7° 30' 0" N, 47° 30' 0" E

30 2 5
                                    

Qutunun içindən bir not çıxmışdı. Notu açmışdı Elmir. Notda "Bir nəfəs qədər yaxın, dağlar qədər uzaqdayam." yazılmışdı. Bu not çox düşündürmüşdü məni. Necə yəni bunun mənası nə idiki? Elmirə baxmışdım, oda çox birşey başa düşmüşə oxşamırdı düzü. "Elmir burda nə demək istəyir?". "Kimdirsə tanıdığımız adamdır Qumral qız. Biz bu andan sonra birbirimizdən başqa heç kimə etibar edə bilmərik. Artıq hamı şüphəlidi bizim gözümüzdə, Vüqar belə.". Bu dediyinə qarşılıq heyrətə qapılmışdım. Hə, Vüqarı sevmir ola bilərdi amma bu onun qatil olduğu mənasına gəlməzdi axı. "Elmir başa düşürəm Vüqardan xoşun gəlmir amma bu onu qatil etməz.". "Vüqar qatildi demirəm Qumral qız amma oda şüphəlilər içindədi artıq. Gözünü dörd açsan çox yaxşı olar.". Bu dediyinə qarşılıq baş sallamaqdan başqa əlimdən heçnə gəlməmişdi. Nəyin içinə düşmüşdük axı biz?

Müəllimin öldüyü evi hadisə yeri olaraq incələməyə başlamışdılar. Hər yerdən barmağ,qan və daha çox dəlillər götürmüşdülər. Onları labaratoriyaya göndərmişdilər. Bizdə bunları gözləyərkən müəllimin həyat yoldaşı ilə danışmağa başlamışdıq. Elmir müəllimin həyat yoldaşına sual verməyə başlamışdı. "Sara xanım müəllimin axır vaxtlarda qəribə davranışların görmüşdünüz?". Sara xanım ağlayaraq cavab vermişdi. "Xeyr, amma axırı vaxtlar evdən çox tez tez çıxırdı. Sizlə görüşmək vaxtlarını bilirdim. Ama onnanda əlavə tez tez çıxırdı evdən. Soruşanda isə sadəcə işinin olduğunu deyib keçişdirirdi. Hətta bunun üstündə dava eləmişdik. Bilsəydim belə olacaq ağzımı açıb söz deməzdim." cümləsini bitirər bitirməz yenidən hiddətlə ağlamağa başlamışdı. Elmir isə "Başa düşdüm Sara xanım. Hələlik bu qədər bəsdir. Birazdan uşaqlar gəlib sizdən barmaq izi və dnalar götürəcəklər. Bizdən xəbərsiz şəhərdən çıxmayın. Allah rəhmət eləsin." demişdi. Otağdan çıxıb labaratoriyaya tərəf yola düşmüşdük.

"Necə yəni? Aliyənin atasının barmaq izi çıxıb müəllimin meyidinnən?" deyə soruşmuşdum təəccüblə. "Bəli, barmağ izləri Aliyənin atasına aiddir.". "Başqa? Başqa nəsə var bəs?". "Dediyim kimi barmağ izləridə qanlarda Aliyənin atasının dnası ilə tutuşur.". "Başa düşdüm. Çox sağolun." demişdi Elmir. Analizləri götürüb otaqdan çıxmışdıq. "Uşaqlara demişem Aliyenin atasını göz altına aldırıblar. Sabahda prokurorluqdan icazə alıb izzahat almaq vaxtını uzadacam.". "Yaxşı. Səncə Aliyənin atası edib Elmir?". "Bilmirəm Qumral qız, sabahki izzahatda hər şey aydın olacaq."

Evə çatmışdıq. Oturub tək tək analizlərə baxırdıq. Birdən gözümdən nəsə qaçar deyə çox diqqətli baxırdım. Durub özümə kofe etməyə getmişdim. Qayıdanda Elmirin yenə düşüncələrdə qeyb olduğunu görmüşdüm. "Elmir sənə nəsə olub? Axırı vaxtlar çox düşünürsən.". Elmir çönüb mənə baxmışdı. "Cavabım səni niyə bu qədər marağlandırır?". "Necə yəni? Bir iş içindəyik və sən mənlə araşdırırsan bu işi. İş yoldaşıyığ mənədə marağlı gəlir.". "Ama sən aramızdaki pərdəni iş yoldaşı kimi qoymursan Qumral qız. Mən aramızdaki pərdəni qorumağa çalışarkən sən çətin vəziyyətə salırsan məni.". "Bu nə deməkdi? Sən mənə birgün pis birgün yaxşı davranırsan. Sənin acın olduğu kimi mənimdə var ama mən belə davranmıram.". "Qumral qız bir duyğuya inanmayıb. O duyğunu yaşamaq çox qorxuducudu.". "Nə duyğusu?". "Bilmirəm, mən ilk dəfədi birinə qarşı bu qədər qərarsızam, ilk dəfədi birinə qarşı ya yaxşı adamam ya da pis, mən ilk dəfədi birini öpmək istəyirəm.". Nə? Elmirin dedikləri ilə qıpqırmızı olmuşdum. "Nə?". "İçinə pox olsun. Yadından çıxart bu dediklərimi və əsla birdə məndən bu haqqda bir şey soruşma" deyib getmişdi. Bu nəydi axı belə?

Sabah olmuşdu. Yuxudan oyanmışdım. Səhər yeməyini yeyib yola düşmüşdük. İzzahat yerinə gəlmişdik. Elmir Aliyənin atasına suallar verməyə başlamışdı. "3 gün əvvəl harda idin?".
"Evdə idim.". "Evdən çıxmamısan?". "Yox, bütün gün evdə olmuşam.". "Doğurdan? Təsadüfə bax sən. Müəllimin meyidindən sənin barmaq izin çıxıb. Evdə idincə necə olub bu?". "Nə? Necə yəni? Ola bilməz. Əsla ola bilməz?". "Olub deməkki. Danış görək necə öldürmüsən? Öldürəndə həzz aldın?". "Mən heç kimi öldürməmişəm." . "Barmağ izin necə çıxır onda?". "Nolsun? Mən öldürməmişəm. Mənə komplo qurublar. Heç kimi öldürməmişəm mən.". Elmir əlini stola vurmuşdu. "Ya normal cavab verərsən ya daki Nərgizi burdan çıxardıb səni özün yaxşı başa düşdün.". "Dedim mən heçnə eləməmişəm.". "Sənə dedim danış. Nə bilirsənsə danış. Ya bu gün danışacaqsan yada ömür boyu heç danışa bilməyəcəksən.". Elmiri ilk dəfədi belə görürdüm. Aliyənin atası biraz dayandıqdan sonra danışmağa başlamışdı.

Aliyənin atasının dedikləri ilə şoka düşmüşdüm..


                 🎀7ci bölüm sonuu🎀
Ümid ediremki beyenersiniz ürəklərr💝💝

cinayətə bir addım qalaWhere stories live. Discover now