyətim idi. Universitet həyatı mənim üçün unudulmaz keçmişdi. Tələbə yoldaşlarım, müəllimlərim, onlarla keçirtdiyim vaxtlar, getdiyim praktikalar. Hammısı mənim üçün bu böyük ömrümdə unudulmaz olmağı bacarmışdılar. Məzuniyyətim çox gözəl keçmişdi, həyatımın ən duyğusal anı idi. Neçə illik əziyyətimin qarşılığı idi. Ailəm məndən çox kövrəlmişdi. Ən az mənim qədər onlarda əziyyət çəkmişdilər məni oxutmaq üçün.

Məzuniyyətimin üstündən 1 həftə keçmişdi. Universitetdə çox sevdiyim müəllimimdən mesaj almışdım. Düzü düşünürdümki məzuniyyətimə görə məni təbrik edəcək, amma gördüyüm mesajla heyrətə qapıldım. " Salam Nərgiz qızım necəsən? Ümid ediremki yaxşısan. İlk növbədə səni təbrik eliyirəm gözəl qızım. Məzun olmusan artıq. Uğurların hər zaman dəvamcıl olar İnşAllah Nərgiz qızım. Sənə yazmaq səbəbim itkinliklə bağlıdır. Azərbaycanda yeni bir itkinlik olub lakin bu digərlərindən fərqlidir. Və mütləq gizlin tutulmalıdır. Başa düşəcəyin bu itkinliyi sənin araşdırmağını istəyirəm. Çünki biliremki tapsan tapsan sən taparsan bu itkini. Sənə keçdiyim dərsdə sənin belə işlərə həvəsin olduğunu gözlərinin parıltısınnan başa düşmüşdüm. Sən desənki mən hələ yeni universiteti bitirmişem bu haqqda çox bilgim yoxdur, amma ki sadəcə sən araşdırmayacağsan sənnən bir yerdə mən və senden 3 yaş böyük və profissianallıqa doğru ilərləyən bir oğlanda araşdıracaq. Səni məcbur elemirem amma bu yazdığlarımı gözdən keçirt ve mene mütləq xəbər ver."

Müəllimin oxuduqları ilə adəta gözlərim yerindən çıxacaqmışcasına böyümüşdü. İlk dəfə idi belə bir şeylə qarşılaşmışdım. Düzdü bilirdim Azerbaycanda itkinliklər olur ama müəllimin dediyi tam fərqli bir itkin idi. Və məndə hələ belə fərqli bir itkini araşdırmağ üçün özümü hazır hiss elemirdim. Qorxurdum, niyə qorxurdum? Tapa bilmeyeceyimden, itən şəxsin ailəsi mənə güvənərsə ya mən itmiş şəxsi tapa bilmeremse?

Bu qərarı tək verə bilmədiyim üçün ailəmin yanına getmişdim. Mənə müəllimin yazdığlarını ailəmə danışmışdım. Mamam belə işlərdən qorxardı, daha doğrusu bu işi araşdırarkən mənə nəsə olacağından qorxardı. "Qızım artıq böyümüsen. Nə Mən nədəki Atan sənə bu mövzuda qarışa bilər. Sənin üçün nə yaxşıdırsa bizim üçündə o yaxşıdır. Nə qərar verirsən ver atanda məndə hər zaman arxanda olacayıq." Mamamın dediyi sözlər məni düşündürmüşdü. Bu işi araşdırsam ən çoxu nola bilərdiki? Əyər bu işi araşdıranda ölmək alın yazımda var idisə öləcəkdim. Buna çarə tapmaq olmazdı. Ona görədə "Nə itirərəm ki?" dedim. Və müəllimə zəng vurmağa qərar verdim.

"Müəllim mən bu işi araşdırmaq istəyirəm. Düşündüm çox düşündüm. Təkdə araşdırmayacam sizə bilirsinizki hər zaman güvenmişem. Ve araşdırmağ istəyirəm." demişdim. " Bilirdim gözəl qızım bu işi araşdırmağ istəyəcəyini. Sabah saat 3 də ***** kofesinde ol mən orda sən və sənlə araşdıracağ olan oğlana itkinlik haqqda məlumat verəcəm."
Və sağollaşıb adboy vermişdik. Həyatımda ilk dəfədir belə bir işə qoşulacağımın həyəcanı ilə yuxuya getmişdim.

