O.

16 5 0
                                    

Uşaqkən bəzi şeyləri dərk etmədə bəzi çətinliklər yaşayırdım.Misal atamın əmimlə küsülü olmasını,adı çəkiləndə belə sifətinin büzülməsini,xırda gözlərinin daha da qıyılmasını başa düşmürdüm.

Vaxt ötdükcə kinin insanın bütün hislərini yeyən bir mikrob olduğunu anlamışdım.Kindar insanlar artıq bütün hislərdən məhrum olurdular.Bəzi insanlar unutmamaq üçün kin saxlayardı,bəziləri isə unuda bilmək üçün.

Mən.

Mən isə Açılaya qarşı nə üçün kin bəslədiyimi bilmirdim,bu sualı özümə verməyə belə çətinlik yaşayırdım.

Rinad isə hal-hazırda bir aslana oxşayırdı,onun qoynunda isə mən bir ceyrana.Ceyran saf,məsum bir canlı idi,mən o qədər məsumluğu özümə yaraşdırmazdım.Bir aslanın pəncəsində idim,yemirdi,parçalamırdı,sadəcə qoxlayıb bədəninə təskinlik verirdi.

Gözlərimi yandıran günün qırmızı işıqları ilə əlimi alnıma apardım.Özümü gücsüz və güclü hiss edirdim.Necə olar deyə soruşmayın,cavabını özümdə bilmirəm.

Qışqıraraq ağlama istəyi dolmuşdu içimə,hönkürərək,hıçqıraraq.Burnuma dolan qoxuyla gözlərim açıldı sonunda.Qoxusu burun dəliklərimə daha da güclü hücum etməyə başlamışdı.Başımın altındakı sərtlik Rinadın qolu idi.Aşağıdan yuxarı baxdım üzünə,düzgün nəfəs alış verişindən hələ də oyanmadığını anladım.Divana sığışmamıza baxdım,ayaqlarım ayaqlarının üstündə,tam bir koala kimi sarılmışdıq.Bu,düzgün deyildi.Amma bəzən də düzgün olmayan şeylər bizə daha da xoş gəlirdi.

Ən azından oyanmaması naminə ədyalı yavaşca açıb üstündən güclə keçdim.Üzünə baxdım,əvvəl qaşlarını çatıb sonra balaca uşaq kimi dodaqlarını aralayıb bütün genişcə divana yayıldı.Saçlarından öpmə istəyi doldu içimə birdən.Dağılmış şabalıdı saçlarını qarışdırmaq,günəşin qızartdığı yanaqlarından öpmək.. Bunu etmək onu oyandırardı.Boş verərək ayaqyoluna üz tutdum.

İşlərimi həll etdikdən sonra,evə getmək istədim.Ondan getmək.Çünki indi yaşadığım hislər uzaq gəlirdi. Məsafələrlə ölçülə bilməyəcək qədər uzaq.

Gözlərimi ovuşdurub nə edəcəyimi düşündüm,onu qoyub gedə bilməzdim.Bunu özümə edə bilməzdim.Həyatımda bir şeyləri yarımçıq qoymağı özümə rəva bilmirdim.Qalmaq çətin,lakin getmək daha çətin idi.

Nərdivanları oyandırmamağa diqqət edərək yavaşca endim.Rinadın paltarları əynimdə bol durduğundan sanki heç bir şey geyməmişəm kimi hiss yaradırdı.Narahat hiss edirdim özümü.Köynəyi şalvarın içinə salıb narahatçılığımı azca da olsa yox etməyi bacardım.Hər zaman bol geyinməyi sevmişəm amma bu qədər bol lüt hiss etməyimə səbəb yaradırdı.Ama ev paltarlarının bu qədər brend olması heyrətə də düşürürdü azca.

'Sən kasıbsan sadəcə' dedi iç səsim bir daha haqlı olaraq.

Ev o qədər geniş deyildi,səs çıxartmamağa diqqət edərək mətbəxi axtarmaq uşaqlıq illərimi xatırlatdı.Anamı oyandırmaqdan qorxaraq bazar səhərləri özümə yemək hazırladığım günlər kimi.

Pərdənin olmaması mətbəxi isti etmişdi qızmar günəşin şüaları təsirində.Gözlərimi ovuşdurub su qabını axtardım.Ən son soyuducuyu açmaq ağlıma gəldi.

Soyuq suyun rahatladıcı xüsusiyyəti soyuq insanlar kimi idi adətən.İçdikcə insanı rahatladır,sonra isə bəzən qalıcı bəzən keçici fəsadlar qoyurdular.

İŞIQWhere stories live. Discover now