Rol

160 11 0
                                    

Etrafa kayıtsızlaşmak aşkın özü değilmidir? Gurur ve Önyargı

"Başa düşmürlər e,məndə özümlə fəxr etmirəm amma ən azından özümü qəbul edirəm." dedi,Nigar piroqundan dişlədi,"məni başa düşmürlər",başını mənasızca yellətdi və gözlərini bir yerə dikməyə başladı.

"Bəlkə də sən başa düşmürsən."dedim,çünkü Nigara haqq vermirdim.Nəfəsini sanki dəqiqələrdir saxlayırmış kimi sərt şəkildə verdi."Onlara haqq verməyə çalış."

"Mehir,Allah rızası üçün,səncə mən o dərəcə pis övladam?"dedi.Gözlərinə baxdım,gördüyüm tək şey verəcəyim cavabın düzlüyünün qorxusu idi.

"Bax"dedim çayımdan içdim.Əlimi çaşqanın qulpuna keçirdib ayaqlarımı oturduğum yerdə yığdım.Onu incitmədən izah etməyə çalışacaqdım.Məndən inciyəcəyini bilirdim,amma bəzən incisə də insanları səhv yoldan döndərməyə məcbur idik."Onlar sənin anan atandı,qardaşın,bacındılar.Amma fikirləş,nəyə görə xoşbəxt deyilsən?Ailən səni sıxır?Sənə az pul verirlər?Ya geyiminə çox qarışırlar?"

"Hamısı"dedi,yüksək səslə."Mənim sərbəstliyim yoxdu,mən sənin kimi var olana qane ola bilmərəm.Mənim xəyallarım var.Sen qaranlıqdasan,işığın yoxdu,Nahid mənim işığımdı.O,məni o evdən çəkib çıxaracaq."dedi,gözümün içinə diqqətlə baxaraq.Verdiyim reaksiyaları ölçürdü,reaksiya verməyəcəyimi bilə-bilə.

"İşığım yoxdur?" "Sence işığ sevdiyin birinin olub olmamasıdır?Menim xeyalım olmadığını hardan bilirsen?Əlində olana qane olmasan,sonra onu da itirərsən.Nahid səni o evdən çıxaracaq,daha pis bir evə salacaq."

Mənim xəyallarım bulud kimidir.Əl çatmayan,sıradan,əldə etdikdən sonra da bəyənilməyən.

Bəlkə də düz fikirləşirdi.Bəlkə də...

Onun etdiyini Açılay da etmişdi,bacım..

"Xəyallar insanlara danışmaq üçün deyil Nigar,həyata keçirmək üçündür",bunu deyerken ayağa qalxıb saçına sığal çekdim."Hər şey yaxşı olacaq,narahat olma.Amma bəlkə də sənin qaranlıq dediyin əslində gözünü qapadığındakı qaranlıqdır.Sadəcə gözünü açıb işığı görməlisən."

Gözlərini qapayaraq gülümsədi və saçlarındakı əlimin üstünə əlini qoydu.Yanında olduğumu bilməsini istəyirdim,səhv etsə belə.

İnsanlara güc verəcəm deyə öz gücümü itirdim.

İnsanları gülümsədəcəm deyə öz gülüşümü unutdum.

Onların gülüşlərinə ilişib öz gülüşümü soldurdum.

"Xoşbəxtlik"dedi,saçını qaşıyaraq ,"atlı oldu,biz piyada",gözlərini üstümə zillədi.Bir cavab,dəstək mi gözləyirdi,yoxsa ona güc verəcək bir söz mü.

"Xoşbəxtlik olduğu yerdə bizi gözləyir,sadəcə biz səhv yolları seçirik."

Gözlərini bərk-bərk yumub açdı təsdiq edərcəsinə.Boyası qopmuş dırnaqlarına baxdı sakitcə,nəyisə analiz edirdi özlüyündə.

Yalnış yolda getdiyini bilirdim,qaranlıqda itəcəyini.Ama mən doğru yolda ona işıq tutacaqdım,əlimdən gəlsə günəşi göstərəcəkdim ona.

Yarım saatlığına girdiyim duştan 2 saata ancağ çıxa bilmişdim,o da suyun qurtarması ilə.Nigar evlərinə getmişdi,yenə o səssiz ev beynimə hökm qurmağa qaldığı yerdən davam edirdi.Ağ xalatımı üstümə keçirib dəsmalla saçımın suyunu sıxdım,azacıq qurulayaraq saçıma dəsmalı bağladım.

İŞIQWo Geschichten leben. Entdecke jetzt