Güc

15 2 2
                                        

Ümidsizliyə düşmüş insandan daha acınacaqlı vəziyyətdə olan insan yoxdur deyərlər.Dodaqlarım son üç ildə bu kəlmələri tez-tez yad edərdi.Qulaqlarım səssizliyə aşina idi.Sadəcə Nigarı saymasaq,bəlkə də Rinaddan başqa son üç ildə bu evə heç kim addım atmamışdı.

Bu evdə atamdan başqa bir adamın girməsi,qəlbimə toxunurdu.Nə fayda idiki Rinadda qəlbimə toxunmuşdu.

Heç bir zaman yaşıdlarım kimi sevgili dəlisi olmamışdım,hətta bəzən məni buna görə məsxərəyə qoyurdular.Çünki gerçək sevginin olmadığına inanırdım.Sevəcəyim,həyatıma bütövlükdə daxil edəcəyim insan,hər zaman qəlbimdə hislər təzələməsi ehtiyacında olmalı idi.Bunu istəməyərək bacarması lazım idi.

Rinad,ilk dəfədən qəbul etməsəm belə,məni özünə heyran qoymuşdu.İlk öncə görünüşü,daha sonra baxışları, duruşu ilə.Onunla olduğum vaxtda bəzən ilk dəfə qovduğu qohumu yadıma gəlirdi.Oz qohumuna bunu edən,bir yad insana gələcəkdə bunu etməyəcəyi nə bəlli idi?

Daha qəribəsi o idiki,mən ona inanırdım.

Rinad səhər tələsik,narahat şəkildə evdən çıxmışdı.Bunu cəld ayaqqabı geyişinin səsindən anlamışdım.Otağıma girib alnımdan öpüb cəld çıxmışdı.

"Təcilidir,getməliyəm.Xəbər edəcəm" sadəcə başımı yellətmişdim.

O getdikdən sonra boş-boşuna bir müddət oturmuşdum.Nə olduğunu dəli kimi bilmək istəyirdim,lakin bunu soruşmağa gücüm yox idi.Bir şey eşidə bilməməkdən,eşidəcəyim sözün məni kədərləndirəcəyindən qorxurdum.Cəsarətimi qırıb axşama kimi onun zəng vurmağını gözlədim.Ən sonunda əl çəkib mesaj yazdım.

Göndərilən:Rinad saat;16:35
'Hər şey yaxşıdır deyə ümid edirəm.Narahat olacağını düşünərək zəng vurmadım.Mənə xəbər edəcəyini demişdin.'

Mesajı göndərib qulaqlıqlarımı taxdım.No land-üzümə bax mahnısını dinləyərkən,musiqinin kəsilməsiylə həyəcanlanıb mesaja baxdım.

Göndərən:Rinad saat:16:38

'Bağışla məni.Sakit vaxtda sənə yazacaqdım.Bir yaxınımın kiçik qızı yıxılıb, xəstəxanadayıq'

Ürəyim qəfildən sıxıldı.Bir insanın yaralanmağı heç, kiçik bir uşağın əzildiyini düşünmək, ağlıma Muradımı gətirmişdi.O kiçik bədəninin maşınlar arasında əzildiyini xatırlamaq, qəlbimdən bir ürpərtinin keçməsinə səbəb olmuşdu.

'Vəziyyəti necədir bəs? inseAllah tezliklə sağalar.'

Telefonu söndürüb mesaj gəlməsini gözlədim.Rinad biraz keçmişdi ki zəng vurdu.

"Alo" səsindəki sıxıntı ürəyimə bir yara kimi toxundu.

"Uşağın vəziyyəti necədir?" dedim tələsik şəkildə yaxşı bir söz deyəcəyini ümid edərək.

"Nərdivanlardan yıxılıb" dedi,sərt şəkildə nəfəsini verdi,səsindən izafə küləyin səsi qulaqlarımı sıxırdı,"qan axtarırıq bayaqdan,heç bir yerdə yoxdu"

"Darıxma,tapılar, neçənci qrupdur qanı?" Mən qəti şəkildə ümid verməyi bacaran insan deyildim,əgər bacarsaydım,illər ili özümə verərdim.Lakin onu sakitləşdirmək istəyirdim.

"Bir müsbət."dedi tək nəfəsdə,"tapılmır."

"Mənim qanım" dedim həyəcanlı şəkildə, ayağa qalxıb,"mənim qan qrupum birdir"

You've reached the end of published parts.

⏰ Last updated: May 17, 2018 ⏰

Add this story to your Library to get notified about new parts!

İŞIQStories to obsess over. Discover now