Sabah olmuşdu. Yuxudan durub tez saata baxdım saat uje 1 idi tez yerimdən durdum. Sabah yemeyimi yeyib, makyajımı etməyə başladım. Ondan sonra gedib ciddi bir kombin elədim. Tez evdən çıxdım və taksiyə minib yola düşdüm. Yenə dünənki kofenin yanında düşdüm və içəri girdim. Elmir, müəllim və yanlarında tanımadığım 1.90 boylarında bidene oğlan var idi. Yanlarını gedib hamısını salamladım. Müəllim mənə çönüb "Nərgiz bu Vüqardı oda bizlə araşdıracaq. Elmirlə tanış oldular, sizdə tanış olun. Vüqar buda Nərgizdir. Ümid ediremki yaxşı yola gedersiniz." Bunu dedikden sonra hamımız biryerdə Elmirin maşınına getdik. Maşına mindik ve izzahatın verileceyi yerə tərəf yola düşdük.
İzzahat yerinə gəlmişdik. Burada qızın anası, atası və dostları var idi. İzzahat alınan yerə getdik və hamını tək tək çağırmağa başladıq. İlk növbədə anası gəlmişdi. Müəllim ona suallar verməyə başladır. " Qızınızın məktəbindən və ya məhləsindən dava elədiyi və ya onu narahat edən kimsə var idi?". Qadın danışmağa başlamışdı. "Xeyr qızım məhləyə heç düşmürdü demek olarki. Məktəbinə gedib gəlirdi, arada da yaxın dostu gilə. İcazə vermirdim heç yerə. Və içinə qapanığ idi gəlib mənə heçnə demirdi. Ama heç vaxt belə bir hadisəyə rast gəlməmişəm. Müəllimlərindən zəng vurub hər zaman soruşurdum amma bir problem olmadığını deyirdiler." Qadın ağlayırdı, çox ağlayırdı. Qadının yerinə öz anamı qoyub düşünmüşdüm. Ürəyim ağrımışdı. Bu səfərdə qadından Elmir soruşdu. "Bəs qızınızın münasibətdə olduğu kimsə var idi? Sevgili baxımından.". Qadın cavab vermişdi. " Xeyr, o atasınnan çox qorxurdu. Bilirdiki sevgilisi olsa atası bilsə onu öldürər ona görə yox idi sevgilisi." Bunları eşidennen sonra başa düşdümki qızın ailəsi biraz basqıcı imiş. Qızın Anasını buraxdığ. Atasını çağırdığ və oda eyni şeyləri dedi.
Bundan sonra qızın yaxın dosdunu çağırdıq. Qız gəldi və danışmağa başladı. "Aliyə çox içinə qapanıq bir qız idi. Heç kimlə danışmazdı sadəcə mənimlə birdə...". Vüqar soruşmuşdu. "Birdə?". "Mütləq deməliyəm?". Müəllim hə demişdi. Qız cavab verdi. "Birdə sevgilisi, sevgilisi var idi 20 yaşında. Ona nə qədər desəmda onunla sevgili olma mene qulağ asmırdı. Sevgilisi təkin bir tip deyiliydi. Biraz kobud davranırdı Aliyəyə. Və diyəsən şiddət uyğulamışdı." Bunu demeknen sanki gözlərim kəlləmə çıxarmışcasına böyüdü. Müəllim "Nömrəsi var səndə?" demişdi. Qızda "Bəli, ama nolar mənim adımı çəkməyin." Demişdi. Nömrəsini götürmüşdük. Müəllim nömrəni götürmüşdü və hamımız gedib bir kofedə oturmuşduğ.
Müəllim nömrəyə yığmışdı. "Salam. Necəsiniz? Sizi Aliyənin itməyinə görə yığıram. Səhv etmiremse sevgilisisiniz. Zehmet olmasa sabah saat 4 də **** polis şöbəsində olun.". Sevgilisi isə yaxşı deyib telefonu söndürmüşdü. Oturub müzakirə eləməyə başlamışdıq. Bir müddət sonra yorulmuşdum. Saat 9 idi bizsə saat 3 dən işləyirdik. Başmı qaldıranda Vüqarın mənə baxdığını gördüm. Men baxan kimi tez gözlərini qaçırdı. Yorğun olduğum üçün fikir vermedim. Müəllim danışmağa başlamışdı. " Uşağlar bugün yoruldunuz başa düşürem sizi. Ona görə bugünlük bu qədər bəsdir. Elmir sizi evinize ötürər. Hələlik uşağlar." müəllim getdi. Bizdə yavaş yavaş hərəkətlənib maşına tərəf getdik. Vüqar qabağda oturmuşdu. Vüqar mənə çönüb "Səhv anlama ama olarki nömrəni versən birdən lazım olar." məndə hə deyib nömrəmi vermişdim. Birdən Elmirin dodağı altında "Elə bil itkinlik araşdırmağa yox bunların flört elemeyine baxmağa gelmişik." Elmire göz süzdürmüşdüm. Problemi nə idiki tutmuşdu məndən. Evimin qabağnda saxladı. Vüqarnan sağollaşıb eve getdim.Evdə oturub televizora baxırdım. Birdən qapı çalındı. Və kargo şirkətindən gəlmişdilər. Mənə bir kargo zakaz verdiyimi dediler ama men zakaz vermemişdim. Yenədə çox fikir vermedim. Kargonu götürüb içəri keçdim. Kargonu açanda dilimi udmuş kimi oldum. Kargonun içində insan barmağı var idi. Bəli səhv eşitmediniz kargonun içində insan barmağı var idi. Və yanındada bir not. Notun içini açıb oxumağa başladım. "Salam Nərgiz necəsən? Ümid ediremki yaxşısan. Bəli düz görürsən bu bir barmağdı. Sizə bir həftə, bir həftə vaxt verəcəm. Bir həftə keçennen sonra məni yenə tapa bilmeseniz Aliyənin bir bədən üzvü daha gedecek. Sağoll." Bunu oxuyar oxumaz ağlamağa başlamışdım tez durub Elmiri yığdım. Ona olanları danışdım.
Və 20 dəqiqə sonra Elmir, Vüqar və Müəllim gəldi.
2 ci bölüm sonuu
ümid ediremki beyenmisinizz🎀
YOU ARE READING
cinayətə bir addım qala
Misterio / Suspensohekayə hüquq fakultesini bitirmiş qızın müəllimi tərəfindən gizli bir görevə daxil edilməsi ilə başlayır..