Sabah olmuşdu artıq yavaş yavaş yerimden durub müəllimin çağırdığı yerə görə hazırlaşmağa başlamışdım. Çoxda abartılı olmayan bir makyaj etmişdim. İtkinlik araşdırmağa gedirik modaya yox düşüncəsi ilə. Bu düşüncə məni biraz güldürmüşdü. Nəysə klassik takımımı geyinib yola düşmüşdüm. Yolda biraz tıxac olduğuna görə gecikmişdim 20 dəqiqə. Taksidən düşüb müəllimin yolladığı kofenin qapısından qaça-qaça girmişdim. Biraz ətrafa baxındıqdan sonra müəllimi və onun yanında oturan oğlanı gördüm. Böyük ehtimalki bizlə bu itkinliyi araşdıracağ oğlan idi. Tez yanlarına gedib ikisiylədə salamlaşdım.

Müəllim danışmağa başlamışdı. "İlk növbədə Elmir qızla tanış ol bu Nərgiz. Nərgiz buda Elmir. Bu itkinlik haqqında danışmazdan əvvəl sizə başqa şeylər deyəcəm. Bu itkinliyi araşdırarkən bəlkə az müddət bəlkədə çox uzun müddət bir yerdə olacayıq. Ona görə ümid ediremki birbirinizlə yaxşı yola gedəsiniz. Yaxşı yola getmeseniz bu itkinlik məsələsi daha çox uzuyacağ. Məncə fikrimi izzah edə bildim elə deyil?". İkimizdə bu dediyinə qarşı baş sallamışdıq. Müəllim yenidən danışmağa başladı. " Bizim bu dəqiqə araşdırdığımız itkin 15 yaşında bir qızdır. Qızın itmək tarixi 22 noyabrdı. Yəni bundan 1 ay əvvəl. Qızı axırıncı dəfə ən yaxın dostu görüb. Qızın adı Aliyədir. Aliyə anasından 11:00 anasından icazə alaraq ən yaxın dostunun evinə gedib. Və təxmini 18:00 da ən yaxın dostu gilin evinden ayrılıb. Ən yaxın dostunun atası nə qədər dirəşsədəki maşınla aparım qız qəbul etməyib və ayağla qayıdıb. O gündən qız ortalıqda yoxdur. Qızın əşyalarıda qızla bir yerdə yoxdur. Əlimizdə çox böyük bir ipucuda yoxdur. Sabah gedib yaxınlarının izzahatlarını alacayıq və İnşAllah araşdırmağa başlayacayıq. Olanlar bu qədərdir məncə başa düşdünüz. Sabah saat 3 də yenə bu kofedə görüşək. Elmir sən zəhmət olmasa Nərgizi evinə qədər yola sal. Hələlik uşağlar."

Müəllimin dediklerinden sonra hamımız ayağa qalxmışdığ və mən yeni tanıdığım Elmirin arxasınca maşınına teref getmişdim. O maşına mindikden sonra mende minmişdim. Biraz yol getmişdik ama nə o nədəki mən danışmışdı. Məndən asılı olmayaraq yeni tanıdığım insanların üzünə baxaraq onların üzündə kəşf aparmağı sevirdim. Və birdən Elmir mənə dönmüşdü. "Bir problem var?" demişdi. "Ha? Yox niyəki?". "Bütün yol boyu üzümə baxırsan ona görə deyirem.". Bu dedikləri qarşısında çox utanmışdım və tez başımı aşağı salmışdım. Elmir çönüb "Bu itkinlik boyu mənə mane olmağına icazə vermiyəcəm. Hələ təzəsən və bilinirki çox bildiyin şey yoxdu işimə mane olsan yaxşı olmayacaq.". Bu dedikləri qarşısında şok olmuşdum. "Mane olmaq deyəndəki müəllimdə məni bu işə qoşub. Mən səndən ötrü ölmürəm və məndə bu işi araşdırmağ isdiyirem. Yaxşı olmaz falan? Sən məni şantaj edirsən?". "Şantaj və ya ehtimal necə başa düşmək istəyirsənsə."

"Maşını saxla." demişdim. "Birdə sənlə əlləşə bilməyəcəm. Başına nəsə gələr məndən bilərlər evivin yolunu de." Çoxda üstünə düşməyərək evin yolunu dedim. Evin qabağında gəlib durdu. Sağol deyib maşından düşmüşdüm. Maşından düşende esebleşdiyim üçün maşının qapısını çox berk vurmuşdum. Oğlanların ən əsəbləşdiyi şey. Düzü vecime deyil. Oda məni əsəbləşdirmişdi.

Evə girən kimi qapını kilitləmişdim. Gedib paltarlarımı dəyişib biraz bugün olanları düşünmüşdüm. Bunları düşünerken yuxuya getmişdim.


                       1.ci bölüm sonu
           ümid edirəmki bəyənərsiniz🎀

cinayətə bir addım qalaWhere stories live. Discover now