Qara taleyin sahibi

11 4 15
                                    

25.08.2024 02:44 ~ Başlama tarixi

27.08.2024 13:15 ~ Bitmə tarixi

Fevralın 16sı soyuq bir qış ili
Bir qız uşağı dünyaya gəldi
Lakin öz bəxtindən xəbərsiz idi
Qara taleyin sahibi...

Heçkim istəmirdi onun doğmasını
Bir adamda bilmirdi bu balaca qızın inadını
Daha ana bətnindəykən seçdi yaşamağı
Nə bilə bilərdi ki peşman olacağını?

Daha uşaq idi, anlamırdı çox şeyi
Başqalarının atalarına ata deyirdi
Çünkü onlar balaca uşağa göstərirdi
Qızcığazın atasının ona vermədiyi dəyəri)

Yavaş yavaş anladı herşeyi 4 yaşından
Dava dalaş ilə keçirdi demek olar hər an
Həyat onu ailəsiylə sınayırdı yaman
Gözyaşları olmuşdu ona qalan

"Evi" soyuq idi ama evde yanırdı peç
Qoymadılar,çöle çıxammazdı heç
Dinleyirdi uşaqların səsini qapıdan saat olsa da gec
Balacalıqdan taktikası idi "yalandan gül keç"

Daha sonra köçdülər yeni evə
Anası, atası və qardaşı ilə
Hərşey fərqli olacaq bəlkə
Deyə düşündü yol boyu hər dəqiqə

Çox zaman gec gələrdi evə ata
Beləliklə valideynlər arasında
Yarandı böyük böyük dava
Qışqırıq səsləri həmişə olurdu uca

Bir gün belə əskik olmurdu dava dalaş
İstəyirdi ayrılsın ailəsi yavaş yavaş
Bu idi qızcığazın verdiyi həyatı savaş
Balacanın beyni pozulurdu, qalmırdı onda baş

Balaca kövrək qız uşağı olmalı ikən
Bənzədi oğlan uşaqlarına çöldən
Qız uşağını qoymuşdu məzara içdən
Onu həyata insanlar idi bezdirən

İlk şeirini yazmışdı atasına
İndi söyür o vaxtkı ağlına
Kaş ilk şeirini yazardı ele adama
Ki, hər zaman olacaq yanında

O qız özü öz saçlarına çəkirdi sığal
Həyat həmişə oynuyurdu cığal
Yavaş yavaş yoxa çıxdı bütün xəyal
Ona görə atasına deyil haqqı halal

O qızcığazın ana, atası
Olmuşdu ən böyük yarası
Ağrıyırdı ama bilmirdi harası
Bilirdi ki,heç kim deyil yaranı sarası

İlk sevgidolu şeirini yazmışdı atasına
İndi söyür o vaxtkı ağlına
Kaş ilk şeirini yazardı ele adama
Ki, hər zaman olacaq yanında

Öz atası idi onu küsdürənlərdən aynaya
İyrənirdi hər özünə baxanda
Hər gecə dedi xəyallarını ulduzlara
Olmaq istəyirdi başqa, həyatı başqa

Ata qoyub getdi qızını fevralda
Qızının ad günündən 10 gün sonra
Hər gecə yenə ağladı balaca
Gücsüzlüyünə, düşdüyü hala

Atasının onları buraxıb getdiyi gün
Ailəsi dağılmışdı büsbütün
Qızdan xəbəri yoxdu, gecənin, gündüzün
Başa düşə,başa sala bilmirdi özünü heç cür

Hələ də gözünün önündən getmirdi
Atası gələrdi evə içkili,qorxurdu bütün içki
Hər dəfəsində anasına qaldırırdı əlini
Qız buna görə uzaq tutmağa çalışırdı kəsici alətləri

Əgər sevgi, xoşbəxtlik bir günəşdirsə
Deməli o qız illərdir yaşayır gecələrdə
Yaralarınırdı atası anasını döyəndə
Tükənirdi elə öz evində

Onu tüklendirmişdi
Atasının yalanları,sevgisizliyi
Anasının etdiyi basqı,dediyi sözləri
Qardaşını herşeyden qoruma məcburiyyəti

Olsa da atası, yaşadı yetimliyi
Başqa qızlar qızcığazın atasından görərkən ata sevgisi
Qıza düşən olmuşdu atasının ona nifrəti
Öz övlad ikən yaşadı ögeyliyi...

