Aliyənin atası danışmağa başlamışdı. "Mənim bir günahım yoxdur heç bir şey etməmişəm mən. Mənə Müəllimin ölümündən 2 saat əvvəl gizli nömrədən bir mesaj gəldi. Bu bir konum idi. Məndə ora getdim. Və müəllimin öldüyünü gördüm. Sonra qorxudan polisə zəng vurmağ yadımdan çıxdı. Qayıtdım geri. Mən heçnə etməmişəm.". Bu sözlər çoxda inandırıcı deyil idi. Mən bunu düşünərkən Elmir danışmağa başlamışdı. "Yaxşı, deyək ki ora getdin qorxdun elədin başa düşdüm. Bəs barmaq izlərin? Barmaq izlərinin meyidin üsdündə nə işi var?". "Mən kim olduğuna baxmaq üçün əlimlə üzünü çevirmişdim həqiqətən mənim heç bir günahım yoxdur.". Aliyənin atasının bunu deməklə Elmirin Aliyənin atasının boğazına yapışması bir olmuşdu. Elmir əsəbdən qıpqırmızı olmuşdu. Özünü elə sıxırdıki boğazındaki damarlar partlayacaq çənə sümüyü isə qırılacaq kimiydi. Elmirin əlindən tutub gücnən geri çəkmişdim. Elmir əsəblə əlini məndən çəkib "Sən doğruları danışana kimi burdasan. Heç bir yerə ayrılmayacaqsan." deyə adəta kükrəmişdi Aliyənin atasının üsdünə. Aliyənin atasını qoyun qırağa mən belə dik atılmışdım. Gic idi bu? Biz kar zad idik? Niyə qışqırır bu? Nəysə. İzzahat otağından çıxmışdıq.
Bəzən insanın içindəki hiss xeyr deyirsə oda xeyr deməlidir. Ama mən xeyr deyəmmirdim. Elmirə qarşı xeyr deyəmmirdim. Bir şey var idi məni ona çəkən. Bilmirəm bu nə idi? Bu qədər tez olması düzgün idi? Sadəcə bir həvəs idi? Bunların cavabını sadəcə Elmirdə tapa bilərdim. Elmirlə maşına tərəf yola düşmüşdük. Maşına minəndən sonra sıxılmışdım. Mahnı qoşdum. Təsadüfən radiyoda ən sevdiyim mahnı çalırdı. "Bilir o beni". Bu mahnı mənə tamamilə fərqli hiss etdirirdi. Duyğularımı ən dərindən hiss edirdim bu mahnını eşidəndə. Pəncərəni açmışdım. Külək mahnının melodiyası kimi vururdu üzümə. Birdən Elmir danışmağa başlamışdı. "Sevirsən bu mahnını?" "Hə, ən sevdiyim mahnıdır." "Başa düşdüm.". Əlini uzadıb mahnını son xodda eləmişdi. Buna sevinmişdim. Çoxda birşey düşünmədən başımı pəncərəyə qoymuşdum.
Evə gəlib çatmışdıq. Elmir birazdan Vüqarın gələcəyini demişdi. Gedib paltartarlarımı dəyişmişdim. Qayıdanda Elmirin yemək düzəltdiyini gördüm. 10 dəqiqə sonra qapı çalmışdı. Gedib açanda Vüqarı görmüşdüm. Vüqar qollarını qucağlamaq üçün uzadmışdı. Məndə geri çəkilməmişdim. Elmirdə gəlmişdi. Vüqarla əl sıxışdılar. Stolu yığdıq üçümüzdə keçib stola oturduq. "Hə uşağlar necəsiniz? Həyat necə gedir?". Elmir çönüb "Necə getməlidirsə elə.". "Elmir sən döşüysən?" demişdi Vüqar. "Döşüy nədir?" deyə şoka düşmüşdüm. "Sən həqiqətən ağzının danışığını bilmirsən Vüqar.". "Pakışla Elmir.". "Lə həvlə" demişdi Elmir. Yeməyi yeməyə başlamışdıq. Dadı qəşəy idi. Birdən qapı döyülmüşdü. Qapını açanda gördüyümüz adamla şoka düşmüşdük.
🎀8.ci bölüm🎀
Ümid edirəmki bəyənərsiniz💝
YOU ARE READING
cinayətə bir addım qala
Mystery / Thrillerhekayə hüquq fakultesini bitirmiş qızın müəllimi tərəfindən gizli bir görevə daxil edilməsi ilə başlayır..