BUZ

16 3 1
                                    

Birinin gözlərinə baxdığımızda onun ağlından keçirdiklərini oxuya bilərik deyərdi anam.Bu işlərdə onun əlinə heç kim su tokə bilməzdi.Hər zaman onun bu istedadına həsədlə baxar onun kimi olmağı arzulardım.Sadəcə indi başa düşürəm əslində o ağlımızdan keçənləri oxumurdu sadəcə gözlərimizdən anlayırdı yalan ya da doögru dediyimizi.Misal məndə uzaqdan da olsa Aynarın gözlərindəki kiçik təbəssümü hiss edirdim.İnsanların mənə baxdıqda gözlərində təbəssüm görməyə yaxın deyildim.

Boş gördüyüm masaya əyləşdim.Əlimdəki kofe stəkanını masaya qoydum bu qəribə yerdəki yemək iyi iştahımı qabartdı əgər qəhvə içsəydim bütün iştahım qaçacaqdı və yerdə sürünəcəkdim.

Özümə bir şeylər alıb iştahla yeməyə qoyuldum.Kartof qızartması gözümə daha cazibədar görünmüşdü.men bele kartof qizarmasi sevmezdim ev usulu anamin bol yagda qizartdigi qizartmalar daha gozel idi.fri kartof ymekden medem qurumusdu amma en azindan bogazimdan bir tike de olsa corek kececydi tezyiqimin dusmesinden yaxsi idi

Aynar oturdugu masadaki dostlarina gulerek bir sey deyib qalxdi ve mene dogru gelmeye basladi sanki meni bugun hec meni gormemis kimi masama eylesdi.Əlini stula söylədi,üzümə diqqətlə baxdı, əllərini masada tıqqıldatmaga başladı.Bunlari o qədər yavaşca edirdi kimi,mən artıq bir neçə kartofu mədəmə ötürmüşdüm.Ona baxmırdım amma nə etdiyini görə bilirdim.

"Hə,de görüm necədir şirkətimizin yeməkləri?"

"Normal"

"Normal?" dedi təəccüblə,"sadəcə normal?"

"Bəli,nə isə lazım idi sizə?" hamının içində gəlib masamda oturmağı heç xoşuma gəlməmişdi.

"Nədi?" dedi gülərək,"qovursan məni?" Yox bu sual cümləsi idi.

Sözümü gizlətməyi,kəm küm etməyi sevmirdim,"eyni masada oturmağımız səmimiyyətimizə uyğun gəlmir."artıq yeməyimi bitirmişdim.Meyvə suyumdan içərkən gizlidən bu qədər tez yeyib qurtarmağıma təəccüb etdiyini anlamışdım.

"Səmimiyyətimizi irəli daşısaq?"

Bu cümlənin altındakı mənanı çox gözəl anlamışdım.Rinadın tapşırığı altında bir işarə idi.Universitetdə, işdə hər yerdə məni tapşıracaq birini tapırdı.Özümü yavaş yavaş qəfəsə yollanan quş kimi hiss etməyə başlamışdım.

"Bu mümkün deyil,saxta səmimiyyətləri sevmirəm Aynar bəy.Heçnə üçün məcbur deyilsiniz."

Başqa söz deməsinə fürsət vermədən ayağa qalxırdım ki,Rinad kafenin qapısında göründü.Əlləri cibində kafenin böyük qapısında çatıq qaşlarını üstümə dikmişdi.Ürəyim bulanmağa başlamışdı.Həngaməli duruşu ayaqlarımın titrəməsinə səbəb olmuşdu.Aynarın qalxdığını hiss etdim.Özümü heç kimin hiss etməyəcəyi qədər dikləşdirib qapıya tərəf addımladım.Mən ona yaxınlaşarkən o da mənə tərəf gəlirdi.Tək əli hələ də cibində,digər əli çənəsində.Hamının içində məni dindirsə,burda işlədiyim müddətdə baxışlar altında əziləcəkdim.

O necə baxırdısa məndə ona elə baxırdım.Görünüşü necə sərt,baxışları necə nikbin,kostyumu necə düz.Qəlbi necə yumşaq.

Mən,məni danışdıracaq deyə az qala ayağımı saxlayarkən,o mənə düz baxıb Aynara tərəf irəlilədi.Nə zənn edirdimki?!Mənə görə gəldiyini?

Arxama belə baxmadan otağa qalxdım.Yox yəni həm məni dindirməsini istəmirdim,həm də dindirmədi deyə pərt olurdum.Mən də heç normal deyildim ki.Gözlərimi ovuşdurub boynuma düşən yüngül işləri həll etdim.Niyəsə burda iş demək olar az olurdu.Bildiyim qədərilə şirkət aylıq gəzinti təşkil edirdi,mənə isə bu barədə heçnə çatmamışdı.

İŞIQHikayelerin yaşadığı yer. Şimdi keşfedin