Özünü daim bədbəxt hiss etmək gərəksiz sərvəttir.(Paulo Coelho-Zahir)Feridun düzağaç-Beni bırakma.
"Yoruldum"dedi Nigar.Yorulmaq üçün nələri verməzdim.
"Yağış bərk yağır"gözlərimdə parıltılar olduğuna əmin idim.Nigar da bunu gördüyündən başını qınayarcasına çevirdi məndən.
"Bu havada kafeyə necə gedəcəksən" elə ağzımı açırdımki,telefonuma zəng gəldi.
Orxan.
"Bəli"
"Gələ biləcəksən?ya bağlayaram?" Nadirən,Orxan hal-əhval soruşmadan sözünü deyirdi.Biraz qəribsəsəm də fikir vermədim.
"Yox,gələcəm" heçnə demədən telefonu söndürdü.
Nigar kim idi deyərcəsinə əlini salladı.Başımı heç kimi anlamında buladım.
Çətir götürmədiyimizdən yağışın sərt damlaları altında islanırdıq.Kapşonkanın elə də böyük bir əhəmiyyəti yox idi.Yağışın hər damlasını saçlarımın açıqda qalan hissələrində hər çırpınışında hiss edirdim.
Hiss etmək.Necə də gözəldir.
Çünkü yağış yağanda şəhərin bütün səslərini basdırırdı.Qızların gülüşlərini,oğlanların böyük-böyük danışıqlarını,uşaqların ağlamasını,dilənçilərin yalvarışını,satıcıların çağırışlarını yağış öz damlalarıyla sərtcə yerə çırpırdı.
Çırpınışların arasında ən təsirlisi ölülərin arxasındakı ah-nalə idi.Kaş yağış onu çırpmasa deyirdim,kaş insanlar geridə nə qoyduqlarını və necə qalacaqlarını heç unutmasalar deyirdim.
Amma insanlar bu ah nalələri yağışdan da sərt şəkildə divardan divara çırpırdılar.
"Sən marşrut tapa bilməyəcəksən mən bunu deyirəm,bu gecə bur" elə sözünü qurtarmamışdı ki onun da telefonuna zəng gəldi."burdasan."
"Nədi?"
-.......
"Özüm gəlirəm." telefondakı nəsə deyirdi,amma bezmiş bir ifadəylə telefonu söndürüb cibinə atdı."Ona belə davranma." dedim.Əlini yola vermə mənasında yellətdi.
Elə bu vaxt dayanacaqda düz qarşımızda bir range rover dayandı.Maşın tanış gəlsədə kim olduğuna baxmadan başımı aşağı saldım.Maşının qapısı açıldı və birinin bizə tərəf gəldiyini hiss etdim.Qolumun Nigar tərəfindən dürtüldüyünü anladığımda başımı qaldırıb gələnin kimi olduğuna baxdım.Şok keçirmiş ifadəylə parlaq ayaqqabılarn sahibinə baxdım.Rinad.Gülümsəyərək bizə baxdı.
"Bu yağışda mənim tələbələrimin islanmağına ürəyim dözmədi",dedi,yarı zarafat yarı ciddiyətlə."Gedəcəyiniz yerə mən aparım sizi?" başımı o dəqiqə yox mənasında sərtçə yellətdim.Nigara baxdım,niyəsə göz ağardırdı mənə.
"Çox sağolun,amma ehtiyac yoxdur."dedim.
"Əslində",dedi Nigar səmimi və sanki 30 ildi axtardığı cümləni tapmış kimi "Mənim ehtiyacım yoxdur" barmağıyla məni göstərib,"Mehirin yolu çox uzaqdı və marşrutu çox gec-gec və dolu gəlir."Göz ağartma sırası məndə idi.Rinad anlayışla başını salladı.
"Yox,yox"dedim tez "problem yoxdu" dayanacaqdakıların bizə baxdığını hiss edirdim,"tək gedərəm".Nigarın bizim tanışlığımızdan xəbəri olmadığından belə deyirdi və o çox sərbəst idi.Belə şeylər ona heçnə kimi gəlirdi.

ESTÁS LEYENDO
İŞIQ
Novela Juvenil''Günəş'' dedi,''sevgilisini yox etmək qorxusundan lənətləndi.Buzdan planet,o da sevgilisinə qovuşmaq üçün əriməyi gözə aldı.''