Acı titretsə ürəyini, iliyini
Birdə dönmək istəsə atası geri
Bu qızın ürəyində yoxdu sənə yeri
Unutma bu qızcığazın sözlərini

Hansı uşaq edərdi qayğış öz atasına
Ama mən edirəm hər yaşadığım anda
Deməliyəm yaşadığım mı yoxsa
Ruhum ölü,nəfəs aldığım hər vaxtda?

Neçə gecə yanlız başıma ağladım hönkür hönkür
Elə o gecələrə hələ də uşaqlığım gömülür
Səni əfv eyləmərəm bir ömür
Bundan nə qədər etsən də üzr

Boğulasan gözyaşlarımda
Bəs deyil mənə sadəcə bu bəddua
Düşərsən faciəli bir qəzaya
Həmişə bizi mindirmek istəmədiyin o maşında

Sene güvənməklə etmişdim böyük bir xəta
Niyə dəyişmədin axı heç vaxt ata?
Günden güne yalanların içinde bata bata
Bundan sonra görüm səni qəbrin içində yata

Parçaların olsun tikə tikə
Belə heç gəlməsin ələ
Özün etdin bunların hamısını belə
Haqqımda, sevgimdə,verdiyim dəyərdə haram olsun sənə

Güvənməməyi və başqa problemlerim oldu sayəndə
Çoxuna görə, mən tanımırdım nifrətimlə
Deyiləcək çox söz var əslində
Sonralara qalsın bəlkə,başqa şeirlərə

İstəmirəm bənzəyim "ata"ma
Bəxtim bənzəməsin anamınkına
Düzgün örnek ola bilim qardaşıma
Yetərsiz hissetmək istəmirəm bir daha

(Mümkün deyil ama:)

Birde düşməzsən bu yada
Nədə olsa, çevrilmişik iki yada
Baxacam bundan sonra yoluma
Bir daha inanmaram oyunlarına

Bir ömür boğulacaqsan ahımda
Deyiləm möhtac senin olmayan "atalığına"
Bundan sonra ölünü görsəm yanımda
Canım yanmaz heç qramda


Salam dosdarrr, necəsiniz?? Həmişəki kimi qırıq tökük ama acılarınızı gizləyirsiniz elə? Acılarınızı anlamadığınız üçün başqa şeylərlə basdırmağa çalışırsınız bütün duyğularınızı. Kimisi kitab oxumaqla,hekayə yazmaqla,mahnı dinləməklə,şeir yazmaqla və daha nə qədəri...

Məndə bugün acımı izah edə bilməsəm belə şeirlərə tökmək istədim. Bildiyiniz kimi, çox zaman türkcə şeirlər yazıram. Çünkü ədəbiyyatım köhnə müəlliməmə görə güclü deyildi, həmçinin nifrət etdirmişdi. Ama bu dəfə istədim azərbaycanca olsun. Özümdə bilirəm ki, azərbaycanca yazdığım şeirlər çox yaxşı olmur. Şeirim saydığım qədəriylə 30 bənd oldu, inşallah bəyənərsiniz 💗

Bu şeirimi də bu həyatda ən nifrət etdiyim adama,ata adının üz qarasına həsr edirem....

Məni balaca vaxtı sevməyib qırıb tökürdün. Beləliklə, qızın duyğusuz bir varlığa çevrildi. Şeirlərimdə əvvəlki kimi sənə olan saxta sevgiden danışılmır,saf nifrətdən danışılır. Nəfəs aldığım hər müddətcə hər dəfə sənə bəddua oxuyuram. Ahım Allah'ın izniylə də yerdə qalmayacaq inşallah. Acı çəkmədən,bir dəfəlik ölməyini deyil. Acı çəkərək, ölməyi diləməyini istəyirəm. Necə ki,mən hər gecə göz yaşları içində Allah'a yalvardığım kimi. Ətrafında heçkim olmasın sənə kömək edəcək, tək qal, dərdini danışa bilmə. Necə ki,mən insanlara özümü anlada bilmədim,ulduzlar dinlədi. Ama senin kimisini ulduzlarda dinlemez,kirlətmə onları. Deyiləcək çox söz var əslində,sonraya saxlayaq ən yaxşısı bəlkə..

Şiir yazıyoruz Hikayelerin yaşadığı yer. Şimdi keşfedin